adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Fevral 2016 16:46
102312
RUBRİKA

Sirli ədəbiyyat: Puşkinin şifrələri

Ədəbiyyat– oxuyub öyrənmək, zövq almaq, özünü tanımaq, yolunu cizmək, duyğularını, arzuvə xəyallarını təsvir etmək üçündür. Bu çoxşaxəli yazılı və şifahi mədəniyyətiözündə ehtiva edən sahə təkcə bədii, mədəni, elmi, texniki müxtəlifliklərdən bəhsetmir, bəzən gələcək və ya keçmiş gizlinləri də oxuculara,nəsillərə ötürməyi hədəfləyir. Əlbəttə ki, orta əsrlər ədəbiyyatını oxuyarkəneyni zamanda o dövrün tarixi, həyat tərzi, geyimi, mətbəxi və s. haqqında məlumatlanırıq.Əbəs yerə ədəbiyyatı təsviri sənətlə bərabər tutmurlar. Rəssam təbiətə güzgütutduğu, həmçinin təsəvvüründəki qeyri-adilikləri gerçəklik fonunda təsviretdiyi kimi, şair və yazıçı da yaşadığı dövrün abu-havasını, reallığını, düşüncələrinibəzən də sirlərini təxəyyülünə qataraq gələcək nəslə ötürür. Təsadüfi deyil ki,yazılı ədəbiyyatı bugünkü gizli kompyuter faylları, arxivləri ilə bir tuturlar.Nəyə görə ədəbiyyatın ələyindən keçən minlərlə qələm sahibləri arasında məhzdahilərin əsərləri yüzilləri aşa bilir? Nəfis yazıldığı üçün? Bu öz yerində, həmdə bu əsərlərin üzərindən əsrlər keçməsinə baxmayaraq, günümüzlə səsləşməsi,sanki bütöv oxuculara deyil, hər kəsə ayrı-ayrılıqda yanaşması, insanların gələcəkhəyatını duyub təsvir, bəzən də xəbərdar etməsi çoxsaylı oxucuların diqqətini çəkib,şüuraltı bələdçi onları keçici müəlliflərə deyil, dahilərə yönəldib. GötürəkNizami Gəncəvinin hikmətlərini – 8 əsr öncə yaradılmış poeziya bu gün hərbirimizin gündəlik bəhrələndiyimiz kəlamlardır. Dünya ədəbiyyatı tarixindəxüsusi şifrələr altında günümüzlə səsləşən bir çox əsərlər mövcuddur. Elə müqəddəs"Qurani-Kərim”i də ilahi əsər hesab eləsək, oradakı üstüörtülü ayələrinyaşanacaq hadisələr, dünyanın gələcək durumu ilə bağlı məlumat ötürdüyündənartıq təfsirçilər vasitəsilə xəbərdar olmuşuq. Bundan başqa, hind, misireposlarında, mayya tayfalarının salnamələrində, antik yunan əsatirlərində,ayrı-ayrı dünya şöhrətli müəlliflərin əsərlərində belə müəmmalı şifrələrinolduğu, çoxunun da hələ açılmadığı barədə məlumatlıyıq. Bunlar barədə təfsilatıilə yeni "Sirli ədəbiyyat” rubrikamızın sonrakı buraxılışlarında məlumat veriləcək.Bu gün isə böyük rus şairi, şeirləri ilə təkcə Rusiyada deyil, bütün dünyadakütləvi oxucuların sevgisini qazanmış, özündən sonra məktəb qoymuş AleksandrPuşkinin şifrəli məlumatlarından danışacağıq. Fyodr Dostoyevski Puşkin haqqındadeyirdi: "Puşkin yaradıcılığının çiçəkləndiyi vaxt dünyadan köçərək, özüyləsirlərini də qəbrə gömdü”. Amma Dostoyevskinin ruhunu şad edərək bildirək ki,Puşkinin sirlərinin çözülməsi üçün bu gün böyük tədqiqatlar aparılır. Onlardan bəzilərinidiqqətinizə çatdıracağıq.  

Yəqin ki,çoxumuz, xüsusilə də SSRİ-nin "sonuncu mogikan”ları olan ötən əsrin axırlarındadoğulmuş şəxslər Puşkinin "Ruslan və Lyüdmila” əsərinə çəkilmiş filmi izləmişik.1972-ci ildə poema əsasında çəkilmiş bu film o qədər sevildi ki, məktəblilərinhər qış tətilində o zaman yeganə Azərbaycan telekanalı "AzTV” və iki Rusiyakanalı mütləq yayımlardı. Ruslan adının hətta Azərbaycanda da populyarlığı məhzbu filmdən sonra artmışdı. Amma poemanın özünü Puşkin 1820-ci ildə yazıb. Yeri gəlmişkən, Rusiyanın daha bir görkəmli ədibiİvan Turgenev bu əsəri Puşkin qələmindən çıxmış ən zəif əsər hesab edir:"Xalq üslübu altında saxtalaşma, sırf xəlqilik də əcnəbimüəlliflərin təsirinə düşmək kimi yersiz və faydasızdır. Buna ən yaxşı misalolaraq Puşkinin əsərləri arasında ən zəifihesab olunan onun nağıllarını, eləcə də "Ruslan və Lyüdmila”nı göstərmək olar. (1880-cı il, şairin bürünc heykəlinin Moskvada açılışızamanı Turgenevin nitqindən). Amma Turgenev haradan biləydi ki, zəif hesabetdiyi əsərin hər sətirində nələr gizlənir?!  

Sədaqəti, mərdliyi, yenilməzliyi tərənnümedən bu əsərdə Rusiyanın gələcəyinə dair aydın təsəvvürlər var ki, bu daPuşkinin təkcə şair və rus dilini formalaşdıran ədib kimi deyil, eyni zamandaalim, öngörücü kimi yaddaşlara həkk edir: "Tanrının köməyi ilə sərhədlərimizgenişlənəcək, elmi cədvəllərimiz dünya zülmətinə işıq tutacaq, 500 il sonra hüdudsuzdəmir yollar dağlardan, çayların üzərindən hər tərəfə şaxələnəcək, cəsarətləsuyun, yerin altına enəcəyik, dünya sözümüzü eşidəcək”. Göründüyü kimi şairdoğma Rusiyasının bugünkü panoramasını aydın təsvir edir. Burda qeyd edim ki, şairindueldə öldürüldüyü il – 1837-ci ildə Rusiyada dəmiryolu salınaraq ilk qatarlarxəttə buraxılıb. Puşkin yanvarın 29-da ağır yaralanıb, fevralın 10-da dünyasınıdəyişib. Çar Dəmiryolları Stansiyası isə həmin ilin oktyabrın 30-da istifadəyəverilib. Yəni Puşkin nəinki sonrakı qatarları, heç ilkini də görə bilməyib,amma ölkəsinin gələcək dəmiryolları sistemindən xəbər verib. 500 il müddətqoymaqla isə, Rusiyanın hələ bundan sonrakı taleyindən bəhs edir – "Dünya sözümüzüeşidəcək” – artıq eşitməkdədir. Son siyasi-iqtisadi durumlar həmişəgüclü Rusiyanındaha qüdrətləndiyini göstərmədimi? Maraqlıdır, elə Rusiyanın biləyini qatlanmazedən "çar” Putin soyadı da Puşkin soyadına çox bənzəyir. Bəlkə də hələaçılmamış şifrələrdə onun haqqında da məlumatlar var?!

Şairin məşhur "Yevgeni Onegin”poemasının 10-cu başlığı da şifrələnib. Həmin başlıqda ölümündən 80 il sonraüsyana qalxacaq 1917-ci il dekabristləri haqqında məlumat verilir. Yaxud başqabir qəhrəmanının diliylə şair "Hər kəsdən qabaq ulduzlara çatarıq” – deməklə,rus insanının bəşər tarixində bir ilkə imza atmasını – kosmosa (ulduzlara)uçmasını nəzərdə tuturdu.  

Puşkin fizika, riyaziyyat və digərdəqiq elmləri sevməzdi. Amma özü Rusiya Elmlər Akademiyasının üzvü idi. Sualyaranır: elmlərin açarı sayılan riyaziyyata, fizikaya nifrət edən biri necə ElmlərAkademiyasına üzv ola bilər? Şair özü bunu belə izah edirdi: "Bu dəqiqhesablamalar, fiziki nailiyyətlər gələcəkdə dünyanın başına çox oyunlar açacaq.Bəşərin rifahına deyil, məhvinə yönələcək” Şair burada fiziki tərəqqi sayəsindəyaradılan atom, raket bombaları, nüvə stansiyalar və digər dağıdıcı silahları nəzərdətutur. Amma fiziki inkişaf təkcə silahla məhv etmir bu gün digər texniki tərəqqi– internet, xüsusilə də sosial şəbəkə toruna düşmüş insanlıq çabalamaqdadır,hörümçək isə artıq burnumuzun dibindədir.

Digər dahi rus ədibləri kimi Puşkində İslama xüsusi rəğbət göstərib. "Ruslan və Lyüdmila”da Məhəmməd Peyğəmbərə vəQuran surələrinə istinadlar var ki, Sovetlər dönəmində həmin hissələrçıxarılıb. Yeri gəlmişkən, Lyudmila adının yaradıcısı da Puşkindir. Lyud –insanlar, xalq, mila isə mehriban deməkdir. Puşkin burda çoxmillətli vəçoxdinli rus xalqının mehribanlığına işarə və ya arzu edir. Ruslan isə poemadagüc və bilik rəmzi kimi təqdim edilir. Poemanın simvolik rəsmində Ruslan vəLyüdmila at üstündə qucaqlaşmış təsvir edilir. Yəni çoxmillətli Rusiya yalnızbilikli və vəhdət halında qüdrətli ola bilər. Atın arxasındakı "baqaj”da isə düşmən– saqqallı Çernomırın kəsilmiş başı var. Bu da Rusiyaya əl uzadan düşmənin aqibətinəişarədir. Yəni nağıllar Puşkin üçün əslində bir vasitə idi. Necə ki, təmsillərdəheyvanların dili ilə cəmiyyətin eybəcərlikləri göstərildiyi kimi, Puşkin də bunağıllar vasitəsilə öz xalqına və bəşəriyyətə vəsiyyətini şifrələyib qoymuşdu.      



Puşkin haqqında belə deyirlər: "Əsərlərindəkeçmişi yaşadan, indini göstərən,gələcəkdən xəbərverən şair”. Tam şairin boyuna biçilmiş, onun özünü,qələmini sözlə təsvir edən ifadə! Şairə Anna Axmatova düz deyirdi: "PuşkinRusiyanın hər şeyidir” Hətta daha fanatik ruslar onu Rusiyanın peyğəmbəri adlandırırlar.Maraqlıdır ki, Puşkin yaradıcılığının tədqiqi haqqında yazılmış əsərlər onuncəmi əsərlərindən qat-qat çoxdur.

Puşkin təkcə bəşəriyyətin texniki tərəqqisi deyil, ədəbi proseslərini də görə bilirdi. Şair sonrakı nəsil qələmdaşlarını təsviredərkən həm öz dövrünün, həm bu günümüzün ədəbi portretini necə də mükəmməlgöstərə bilib: "Dövran dəyişir, ədəbi epoxadan siyasi mərhələyə adlayırıq.  Mərkəzi, müsbət, özünədoğru çəkən, hüzur verən şair –  hay-küyçü,carçı, mərkəzdənqaçan, başqalarına doğru itələyən, mənfi enerjili şairlərlə əvəzlənir”. Həqiqətən də bu uzaqgörən dahi sanki günümüzü təsviredib. İstər dünya, istərsə də konkret Azərbaycan poeziyasında bu gün insanlığa,xeyirxahlığa, ali duyğulara dəvət əvəzinə, özümüzdən, ruhumuzdan, millikimliyimizdən uzaqlaşdırıb meydan qarğaşasına hesablanmış, hay-küyçü, ifratasi, möhürlü təsdiqləri belə inkar eləmək cəsarətinə malik qələmtutanlar (ənazından Puşkin kimi ədibdən danışanda dahinin yaradıcılığına və ruhuna hörmətləbugünkü şairləri "qələmtutan” adlandıraq) çağdaş poeziyanı üstünə "YU MƏNİ”yazılmış çirkli pəncərədən dünyaya boylanmağa vadar edir.  


Şəfiqə ŞƏFA