FIFA futbolçular üçün yeni mexanizm təklif edir
FİFA matçlarda oyunun tempinin qorunması və vaxt itkisinin qarşısını almaq məqsədilə yeni qayda tətbiq etməyi təklif edib.
Adalet.az xəbər verir ki, BBC-nin bu barədə yaydığı məlumata görə, tibbi yardım alan futbolçular meydanı tərk etdikdən sonra bir dəqiqə ərzində oyuna qayıda bilməzlər.
Qaydanın qüvvəyə minməsi üçün layihə futbol qaydalarını tənzimləyən Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən təsdiqlənməlidir. Hazırda bu məsələ ilə bağlı vahid qayda yoxdur və liqalar öz tövsiyələrini tətbiq edirlər.
Məsələn, İngiltərə Premyer Liqasında 2023/2024 mövsümündən bəri tibbi yardımdan sonra oyunçular meydandan kənarda 30 saniyə gözləməli olurlar.
Xatırladaq ki, FİFA buna bənzər qaydanı daha əvvəl Ərəb Millətlər Kubokunda sınaqdan keçirib. Həmin vaxt futbolçuların tibbi yardımdan sonra meydandan kənarda keçirməli olduğu müddət iki dəqiqə olaraq müəyyən edilib.
Qeyd edək ki, bu təklif futbol matçlarında süni vaxt itkisinin minimuma endirilməsi hədəfi daşıyır.


Bakı -°C

