Siyavuş Novruzov: “Heydər Əliyevlə bağlı bəyənat qəbul etməliyik!”
"Biz bu gün bayraq haqqında danışırıqsa, Azərbaycanda ilk dəfə bu bayrağı qaldıran, müstəqil Azərbaycan dövlətini quran Heydər Əliyevin bir neçə gün sonra hakimyiyətə gəlməsinin 50 illiyini diqqətdən qaçırmamalıyıq”.
Bunu Milli Məclisin növbədənkənar sessiyasının son iclasında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanuna dəyişiklik müzakirə edilərkən Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov bildirib.
"Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə bütün sahələrdə tərəqqi başladı. İkinci dəfə Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanın parçalanmasının qarşısı aldı, müstəqil dövlətimizi qurdu. Bu gün Prezident İlham Əliyevhəminsiyasəti davam etdirir. Bu dövlətin qurucusu var, biz mütləq Heydər Əliyevi yada salmalıyıq. Biz Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı parlamentdə bir bəyanat, müraciət qəbul etməliyik".