adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Iyun 2016 16:30
144748
RUBRİKA

Sirli ədəbiyyat: Bir dilin möcüzəsi

Dünya dilləri çətinliyinə, asanlığına,qədimiliyinə, sürətliliyinə, zərifliyinə və b. cəhətlərinə görə səciyyələnir. Dil,ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış)qaydaları daşıyan sistem hesab olunur. İnsanlar bir-birləri ilə ünsiyyətyaratmaq, yazmaq, oxumaq üçün dildən istifadə edirlər. Amma dil, eyni zamanda onuyaradıb, istifadə edən insanın orqanizminə də xidmət edir. Bu xidmət müsbət vəmənfi yönümlü ola bilər. Yəni dillərin rahat və çətinliyinə görə ondan daimi istifadəedən xalqlarda müəyyən fiziki dəyişiklər formalaşa bilər. Ona görə də "Sirli ədəbiyyat"da bu dəfə dillərin, konkret olaraq bir möcüzəvi dilin dərinliklərinə baş vuracağıq. 

Yuxarıda qeyd etdiyim dilin orqanizmdə müəyyən fiziki dəyişiklər formalaşdırmasına nümunə gətirək ki,daha anlaşılsın. Məsələn: fransız dili dünyanın ən gözəl və axıcı dillərindənhesab olunur, əksər sevgi nəğmələri bu dildə yazılmış şeirlərə bəstələnir,melodramalar fransızdilli ssenarilər əsasında çəkilir. Amma bu dilin tam bir xəstəliksaçdığını bilirdinizmi? Bildiyiniz kimi fransız dilində "r” səsinin "ğ”laşmasıvar. İndi gəlin qri (boz) sözünü "qği” edək və bunu 10 dəfə təkrarlayaq. Dahasonra kristian (xristian), orevuar (görüşənədək, sağ ol) sözündə "r”ları "ğ”laşdıraqvə bunu da dəfələrlə təkrarlayaq. Çox yox, yarım saatdan sonra ağız və boyunnahiyənizdə kəskin ağrılar yaranacaq, dodaqlarınız çatlayacaq, bogaz əzələlərinizgərginlikdən ağrıyacaq. Belə vəziyyətdə, üstünə də soyuq su içsəniz, vəssalam:Allah şəfa versin! Ona görə də, əsl fransız dili mütəxəssisləri, bu dili yeniöyrənənlərə başlanğıc səviyyədə "r” səslərini olduğu kimi saxlamağı tövsiyəedirlər. Yaxud: ingilis və ərəb dillərində dil-diş arası "z” səsi var. Ərəbcəöyrənənləri dəqiq bilmirəm, ancaq ingiliscə öyrənənlər bu səsi elə sadə "z”kimi səsləndirirlər, əcəb də edirlər. Hər hansı bir dili öyrənərkən,sağlamlıqlarından keçməyəcəklər ki! Çünki bu dil-diş arası "z” səsi də danışanaaz dərd yaratmır. Hər kəsin dişləri inci kimi sıralanmayıb, iri, aralı, itidişli olan insanlar da var. Təsəvvür edin, hər dəfə bu "z”nı səsləndirəndə dilucu diş arasına ilişə, insan öz dilini tez-tez dişləyə bilər. Bundan yayınmağıbacarsa da, daimi diş arasına girən dil ucluğunda keyimə yaranır. Dadbilməduyğularının bəziləri dil ucunda yerləşdiyi üçün keyləşmiş, həssaslığınıitirmiş dil dadbilməni zəif hiss edəcək ki, bu da düzgün qidalanmaya fəsadyarada bilər. Portuqal, italyan və ispanların danışarkən niyə əl-qolunuoynatdığı, emosional olduğunu düşünmüsünüzmü? Beyninizə əziyyət verməyin, məndeyim: bu dillər həddən artıq sürətlidir. Sürətli danışmaq üçün tez-tez nəfəsalmaq lazımdır, ağciyər, eləcə də bir-biri ilə vəhdət təşkil edən orqanizm "gücləndirilmişiş rejiminə” keçir. Daxili orqanların sürətli fəaliyyəti qanı da sürətlənir vəbeləliklə coşqun qanın yaratdığı yüksək emosionallıq qaçılmaz olur. Burda sualyarana bilər: bəs tarixi az qala, dünyanın özü qədər olan bu dillərindaşıyıcıları necə indiyədək belə fəsadlardan əziyyət çəkməyiblər? Suala yenəmisalla cavab verim: hindlilər və afrikalılar, elə qonşu gürcü və türklərin mətbəxiyüksək acılı təamlarla seçilir. Bu xalqların yediyi yeməyi biz yesək, çoxdaniçalatımızı kabab eləmişdik, ona görə də onların mətbəxini ölkəmizdə sifariş edəndə,fərqindəsinizsə, "acısız olsun” və ya "orta acılı, lütfən” deyə ağız dadımıza uyğunlaşdırırıq.Yəni bu xalqlar acı dadla dünən tanış olmayıblar, ta qədimdən beləqidalanıblar, ona görə də nəinki daxili orqanları, genləri də acını qəbul edib.Bizsə, sonradan daddığımız üçün uyğunlaşa bilmirik, orqanizmimiz qəbul etmir.Dil də həmçinin, "gərgin dil”lərin daşıyıcıları əsrlərdir bu dillərdədanışırlar. Gen yaddaşına köçdüyü üçün orqanizm özü-özünü tənzimləyir. Amma budilləri sonradan öyrənənlər üçün bir müddət problemlər yaranır. Ən maraqlısıodur ki, yuxarıda adlarını qeyd etdiyim dillər dünyanın 7 beynəlxalq dilləriarasındadır. Ola bilsin ki, bu dilləri gözəl səslənişinə görə seçiblər, təbiiki o dillərin ölkələrinin gücü də az rol oynamayıb. 

Dilin fəsadlarındandanışdıq, indi də keçək xeyrinə. Əvvəlcə onu qeyd edim ki, Azərbaycan və rusdillərinin daşıyıcıları sevincək ola bilərlər. Bu iki dil dünyanın ən xeyirlidillərindən sayıla bilər, çünki özündə ağız boşluğunu, tənəffüs yollarını əziyyətəsalan hərf və səslər daşımır. Amma insan orqanizminin xeyrinə olan bu dillərdəndaha öndə olanı var ki, o da Sanskrit dilidir. Yəni dünyanın ən çətin dili! Budili qismən öyrənmək insanın 5 ilini alır, onu tam olaraq əcnəbilər öyrənəbilmir, bunun üçün mütləq Hindistanın sanskrit dilində danışan ərazilərindəminimum 3-4 il yaşamalısan. Əmma... çəkilən əziyyətlər də boşa getmir – orqanizmməhz bu dil sayəsində yeni doğulmuş kimi saflaşır, daxili orqanların problemləritədricən həll olunur. Dünya dilləri arasında ən çox hərf və söz ehtiyatınasahib olan bu dil həyatın hər sahəsində (ədəbiyyat, xüsusən poeziya,iqtisadiyyat, texnika, hüquq və s.) yararlıdır. Ən əsası, bu dildə davamlıdanışmaq əqli fəaliyyəti sürətləndirir, zehni daha aydın edir, bir növ beyni məşqetdirir. Bu dili öyrənənlər riyaziyyatı, məntiq və fəlsəfəni daha yaxşıqavrayırlar. Sanskrit dilinin fonetikası bədənin enerji nöqtələri ilə birləşir,ona görə də bu dildə oxumaq, danışmaq həmin nöqtələrin fəaliyyətini tənzimləyir.Nəticədə orqanizm fiziki və psixoloji xəstəliklərə qarşı müqavumətini artırır,insanı stressdən, mənfi emosiyalardan arındırır. Üstəlik, sanskrit yeganədildir ki, dil ucluğunun bütün sinir nöqtələrini hərəkət etdirir. Bu dildə təkcəbir neçə cümləni davamlı işlətmək, qanın damarda fəaliyyətini düzəldir, kirəclənmənin, keyiməninqarşısını alır. Bu göstəriciləri nəzərə alıb həmişəayıq avropalılar böyüyən nəslindaha sağlam yetişməsi üçün artıq məktəb və universitetlərinin proqramına sanskritdili dərslərini salıblar. Gənc nəsil dili tam öyrənə bilməsə də həftədə bir neçədəfə sanskritcə danışıb-oxusa, yenə faydalı hesab olunur.

Hazırda bu dilHindistanın Uttarakhand ştatının rəsmi dilidir. Bundan başqa, Uttara Pradeş,Racastan, Karnatake, Orisse əyalətlərində də sanskritcə danışılır. Hətta 1970-ciildən bəri "Sudxarma” adlı qəzetləri də mövcuddur. Dünyada 30 milyon sanskrit mətnlərvar ki, bunun 7 milyonu Hindistandadır. Yəni bu dildə olan mətnlər antik Yunan vəRoma mətnlərinin birgə sayından da çoxdur.   

Amma bu dilin möcüzələri bununlabitmir: sanskrit əsrlər, minilliklər öncə yaradılmış kompyüter dilidir. Hə, həsəhv oxumadınız – məhz kompyüter dili! Məsələ burasındadır ki, sanskrit hərflərininhər biri bir rəqəm daşıyır. Bir cümlənin hərfləri toplanaraq rəqəm alınır,özündə şifrə daşıyan həmin rəqəm çözüldükdə, bəşəriyyətin xeyrinə olan sirrlər açılır. Xüsusən də, texniki sahəyə və kosmosa aid məqamları aşkara çıxarır. Sanskritşifrələrinin tam açılması "Mahabharata” və "Ramayana” dastanlarını daaydınlaşdırır ki, bu əsərlərin sadəcə ədəbi-bədii zövq üçün deyil, müxtəlif elmələrinsirlərini də özündə daşıdığını bir daha təsdiqləyir. Başqa sözlə, nağıllar vədastanlar əslində keçmişi deyil, gələcəyi əks etdirir.

Hazırda Rusiya DövlətUniversitetində və NASA-da bu dilin şifrələri araşdırılır. Almaniya, Fransa vəABŞ sanskrit işarələrindən ibarət kompyüter proqramı yaradırlar, 2021-ci ildənetibarən tətbiqinə başlanılacaq. İlkin olara "göndərmə”,  "qəbuletmə”, "irəli”, "geri” işarələrisanskritcə olacaq. 2030-cu ildənsonra dünyanın beynəlxalq dilinin sanskrit olması gözlənilir. BMT artıqsanskrit dilini "Bütün dillərin anası” adlandırıb. Dilçilər bildirirlər ki, budili öyrənən insan digər dilləri də rahatlıqla mənimsəyir.

Yeri gəlmişkən, sanskritdünya üzrə minlərlə yaşı olan yeganə diri dildir. Hələ ondan başqa heç bir dil bu qədəryaşaya bilməyib. Onun kimi qədimi dillərin əksəriyyəti ölüb, amma insanlarınxeyrinə olan sanskritin özünə də uzunömürlülük nəsib olub.   

Şəfiqə ŞƏFA