Şıx çimərliyindəki həmin görüntülərlə bağlı rəsmi açıqlama - VİDEO
Sosial şəbəkələrdə son günlər Şıxov çimərliyində dənizin içərisində iri diametrli boru vasitəsilə çirkab suya bənzər maddənin axıdılmasını əks etdirən görüntülər yenidən yayılıb.
Adalet.az xəbər verir ki, sözügedən görüntülər bir neçə ay əvvəl də kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə paylaşılmış, məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən araşdırma aparılaraq ictimaiyyətə rəsmi açıqlama verilmişdi.
Həmin araşdırma çərçivəsində Səbail rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Şıxov çimərliyinə və ətraf ərazilərə baxış keçirilib. Müəyyən edilib ki, sözügedən ərazidə gəmilərin yanalmasını təmin etmək məqsədilə müvafiq işlər aparılır.
Belə ki, gəmilərin limana təhlükəsiz yanalmasını təmin etmək üçün xüsusi təyinatlı gəmilər vasitəsilə dənizin dibində dibdərinləşdirmə işləri həyata keçirilir. Bu proses zamanı dəniz dibindən çıxarılan qum və çöküntülərlə qarışmış su xüsusi boru vasitəsilə sahilə ötürülür.
Araşdırmanın nəticələrinə əsasən, sosial şəbəkələrdə və bəzi media resurslarında çirkab su kimi təqdim edilən axıntının əslində çirkab su olmadığı, dibdərinləşdirmə işləri nəticəsində yaranan qumla qarışıq dəniz suyundan ibarət olduğu müəyyən edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ictimaiyyəti yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etməyə çağırır.
Digər Xəbərlər
06 Iyul 2026 17:18
Bakı-Naxçıvan reysləri təxirə salındı
06 Iyul 2026 13:01
AQTA sədrinə yeni müavin təyin edildi - FOTO
06 Iyul 2026 12:32
Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı
06 Iyul 2026 12:14
Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA
06 Iyul 2026 10:34
Malıbəyli sakinlərinin nəzərinə! - Qeydiyyat başlayır
05 Iyul 2026 13:00
“AzerGold”un 10 illiyi münasibətilə Fəxri xiyaban ziyarət olunub - FOTOLAR
05 Iyul 2026 10:00
AZAL bu günə olan bəzi uçuşları təxirə sala bilər - Xəbərdarlıq
04 Iyul 2026 11:34


Bakı -°C

