Siyavuş Novruzov: “Müsavatı onlara etibarnamə ilə veriblər?”
"Azərbaycanın müstəqilliyinin qorunması, saxlanılması, inkişaf etdirilməsi ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Biz haqqı olan insanların əməyini qiymətləndirməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin məsələsi həmişə diqqət mərkəzində olub”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
YAP funksioneri bildirib ki, bəzi siyasi partiyalar buna maneçilik törətmək üçün özlərini ortaya atırlar: "Bu, Azərbaycan xalqının tarixidir. Bu, Azərbaycana məxsusdur. Kimsə adını götürüb həmin dövrdə olan partiyanın adı ilə adlandırırsa, bu, o partiya deyil. Müsavat partiyası Azərbaycan Xalq Cümhuriyyətində olan Azərbaycan xalqının tarixinə olan partiyadır. Bugünkü Müsavatla o biri Müsavat tamamilə başqa-başqa şeylərdir. O vaxtı bunlara bu partiyanı etibarnamə ilə veriblər ki, onu idarə etsinlər? Xeyr. Bu, Azərbaycan xalqının partiyasıdır və ona görə də qarışıqlıq salıb, ümumi işə xələl gətirmələrinin tərəfdarı deyiləm”.
Digər Xəbərlər
29 Aprel 2024 11:34
Prezidentlərin Kremldə kadrarxası görüntüləri - VİDEO
29 Aprel 2024 11:28İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul etdi
29 Aprel 2024 10:14İlham Əliyev Yan Vanmini qəbul etdi
28 Aprel 2024 23:05ABŞ Dövlət katibi: Azərbaycanla ikitərəfli əlaqələri gücləndirmək niyyətindəyik
28 Aprel 2024 23:03