Siyəzəndə qəza: səkkiz nəfər xəsarət aldı
Siyəzəndə yol-nəqliyyat hadisəsi baş verib.
Qəza rayonun Qalaaltı kəndi yolunda qeydə alınıb.
"VAZ-2107" markalı avtomobil "Opel"lə toqquşub.
Nəticədə, səkkiz nəfər xəsarat alıb. Yaralılar Siyəzən Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb. Xəstəxanadan bildirilir ki, dörd nəfərə ilkin tibbi yardımgöstərildikdən sonra evə buraxılıb. Digər dörd nəfərin müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.(oxu.az)
Digər Xəbərlər
27 Aprel 2024 15:15