adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Aprel 2014 18:00
4771
SİYASƏT

Siyavuş Novruzov: “Mənim də övladım var, ancaq heç kəs onu tanımır”

"Məmur övladları ilk növbədə qanunun tələblərinəriayət etməlidir. Çünki vətəndaşların hamısı qanun qarşısında bərabərdir.Burada məmur övladları ikiqat məsuliyyət daşıyır. Ona görə də məmur övladlarınizam-intizama, davranış və etik qaydalara əməl etməlidir. Mənim də övladımvar, ancaq heç kəs onu tanımır. Düşünürəm ki, belə də olmalıdır”.

Adalet.az xəbər verir ki, Bu fikirləri publika.az-aaçıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millətvəkili Siyavuş Novruzov bildirib.

S.Novruzov qeyd edib ki, dəbdəbəli həyat tərzinə vəbahalı avtomobilə sahib olmaq insan üçün əsas göstərici deyil: "İnsan üçün əsasgöstərici onun ağılı, təhsili, vətəninə, dövlətinə olan yaxşı xidməti vəsədaqətidir. Cəmiyyətin də hər kəsdən gözlədiyi müsbət göstərici bunlardır.Yoxsa kimsə hər hansı bahalı markalı avtomobil sürməklə və dəbdəbəli həyat tərzikeçirməklə özünü kiməsə göstərə bilirsə, bu onların özləri kimi 1-2 nəfərindiqqətinə cəlb edəcək. Ancaq digərlərinin buna münasibəti isə kəskin pis olacaq”.