Skripalın zəhərlənməsi ilə bağlı şübhəlilərin adı açıqlandı
Böyük Britaniya hüquq-mühafizə orqanları rusiyalı keçmiş kəşfiyyat zabiti Sergey Skripal və onun qızının zəhərlənməsi ilə bağlı şübhəlilərin adını açıqlayıb.
Adalet.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, həmin hadisə ilə əlaqədar olaraq iki Rusiya vətəndaşı Aleksandr Petrov və Ruslan Boşirov barəsində həbs əmri verilib.
Britaniya polisi həmin şəxslərin həbs olunması üçün kifayət qədər dəlillərin əldə olunduğunu bildirib.
Qeyd edək ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti S.Skripal bu il martın əvvəllərində Londonda öz qızı ilə birlikdə zəhərlənib. S.Skripal ailəsinin zəhərlənməsində London Rusiyanı ittiham edir. Rusiya bunu qəti şəkildə inkar edir.(modern.az)
Digər Xəbərlər
05 May 2024 09:55
Türkiyədə Bizans dövründən qalmış kilsə ibadət üçün müsəlmanların ixtiyarına verildi
05 May 2024 09:54İsrail ordusu “İslami Cihad”ın komandirini məhv etdi
05 May 2024 09:45Yeni tədqiqat qaranlıq maddə haqqında anlayışımızı dəyişə bilər
05 May 2024 09:15Almaniya və Fransanın kitabxanalarından minlərlə zəhərli kitab müsadirə edilib
04 May 2024 21:30