Sinan Akçıl boşanandan tanınmış aktrisa ilə eşq yaşayır - FOTO

Türkiyəli müğənni Sinan Akçıl ölkəsində ən çox müzakirəsi gedən şou-biznes nümayəndəsidir. Sevgililəri ilə gündəm olan Sinanın evliliyi də olay olub.
Sinanla aktrisa həyat yoldaşı Burcu Kıratlı ilə 2018-ci ildə Amsterdamda nikah masasına əyləşdi. Doqquz ay sonra isə rəsmi şəkildə boşandılar. Müğənni növbəti dəfə 2021-ci ildə Burcu ilə yenidən otellərin birində toy edib, nigah bağladı.
Adalet.az Habertürk-ə istinadən xəbər verir ki, "Yanımdadır" adlı musiqi albomu hazırlayan Sinan Akçıl və Aleyna Kalaycıoğlunun son günlər birlikdə görüntülənməsi sevgi dedi-qodularına səbəb olub.
Əvvəlki gecə birlikdə obyektivin üzərində düşünən ikili, "Sən eşq yaşayırsan?" sualını cavabsız qoyub. Sinan Akçıl bir neçə ay əvvəl ikinci dəfə evləndiyi Burcu Kıratlı ilə yollarını ayırmışdı.
Qeyd edək ki, azərbaycanlı pərəsişkarları türkiyəli müğənni Sinan Akçılı44 günlük Vətən müharibəsindən sonra daha çox sevdilər. Beləki, o, İnstaqram hesabında Azərbaycanla bağlı paylaşım edib əsgərimizin Suqovuşana (Madagiz) bayraq sancdığı anın videosunu yayımlamışdı:Akçıl görüntülərə "Gəncəyə bütün qəlbimlə keçmiş olsun deyirəm. Azərbaycandan (mən də daxil olmaqla) pullar qazanmış, hər dəfə möhtəşəm qarşılanmış, sevgiylə əhatə edilmiş müğənni dostlarım, siz də bir az daha diqqətli olun" sözlərini yazaraq həmkarlarına səslənib. Sənətçi müğənni dostlarını Azərbaycana dəstək olmağa çağırmışdı.
Əntiqə Rəşid