adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Aprel 2016 17:26
125131
RUBRİKA

Sirli ədəbiyyat: Söz və sükut

Atalarımızın belə birmisalı var: danışmaq gümüşdürsə, susmaq qızıldır. Bəlkə də atalar bunu sözün qüdrətinigizləmək, tilsimini qorumaq üçün deyiblər. Çünki sözün hansı qüdrətə malikolduğunu, nələrə qadir olduğunu da onların özündən yaxşı kim biləcəkdi ki? Yoxsa"Söz var baş kəsər, söz var savaş” hikmətinin hansı gücü daşıdığına işarəetməzdilər. Bəşəriyyətin bu günə kimi kəşf etdiyi ən güclü silah elə məhzsözdür. Onun varlığı, yaşamı da sözə bağlıdır ki, onsuz nə gündəlik nitq, nəədəbiyyat, mədəniyyət, elm, təhsil, siyasət mövcud ola bilməzdi. Bu gün "Sirli ədəbiyyat"da onun ən əsas vasitəsi olan SÖZ-dən bəhs edəcəyik. 

Bütün müqəddəs kitablarsözün hikmətini xüsusi vurğulayıb, onu müqəddəsləşdiriblər. Dini rəvayətə görə, mələk Cəbrayıl Məhəmməd Peyğəmbərin gözünə görünəndə ona yaşıl ipəyin üstündə yazılmış alovkimi yanan sözləri göstərib "Oxu” demişdi. Müqəddəs İncildə də sözə ilahilikverilir: "Əvvəlcə söz yarandı, sonra Tanrının sözü oldu, nəhayət söz Tanrıyaçevrildi”. Maraqlıdır ki, Allahın elçiləri başda olmaqla, seçilmişlərin böyükəksəriyyəti şair olublar. Sözü nizama çəkib qüdrətə mindiriblər. Amma MüqəddəsQuranda şairlərə yanaşma birmənalı deyil. "Şüəra” surəsində şairlər haqqında belədeyilir: "Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər biryalançıya, günahkara nazil olarlar. Şeytanlar mələklərdən oğrun-oğruneşitdikləri adda-budda sözləri onlara təlqin edərlər. Onların əksəriyyətiyalançıdır! Kafir şairlərə gəlincə, onlara yalnız azğınlar uyar! Məgərgörmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? Hər tərəfəmeyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!” Düzü,bir şairə olaraq, hər dəfə məlum surənin son ayələrini oxuyanda utanıram.Həqiqətən də şairlərin böyük əksəriyyəti ta qədimdən ya sərgərdan gəzib-dolaşıblar,ya da yalandan mədh, həcv ediblər. Amma nüansa diqqət: əksəriyyəti deyilir, hamısı yox!Çünki sözün ilahi qüdrətini dərk edən, zənginlik vəd edən mədhiyyədən, nifaqsalan həcvdən uzaq duran müdrik şairlər olub ki, onlar sözü Tanrıya ucaldıb, Tanrının sözünüvəsv ediblər.  

Bəlkə də günümüzdə söz özqüdrətini itirib, çünki sözün mənbəyi olan düşüncə kasadlaşıb, başqa sözlə,devalvasiyaya uğrayıb. Onun yerinə isə qabaqcadan təlimatlandırılmış texnikaönə çıxıb. Bu gün bir-birimizə dediyimiz ən məhrəm söz, sevgi məktubları ürəkpıçıltılarından deyil, hazır mesaj qutusundan gəlir. Bu isə qarşı tərəfdə heçbir reaksiya, təmas yaratmır. Bəli məhz təmas! Sözü araşdıran təkcə ədiblər, şairlərdeyil, xüsusi mütəxəssislər də var ki, onlar bəşəriyyətin ən böyük kəşfiningücünü sınağa çəkib, onun insana təsirini dəfələrlə yoxlayıblar. Sadəcə, adibir limon sözünü yazaq. Özümüzdən asılı olmadan o limonun görünüşünü, dadını,hətta qoxusunu hiss edəcək, dodağımızı büzəcəyik. Mütəxəssislərə bu məsələdə, əslindəehtiyac yoxdur, bir-birimizin yanında bütöv günü hansısa xəstəlikdən danışaq,növbəti günlərdə sözün təlqin etdiyi həmin xəstəliyə tutulacağımızı görəcəyik,əksəriyyətimiz bunu yaşayıb. Odur ki, böyüklərimiz "yaxşı söz danışın ki, yaxşıolsun" deyəndə, heç də səhv etməyiblər. Ən adi maqlar belə ilk iş olaraqsevgisinə çatmaq istəyən gənc qızlara həmin adamın adını dəfələrlə yazıb,ucadan səsləndirməyi, ürək sözlərini deməyi tövsiyə edirlər. Söz vasitəsiləhətta nitq qabiliyyəti olmayan vəhşi heyvanlar ovsunlanıb, bitkilər cücərdilib.Nəticəsi xoşagəlməz olsa da, bir otaq bitkisinə dərdlərinizi, qorxularınızısözlə ifadə edin. Bunu bir neçə gün təkrar söyləyin. Ən uzağı bir həftə ərzindəhəmin bitki quruyacaq. Bunun əksini qurumaqda olan, inkişaf edə bilməyənbitkidə sınayın. Tezliklə yaşıllaşıb, çiçəkləyən bitki gözünüzü-könlünüzüoxşasın. Eyni təcrübəni su üzərində də dəfələrlə həyata keçiriblər: bir stəkansuyun yanında acıqlı danışın, söyüş söyün, suyun bulanıq olduğunu deyin, yənistəkanda "fırtına” yaradın. O da əvəzində zəhər-zıqqım olsun. Bunu alimlərsübuta yetirib, mənim qədər sərt və kobud şəkildə dilə gətirməsələr də, suyuntərkibinin dəyişdiyini, ziyanlı olduğunu isbat ediblər.

Sözü iki kateqoriyayabölürlər: öldürücü sözlər, həyatverici sözlər. İlk kateqoriyanı zəhərli ox kimitəsvir edib bura: bəla, xəstəlik, kədər, ölüm, ayrılıq və s. neqativ təsirlisözləri aid edirlər. Bu sözlərin əhatəsində olan insanlar, əlbəttə ki,sadalananların da ağuşunda olacaq. İkinci kateqoriya isə: sevinc, səadət,gözəllik, sevgi, şadlıq, uğur və s. sözləri özündə birləşdirib nikbin ruhaköklənir. Odur ki, həyatını yeniləmək, bədbinlikdən, uğursuzluqdan çıxmaqistəyən insanlar ilk növbədə öz nitq lüğətində dəyişikliklər etməlidirlər. Həmözlərinə, həm də başqalarına bu sözləri ünvanlamaqla ruhi dinclik tapacaq, ətraflarındada müsbət aura yaradacaqlar.  

Söz tarix boyu bütünnatiqlərin təlqin vasitəsi olub. Antik dövrlərdə xüsusi natiqlik məktəbi olardıki, bu dərəcəni bitirməyənlər ustad səviyyəsinə qalxa bilməzdilər. Çin,Babilistan, Hindistan, Yunanıstanda xüsusi natiqlik məktəbləri olsa da, natiqliksənətinin, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan olub. Sokrat,Demokrit, Aristotel, Esxil, Siseron və b. natiqlik məktəbinin təmsilçiləri olmaqlayanaşı, həm də nitqin nəzəriyyəsini, sistemini yaradıblar. Sonrakı dövrlərdəKonfutsi, Qandi və b. kimi natiqlər öz ideyalarını məhz nitq, söz vasitəsilə insanlığaaşılayıblar. Şərqdə Nizaminin, Nəsiminin, Füzulinin, Mövlanənin məğlubedilməz söz"qoşun”u bütün zamanlarda ordusunun zəfərini bəşəriyyətə daddırıb. Sözün hərhərfi qədim mətnlərdə, divanlarda məna və ya simvol daşıyıb. Gələcəkdəzəmanəmizdə yazılmış kitablar təhlil olunarkən nə anlaşılacaq, bilmirəm. Çətinki, sətiraltı mənası, simvolik əhəmiyyəti olmayan, mənası üzdə olan fikirlər gələcəknəsillərə nəsə desin. Amma yuxarıda adlarını çəkdiyim müəlliflər və onlarlabaşqalarının əsərlərinin bu gün də oxunması, onların təhlili üçün xüsusiməktəblər, institutlar yaradılması təsadüfi deyil. Hər sözünün çəkisi bir kitabağırlığında olan dahilərin demək istədiklərini illərdir araşdırsaq da, tamilahi mətni hələ ortaya çıxara bilmirik.  

Qayıdaq ataların susmağa verdiyiqızıl dərəcəsinə. Əlbəttə, müdriklərə yol göstərən uzun illərin təcrübəsidir. Bəzənyerində susmaqla fəlakəti önləyib, bəzən də müalicə ediblər. Məhz müalicə! Çünki həddən artıq danışmaq ağız, çənə, nəfəsyolları, boğaz xəstəliklərinə səbəb olur ki, bunu da sırf susmaqla, düzgünnəfəs terapiyası ilə sağaldıblar. Qədim salnamələrdə nəfəs – həyat mənasınagəlirdi. Ürək, ciyər və ruhu əlaqələndirən zəncir hesab olunurdu. Çox danışmaqisə nəfəsin sui-istifadəsi, ruhun narahatlığı demək idi. Bu günə qədər də şamanvə buddist kahinlər həftənin bir gününü sükut günü edirlər. Həmin günü ən vacibsözlər belə işlədilmir, sakitçiliyin pozulmaması üçün tənha güşəyə çəkilirlər.Hesab olunur ki, bir günlük sükut ömrün bir həftəlik uzdılması deməkdir. HəttaHindistanda mistik cərəyan var: Muni. Bu cərəyana aid olanlar ümumiyyətlədanışmaqdan imtina ediblər. Nəticədə isə həmin insanlar yüz ildən artıq yaşayır vəbu müddət ərzində heç xəstələnmirlər. Ümumiyyətlə, hind mistikasında nəfəs vəonun düzgün idarə olunması xüsusi əhəmiyyət daşıyır, günümüzdə də yoqlar nəfəssayəsində insan orqanizminin sağlam, formada qalmasına xidmət edir. Bəzən,sükut da insanı yaxşı natiq edə bilər. Necə? Məsələn, mənasız söhbətincavabında susub gülümsəmək, əsassız tənqidə cavab olaraq kəskin baxışlısusqunluq özü böyük nitq deyilmi? Həm də müəmmalı: qarşındakı insanın fikrihaçalaşır ki, görəsən bununla sən nə demək istəyirdin? Hərdən faciəylə üzləşmişinsanı susub qucaqlamaqla, qəlbindəki ən həssas duyğuları onunla paylaşırsan.Xanımların nəzərinə: susqunluqla daha çox diqqət çəkmək mümkündür. Nənəm həmişəqız nəvələrinə deyərdi: "Az danışın ki, səsinizi eşitməyə can atsınlar, azgülün ki, gülüşünüzün həsrətini çəksinlər”. Düzü, nə barədəsə danışmağa həmişə söz tapılır, nə barədə susmağa sükut tapmaq isə bir məharətdir. Əlqərəz, sözün də sükutun yerini bilmək gərək.Hər biri öz yerində olanda ən qüdrətli vasitədir.       


Şəfiqə ŞƏFA