adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
27 Mart 2024 17:16
802
SİYASƏT

Simonyan: Biz həmin kəndləri Ermənistan ərazisi hesab edən insanları axtarırıq

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qaytarılmalı olan kəndlərdən danışıb.

    Adalet.az news.am-a istinadən xəbər verir ki, Alen Simonyan bu gün parlamentdə jurnalistlərlə söhbətində Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycana qaytarılması məsələsinə toxunub.

    “İndi biz buranı Ermənistan ərazisi hesab edən insanları axtarırıq. Mən o adamları axtarıram ki, gəlib Ermənistan ərazisində olduqlarını sübut edəcəklər. Ermənistan Sovet İttifaqının yaradılmasından tutmuş Ermənistanın müstəqilliyinə qədər bütün xəritələrdə öz ərazisini metr-metr göstərə bilər. Tavuş sakinləri Ermənistanla Azərbaycan arasında xəttin harada olduğunu bilirlər”, - Simonyan bildirib.

    O, müxalifətin bununla bağlı gərginlik yaratmağa çalışdığını vurğulayıb.

    Ermənistan parlamentinin sədri işğal altında olan 8 kəndlə bağlı Azərbaycanın hərbi əməliyyat keçirəcəyini istisna etməyib.

    “Azərbaycanlılar bu barədə açıq danışırlar”, - Simonyan əlavə edib.