adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Noyabr 2019 13:21
124256
MƏDƏNİYYƏT

"Silsilətün-nəsəbi Səfəviyyə" Azərbaycan tarixinin qaynağı kimi

İstinad vermək vacibdir:Bayramlı Z. H. "Silsiletün-NesebiSafeviye” eseri Azerbaycan tarihinin kaynağı gibi // Yeni Türkiye. Azerbaycanözel sayısı – II. Ankara, 2019, sayı 108, s. 97-105

Anahtar kelimeler: Erdebil, Şeyh Zahid, Safiyüddin Erdebilî,Seyid, Sultan

İncelemiş olduğumuz kaynakta Şeyh SafiyüddinErdebilî,atalarının ve seleflerinin, Şeyh Zahid Gilani ve seleflerinin dini ve ideolojikfaaliyetleri, XIII yüzyılın başlarında Gürcüler tarafından Azerbaycankentlerine düzenlenen seferler, Altın Orda hanı Cani bey ve Amir Timur'unSafevî şeyhlerine verdikleri vakıflara ait bilgiler, dönemin diğer kaynaklarıve araştırmalardan elde edilen olgular ile karşılaştırmalı olarak analiz edildive tarihsel gerçekleri ortaya çıkarmaya ceht gösterildi. Şeyh Zahid Geylani’ninhaleflerinin onaylanmasına ilişkin 1559'da Şah I Tahmasp tarafından kararnameverilmişdir. Erdebil’deki Şeyh Safi Türbesi'nin mülküne Şeyh Abdal ZahidiPirzade'nin atanması hakkında ise 1600'üncü ilde Şah Abbas ferman vermiştir.

Key words: Ardabil, Sheikh Zahid, Sheikh Safi ad-Din, Seyid,sheikh, sultan

The source examines on the religious and ideologicalactivities of Sheikh Safiyüddin Ardabili, his ancestors and predecessors,Sheikh Zahid Gilani and his predecessors, the campaigns organized by Georgiansto Azerbaijani cities at the beginning of the XIII century, the informationthey gave to the Safavid sheikhs of the Golden Horde Han and Tamerlane. Sourcesand researches analyses these facts comparatively with the facts obtained, andthey were encouraged to reveal historical facts. In 1559, Shah I Tahmasp issueda decree on the approval of Sheikh Zahid Gilani's successors. Shah Abbas issueda decree on the assignment of Sheikh Abdal Zahidi Pirzade to the property ofSheikh Safi Tomb in Ardabil province in 1600.

Şeyx Hüseyn bin Şeyx Abdal Zahidi Səfəvilərin ulu babası ŞeyxSəfiəddin İshaqın mənəvi rəhbəri olmuş sufi-dərviş şeyxi Zahid Gilani nəslindəndir.Şeyx Hüseynin atası Şeyx Abdal Zahidi I Şah Abbasın (1587-1629) dövründə birmüddət Ərdəbildə Şeyx Səfi məqbərəsinin mütəvəllisi olmuşdur. Şeyx Hüseyn də gəncyaşlarında Şah sarayında qulluqda olmuşdur. O özünün "Silsilətün-nəsəbi Səfəviyyə"adlı əsərini ömürünün son illərində yazmış və Şah Süleymana (1666-1694) ithafetmişdir.

Əsərin əlyazma nüsxələrindən birini İranda dövlət qulluğundaolmuş və 1911-ci ildə tutduğu vəzifədən istefa edən Albert Hauntum Şindler əldəedərək İngiltərəyə aparmışdır(13, s.4). Məşhur ingilis şərqşünası Eduard Braunonun kitabxanasından bir çox əlyazmalarla yanaşı "Silsilətün-nəsəbi Səfəviyyə"nidə satın almışdır. Eduard Braun "İran ədəbiyyatı tarixi" adlı əsərindəyazır ki, "Silsilətün-nəsəbi Səfəviyyə" əsəri qiymətli bioqrafik məlumatlarlazəngindir. Mən çox şanslıyam ki, keçmişdə Albert Hauntum Şindlerə məxsus olan"Silsilətün-nəsəbi Səfəviyyə" əsərinin sürəti A.C.Elisin comərdliyi nəticəsindəmənim əlyazmalar arxivimə daxil olmuşdur. Eduard Braun əsəri h.1343 (1924)-cüildə Berlində öz vəsaiti hesabına çap etdirmişdir.

"Silsilətün-nəsəbi Səfəviyyə"nin əsas elmi dəyəri əsərdəilk Səfəvi şeyxlərinin təsərrüfat fəaliyyətləri, Əmir Teymurun 1402-ci il KiçikAsiya və Suriyadan gətirdiyi əsirləri Şeyx Xoca Əlinin xahişi ilə azad etməsi,I Şah Abbasın Şeyx Abdal Zahidi Ərdəbilməzarının vəqf əmlakına mütəvəlli təyin etməsinə dair materiallar və ƏmirTeymurun Şeyx Xoca Əliyə verdiyi övlad vəqfi, Şeyx Sultan Heydər, I Şah Təhmasibvə I Şah Abbasın Şeyx Zahid Gilani nəslinin övlad vəqflərinə aid yazdıqları vəsiqəvə fərmanların olması ilə səciyyəvidir.

Şeyx Hüseyn bin Şeyx Abdal Zahidi "Silsilətün-nəsəbi Səfəviyyə” adlı əsərində XIII- XVII əsrlərdəkiməşhur dərvişlər, şeyxlər, din və irfan sahibləri, onların kəlamları haqqındakıməlumatları tarixi və dini-fəlsəfi mövzuda yazılmış kitabları, xüsusilə də ŞeyxSədrəddinin tövsiyəsi ilə Təvəkkül ibni Bəzzazın 1358-ci ildə yazıb tamamladığı"Səffətüs-səfa"nı oxuduğundan, həm də onlardan bəhrələndiyindən xəbərverir. "Səfvətü-səfa”nın XV-XVII yüzillərdə köçürülmüş əlyazma nüxsələrinə Səfəvisülaləsinin "ilahi şahlıq haqlarını”, yəni hakimiyyətlərinin legitimliyini əsaslandırmaqüçün nəsillərinin Əli ibn Əbu Talibləbağlayan şəcərə cədvəli əlavə edilmişdir. Görkəmli tarixçilərdən V.V.Bartold,O.Əfəndiyev, F.Sümər, "Səfvətüs-səfan"ın elmi-tənqidi mətnini onun XVyuzilliyə aid köçürmə nüxsəsi əsasında hazırlayıb Təbrizdə çapetdirən Q.T Məcd və hətta Əhməd Kəsvəri də Səfəvilərin əcdadlarınınseyidliklə bağlı olmadığınıyazmışlar. Sözsüz ki, "Səfvətüs-səfa”nın sonrakı köçürmə nüxsələrinə belə bir nəsil şəcərəsini dini-ideoloji, siyasiməqsədlərlə əlavə edilmişdi.

Səfəvilərin tarixinə həsr edilmiş XV-XVII yüzillərinqaynaqlarında dəfələrlə Şah İsmayılın sələflərinin "türk piri","türk gənci" adlandırılması onların soyca seyidliklə bağlıolmadıqlarının və Azərbaycanın köklü türk ailəsindən olduqlarını bəlli göstəriciolub Əbülqasım Həmzə də daxil olmaqla şəcərə cəlvəlinin də onlara aid olmasınıinkar etmək olmaz. Mirzə Abbaslı da dövrün mötəbər mənbələrindən əldə etdiyifaktlara istinad edərək Səfəvilərn soyu və şəcərəsi haqqında yazır: "Şahİsmayıl Xətai öz mənşəyi etibarı ilə ən köklü azərbaycanlı ailəsindəndir. Ərdəbilinşəhəryanı kəndlərindən olan Kəhrəlandan (Kəlxorandan) Şah İsmayılın iyirmibeşinci babası Əbülqasım Həmzənin və on altıncı babası Qızıldörk (Zərinkulah)Firuzşahın qəbrləri bu gün də yerli əhalinin ziyarətgahıdır".

Şеyх Hüsеynbin Şеyх Аbdаl Zаhidi Şеyх Səfiəddinin sоy şəcərəsindən sоnrа оnun yеddincibаbаsı Firuzşаh Zərrinkülаhın həyаt və fəаliyyətini təsvir еtmişdir. Müəllifyаzır ki, İbrаhim Ədhəmin İrаndа pаdşаh оlаn övlаdı Ərdəbil vilаyəti və оnun ətrаfbölgələrini Firuzşаh Zərrinkülаhа vеrmişdi. Firuzşаh vаr-dövlət, zəngin sərvət sаhibi və həm dəgözəl nаtiq idi. Аilə-uşаğı, хidmətçiləri,mаl-qаrаsı çох оlduğundаn Gilаnıngеniş оtаqlаrı оlаn və Rəngin də аdlаnаn Kənаr bişе (Kənаrmеşə) bölgəsinə köçübbir müddət оrаdа yаşаmışdı. Oğlu Əvəzinisə Ərdəbilin Isfərəncаn kəndində məskun оlduğu bildirilir.

Mənbədə İbrahim Ədhəminİranda padşah olan oğlu tərəfindən Ərdəbil və onun ətraf bölgələrinin FiruzşahZərinkülaha verilməsi haqqındakı məlumat tarixi gerçəklikləri özündə əksetdirmir. Əvvəla ona görə ki, İran VII əsrinbirinci yarısında ərəblər tərəfindən işğal edilmiş və 651-ci ildə Sasaniimperiyası süquta uğramışdır. İran bu vaxtdan etibarən X əsrin 30-40-cı illərinəqədər Xilafətə tabe olub ərəb xəlifələri tərəfindən təyin edilən canişinləridarə edirdilər. İkincisi isə N.Musalı "Tarixi-i alamara-yi Abbasi”adlı əsərinAzərbaycan dilinə tərcüməsində İbrahim Ədhəm və onun övladları haqqında yazdığışərhdə göstərdiyi kimi, İbrahim Ədhəm Bəlx hakimləri nəslindən olub VIII əsrdəyaşamış və onun xələflərindən heç biri hökmdar olmamışdır(8, s.44). Bu səbəbdənSəfəvi mənbələrindən VIII əsrdə İranda şahlığın olması, İbrahim Ədhəmin İrandaşah olan oğlunun Firuzşah Zərinkülah Ərdəbil vilayətinə hakim təyin etməsihaqqındakı məlumatlar doğru deyildir.

"Silsilətün-nəsəbiSəfəviyyə”də Firuzşah Zərrinkülah və və onun Şeyx Səfiəddinə qədərki xələflərinindini və irfani fəaliyyətlərinə aid qısa məlumat verilmiş və onların Ərdəbilin ətrafbölgələrində heyvandarlıqla yanaşı əkinçiliklik təssərüfatı ilə məşğulolduqları göstərilmişdir. Müəllif XI - XV əsrə və eyni zamanda Səfəvi sülaləsininhakimiyyəti (XVI –XVII əsrlər) dövrünün ictimai-siyasi hadisələrinə də yeri gəldikcətoxunmuşdur ki, bunlar real tarixi faktlara söykənir. Gürcülərin qаrət məqsədiilə Аzərbаycаnа təşkil еtdikləri yürüşlərdən bəhs еdən müəllif yаzır ki, ƏrdəbilinKəlхоrаn kəndində əkinçilik təsərrüfаtı ilə məşğul оlаn Səlаhəddin Rəşid vəfаtеtdikdən sоnrа оğlu Qütbəddin Əbdülbаği zаmаnındа gürcü qоşunu Ərdəbilə hücumеdib burаdа çох dəhşətli qətl və qаrət törətmişdilər. Bu vахt Ərdəbildə bir nеçəmin müsəlmаn şəhid olmuşdu. Gürcülərin qorxusundan Qübtəddin ailəsini və biraylıq oğlu Əminəddin Cəbrayılı da götürüb Ərdəbilə gəlir və onları burada birevin zirzəmisində gizlədir.

Şeyx Hüseyn bin Şeyx Abdal Zahidi gürcülərin Ərdəbilə yürüşü,törətdikləri qətil və qarətləri, Qübtəddin və onun ailəsinin başına gələn fəlakətləriTəvəkkül ibn Bəzzazın "Səfvətüs-səfa" əsərindən müxtəsər şəkildə əxsetmişdir. Ancaq "Səfvətüs-səfa"da Qübtəddinin adı Qübtəddin Əbu Bəkrkimi qeydə alınmışdır. Təvəkkül ibn Bəzzaz Ərdəbildə gürcülərlə savaşda bir neəmin müsəlmanın şəhid olduğunu, Qübtəddin Əbu Bəkrin boynundan yaralandığını,müalicə alaraq sağaldığını, nəvəsi Şeyx Səfiəddin anadan olduqda yaşadığınıyazır.

"Silsilətün-nəsəbi Səfəviyyə”də Gürcüstan kafirlərinin təxminənh.606-cı ildən (m.1204) hücum edib Azərbaycanın bir çox şəhərlərində xeyli müsaəlmanəhalini şəhid etdikləri, Ərədbil şəhərini də xarabaya çevirdikləri qeydedilmişdir. Gürcü qarətçilərinin Azərbaycana XIII əsrin əvvələrindəki yürüşlərinihərtərəfli araşdırmış Z.M.Bünyadovun hadisələr haqqında yazdıqalraına görə AzərbaycanAtəbəylər dövlətinin sultanı Qızıl Arslandan (1186-1191) sonra hakimiyyətəkeçmiş Əbu Bəkr (1191-1210) içki düşgünü olduğundan ölkənin idarəçiliyibaşlı-başına buraxılmışdı. Onun belə birdurumundan istifadə edən gürcülər 1204, 1205, 1211-ci illərdə Azərbaycana qarətməqsədi ilə yürüş etmişdilər. Onların sonuncu yürüşündə Ərdəbil şəhəri də ciddizərər çəkmişdi.

Seyid Hüseynbin Şeyx Abdal Zahidi əsərində Şeyx Səfiəddin haqqında daha müfəssəl məlumatvermişdir. O, yazır ki, həzrəti Şеyх Səfiəddin Bəni Аbbаsi хüləfаsının sоn günlərindəh.650-ci (m.1252) ildə аnаdаn оlmuşdu. Şeyx Səfiəddin gəncliyində Ərdəbildəciddi təhsil alaraq yüksək bilik sahibi olsa da, bir çox dini və irfanisuallara cavab tapa bilmədiyinə görə kamil ustad axtarışında olub, mənəvi aləminçətinliklərini dərk edərək yüksək mərtəbə və ali dərəcəyə çatmaq istəyirdi. O,bu niyyətlə Şiraza gedərək görkəmli Azərbaycan alimi Şihabəddin Sührəvərdinin(1145-1234) şagirdi olmuş və soyca türk olan, dövrünün görkəmli irfan sahibiŞeyx Nəcibəddin Bozquşun yanında təhsilini davam etmək istəyinə düşür. «Silsilətün-nəsəbi» də göstərilir ki, onun Məhəmmədadlı qardaşı vaxtilə Şiraz və Hörümüzə ticarət üçün getmiş həmin məntəqələrarasında isti səmum küləyinə dözməyərək vəfat etmişdir. Digər qardaşı SəlahəddinRəşid də bu diyara ticarət məqsədi ilə getmiş, Şirazda anbardar Xacə Nurəddininqızı ilə evlənmiş, var-dövlət sahibi və Şirazda kətxuda olmuş, bir daha vətəninə qayıtmamışdır. Şeyx SəfiəddininŞiraza getmək istəyinin əsas məqsədi yuxarıda qeyd edilən olsa da, onun bu şəhərəgetməkdə həm də qardaşı ilə görüşmək və onu Ərdəbilə qaytarmaq məqsədi dəvardı. Anasından qardaşını geri gətirmək adı ilə razılıq alan Şeyx SəfiəddinŞiraza yola düşür. Ancaq o, bura çatdıqda, artıq Şeyx Nəcibəddin Bozquş vəfatetmişdir. Qardaşı ilə görüşən Şeyx SəfiəddinŞirazın din və ifran sahibləri olan dərvişləri ilə də həmsöhbət olub məqsədinionlara anlatdıqda, onlar məsləhət görürlər ki, Əmir Abdullahın yanına gedibhalını ona anlatsın. Təkcə "Silsilətün-nəsəbi Səfəviyyə"də deyil,dövrün digər mənbələrində də Əmir Abdullanın ona "türk piri" deyəmüraciət edərək istiqamət verməsi haqqında məlumat verilir. "Şeyx Səfi təzkirə"sindəgöstərilir ki, "...ol çağ Şeyxə (Şeyx Səfiəddinə) "türk piri"derlərdi".

Zamanınsufi-saliki Şeyx Səfiəddinin sahib olduğuməqam və halı öyrənənƏmir Abdulla təsəvvüfyolunda onun suallarına Şirazda cavab verəcəkvə bağlı qapıları onun üzərinə açacaqbir irfan sahibi olmadığını nəzərə alaraq ona bəyan edir: ,, Ey türkpiri, nə şərq, nə də qərb aləmində heç kim sənin hal və vaqiətini həll edə bilməz.Belə bir şəxs Şeyx Zahiddən (1218-1301) savayı yoxdur”.

"Silsilətün-nəsəbiSəfəviyyə”də göstərilir ki, Şeyx Səfiəddin, Əmir Abdullaya Şeyx Zahidinə tanıdığını, nə də yerini bilmədiyini söylədikdə,Əmir Abdulla ona deyir ki, ŞeyxZahidin xanəgahı sizin vilayətin yaxınlığındakı Gilanda Xəzər sahilindədir.

Şeyx SəfiəddinƏrdəbilə qayıtdıqdan sonra dörd il burada qalaraq ibadətlə məşğul olmuş, əcdadalarınınqəbrini dəfələrlə ziyarət etmişdir. Nəhayət anasından icazə alıb Kəlxoranlıdüyü alveri ilə məşğul olan tacir Məhəmməd İbrahimlə Gilana yola düşür.

Mənbələrdəgöstərilir ki, Şeyx Zahidin iki ailəsi vardı ki, onlardan biri dərya sahilindəSiyavrudda digəri isə Hilyekəranda idi. Şeyx Səfiəddin Gilana gəldikdə o,Hilyekəranda idi. Şeyx Zahid Gilanınmübarək hüzuruna gəlib onun tərəfindən qəbul olunmaq şərəfinə nail olmuşdu ki,bu zaman onun 25 yaşı, Şeyx Zahidin isə 60 yaşı vardı. O, görkəmlimürşidin yanında iyirmi beş il xidmət etmiş, sufiliyin nəzəri əsaslarını ondanyüksək səviyyədə öyrənə bilmişdi. Bu barədə İsgəndər bəy Münşi yazır ki, Şeyx Səfiəddinmücahidlikdə və zahidlikdə çox tərəqqi edir və onun feyz mənbəyi olan batinindəilahi sirlərinin nuru parlayır. Şeyx Zahid özünün pak qızı Fatiməni də onaverir.

"Silsilətün-nəsəbiSəfəviyyə”nin Şeyx Səfiəddinin ailəsi haqqındakı bəhsdə onun beş oğlu olduğugöstərilir. Onun Şeyx Məhiyəddin adlı oğlu Bibi Fatimədən anadan olmuş vəŞeyxin sağlığında vəfat etmişdi. Qəbri onun künbəzinin üst tərəfindədir. Şeyx Səfiəddindənsonra dörd oğlu qalmışdı ki, onlardan ikisiŞeyx Zahidin qızından doğulmuş Şeyx Sədrəddin və Şeyx Əbusəiddir. Şeyxindigər iki oğlu Əxi Süleyman Kəlxoranınqızından olan Şeyx Əlaəddin və Şeyx Şərəfəddindir. Onun ikinci qadınından birqızı da vardı ki, Şeyx Şəmsəddin ibn Şeyx Zahid Gilaniyə ərə vermişdi.

Seyid Hüseyn bin Murtəza Hüseyni Astrabadi Şeyx Səfiəddinİshaqın övladları haqqındakı məlumatda Şeyx Məhiyəddin bin Şeyx Səfiəddinin adıçəkilmir və Şeyx Səfiəddinin yuxarıda adları qeyd edilən sonrakı dörd oğlu iləyanaşı iki digər oğlunun da olmasına işarə edilir. Həm də iki qızı haqqında daməlumat verilir. Müəllif yazır ki, Şeyx Səfiəddinin Şeyx Zahidin qızı Fatiməxatundan Şeyx Sədrəddin Musa və Şeyx Əbu Səid adlı oğlu və Cəmilə bəyim adlıqızı vardı. Əxi Süleyman Kəlxoraninin qızından isə Şeyx Səfiəddinin Seyid Ələddin,Seyid Şərəfəddin adlı iki oğlu, Əsmət bəyim adlı qızı anadan olmuşdur. Əsmət bəyimŞeyx Zahidin oğlu Şeyx Şəmisəddinə ərə verilmişdir. Şeyx Zahidin sələfləri həminqadından anadan olmuşdular. Şeyx Səfiəddin İshaqın Şeyx Sdərəddindən sonraanadan olan üç oğlu tez vəfat etmişdilər. Deyilənə görə Şeyxin Əxi süleymanınqızından Seyid Rəfiəddin Mənsur və Seyid Məhiyəddin Məhəmməd adlı oğulları daolmuşdur. Şeyx Səfiəddin İshaq m. 1334-cü ildə Həcc ziyarətindən qyıtdıqdan oniki gün sonra Ərdəbildə dünyasını dəyişərək burada dəfn edilir. Onun vəfatındanyeddi gün sonra ömür-gün yoldaşı Bibi fatimə də vəfat edir.

Şeyx Hüseynibn Şeyx Abdal Zahidinin sözlərinə görə Şeyx Səfiəddin İshaq sağlığında xələflərindənözünə naib təyin etidyi Şeyx Sədrəddin qısa müddət ərzində çox ciddi çalışaraqağır zəhmətlə kamil ustad mərtəbəsinə yüksəlmişdi. Ərdəbil vilayətindənolan Mövlanə Şəmsəddin deyir ki, Marağa– Təbriz yolu ilə üç ay ərzində Həzrəti şeyxin ziyarətinə gələn talebanların (zərvarvə müridlərin) sayı 30 min nəfər olmuşdu. İsgəndər bəy Münşi isə yazır ki, ŞeyxSədrəddinin səadət qapısı hörmətli şahların və əyanların müraciət etdiyi yeroldu. Moğol əmirləri (Elxanilər) və əyanları irşad xəzinələrinin sahiblərinəböyük etiqad bəsləyirdilər. Şeyx Sədrəddin zamanının hökmdarları, talebanlarıyanında deyil, xalqın yoxsul zümrələri arasında daha çox böyük nüfuz sahibiolmuşdu. Bunun əsas səbəbi onun Şeyx Səfi türbəsinin məlum və məlum olmayan (nəzir,bəxşiş) gəlirlərdən yoxsullara yardım edilməsi haqqında sərəncamlar verməsi iləəlaqədar idi. Seyid Cəmaləddin rəhmətüllah yoxsullara, yolçulara yemək verilməsiüzrə məmur olduğu zaman bir gün ərzində fəqirlərə min qoyun qızardılıb yeməkverilmiş və dərviş xəlvətxanalarına da min ədəd çörək göndərildiyi də qeydəalınmışdır.

Şeyx SədrədininŞeyx Zahid vəfat etdikdən (m.1300) dörd il sonra h.704-cü ildə (m.1304) anadanolmuş və h.794 (1392)-cü ildə vəfat etmişdir. O, əlli doqquz il irşad və dini rəhbərolmuşdu. Səfəvilərin mötəbər tarixi abidəsi onun əsəridir. Bu mötəbər Şeyx Səfi məqbərəkomleksi on ilə tikdirilib başa çatdırılmışdı.

Şeyx Sədərddininmüridlərinin xalq içərisində təsiri çox artmış, onlar sufilik ideyasını Azərbaycanhüdudlarından kənarda da yayaraq məhşurlaşırdılar."Silsilətün-nəsəbi Səfəviyyə”də göstərilir ki, Şeyx Sədrəddinin zamanında onun talebanları(müridləri) çox yüksək məqama sahibolmuşdular ki, onlardan biri də Seyid Şah Qasım Ənvər (1355-1434)olub, o,sonralar İraq və Xorasanda da çox məhşurlaşmışdı.

XIV yüzilin30-40-cı illərində Hülakular dövləti parçalanıb dağıldıqda Azərbaycandahakimiyyəti çobanilər sülaləsi ələ keçirmişdi. Çobanlı Məlik Əşrəf (1344-1356)əhalinisoyub talayır və onun zülmündən cana gələnlər vətənlərini tərk edirdilər. OnlarAzərbaycandakı əhalinin acınacaqlı vəziyyətiniCanı bəyə çatdırdıqda o, mütəəsirolmuşdu. O, tezliklə hərəkətə keçib Azərbaycanın Şirvan vilayətinə daxil oldu. Təbrizi tutub MəlikƏşrəfi ələ keçirib edam etdirdi. Şeyx Sədrəddin Canı bəy tərəfindən ehtiramlaqarşılanmış və o, Şeyxə bildirmişdi ki, mənim bu vilayətdə qalmaq fikrimyoxdur. Sizə və müridlərinizə aid olan daşınmaz əmlak (torpaq, tikili) düzgünqeydə alınıb mənə gətirilsin ki, onlar yenidən sənədləşdirilsin və qaydayasalınsın. Şeyx Ərdəbilə yola düşüb padşahın göstərişi ilə müridlərin mürəxxəsedərək Ərdəbil vilayəti, Darolmərz, Muğana və sair mahallara göndərdi ki, yerlərdəhansı əmlak ki, onlara aiddir sənədləşdirsinlər və Şeyx onları padşahaçatdırsın. Müridlər bütün bunlar barədə düzgün tumar hazırladılar və müqəddəsAstanaya çatdırdılar. Ancaq Canıbəy ölkəsində baş verən hadisələrlə bağlı ləngimədənyola düşdüyünə görə Şeyx onunla bir daha görşə bilmədi və bu səbəbdən də onunimzası ilə soyurqal barədə hökmü ala bilmədi.

Şeyx Sədrəddin Həcc ziyarətindən geri qayıtdıqdan sonra oğluariflər sultanı, sufi-saleklərin dəlili Xoca Əlini özünə xələf və naib təyinedib, səccadəni də, müqəddəs məzara rəhbərliyi də ona də verir Xoca Əli atasından sonra otuz səkkizil Darülirşada başçılıq etmiş və h.830-cu ildə(m.1437) vəfat etmişdi. ŞeyxHüseyn ibn Abdal Zahidinin də əsərində Səfəvilər dövrünün bir sıra məxəzlərindəolduğu kimi Xacə Əlinin Əmir Teymurla Amu və Dizful çayları kənarında görüşməsi,Əmir Teymurun 1402-ci ildə Anqara döyüşündən qalibiyyətlə döndükdə Ərdəbilə gəlməsivə burada Xoca Əli ilə üçüncü görüşündə ona birpiyalə zəhər verib sınamaq istəməsinə aid hekayət də əks edilmişdir.Möcüzə səciyyəli hekayətdə göstərilir ki, zəhər Xoca Əliyə təsir etmədiyinə görəƏmir Teymur onun kəramətinə inanıb etiqad etmiş və Rum vilayətindən gətirdiyi əsirləridə Şeyxin xahişi ilə azad etmişdir. Mənbədə göstərilir ki, həzrət Şeyx dəonları azad etdi və indi rumlu sufiləri adı ilə məşhur olanlar onlardır.

Bu hekayətlərdə möcüzə səciyyəli eizodların əksinə olaraq"Əmir Teymurun vəsiyyətləri"ndə göstərilir: "Hansı məmləkəti zəbtelədimsə, həmin məmləkətin abırlı, etibarlı adamlarını əziz tutdum, seyidlərinə,üləmalarına, fazilləriə və şeyxlərinə təzim elədim, sayqı göstərdim, onlarasoyurqal, vəzifə verib məvacib təyin etdim" (6, s.92). Buradan belə bir nəticəhasil olur ki, Xoca Əli Səfəvi sufi-dərviş cəmiyyətinin başçısı olaraq təkcə Azərbaycandeyil, onun hüdudlarından kənarda da nüfuz sahibi olaraq tanındığını görə ƏmirTeymur Ərdəbilə gəlmiş və onunla görüşüb istəklərini də yerinə yetirmişdir. ƏmirTeymurun Qeysərlə (Osmanlı sultanı) müharibədə ona təslim olan dörd minlik Rum əsgəriniazad etməsi sözsüz ki, Xoca Əlinin xahişi ilə yerinə yetirilmişdir və"...seyidlərə...şeyxlərə...soyurqal verib, nəvacib təyin etdim" deməsiisə Səfəvi Şeyxlərinə vəqflər bağışlamasının tarixi gerçəklik olmasından xəbərverir. "Silsilətün-nəsəbi Səfəviyyə"də də qeyd edilir ki, Teymur xan öz pulu ilə Təlvar, Qızılüzən,İsfahan, Həmədan və qeyri yerlərdən kənd, əkin sahələri alıb həzrət Sultan Xacəəlinin kişi övladlarına vəqfi övlad verdi. Ancaq bağışlanan bu vəqflərin sənədiniTeymur xanın hakimiyyətinin sonuna qədər əldə edə bilmədiklərinə görə faktikiolaraq bu vəqflərin gəliri Şeyxin xələflərinə verilmirdi. Bu sənədi qızılbaşlarBəlx yaxınlığında bir kənddən tapıb I Şah Abbasa verdilər. Şah Abbas göstərişverdi ki, qəbalə yazılsın və bu əmlakdan onların əvvəlki sahiblərinə heç bir məbləğçatmasın.

"Silsilətün-nəsəbi Səfəviyyə"də Şeyx Xoca Əlininailəsi haqqındakı məlumata görə onun üç oğlu olmuşdu. Mənbədə göstərilir ki,Şeyx Cəfər adlı böyük oğlu çox elmli və bilikli olub, fəzilətdə və bilikdə onun səviyyəsində səfəvilərdəheç kim yoxudu. Övladları Hacı Kəlbə xan, Qasım xan, Bağır xan, İbrahim xan,Süleyman xan, Murad xan, Bayram xan olub, onlara Şeyx Cəfəri deyirdilər. ŞeyxXoca Əlinin ikinci oğlu Əbdülrəhmanın övladları isə Mir İbrahimi ünvanı ilətanınırlar. Onun üçüncü oğlu İbrahim Şeyxşah olub, o, atasının naibi vəcanişini idi. Onun nəzmdə çox gözəl təbi olduğunu qeyd edən Şeyx Hüseyn əsərinəqəzəllərindən nümunələr daxil etmişdir.

Şeyxşah adı ilə məşhur olan Şeyx İbrahim ibn Sultan Xoca Əliatasından sonra on doqquz il Darülirşada rəhbərlik etmiş h. 851-ci ildə(m.1447) vəfat etmişdi. Onun böyük oğlu Şeyx Əbusəid Astananın kitabdarı(kitabxana müdiri), sonuncu oğlu ŞeyxCüneyd isə atasının naibi və Səfəvi sülaləsinin böyük şahlarının ulu babasıolmuşdu.

İsgəndər bəy Münşi yazır ki, XV yüzilin 40-60-cı illərində Səfəvitəriqət piri Sultan Cüneydlə (1447-1460) zamanının Azərbaycan hökmdarı MirzəCahan şah Türkman (1435-1467) arasındakı münasibətə tarixi gerçəklikdən yanaşaraqyazır ki, Sultan Cüneydin müridlərinin çoxalmasını, var-dövlətinin artmasınıMirzə Cahan Şah dövləti üçün böyük təhlükə hesab etdiyindən onu üstüörtülü şəkildəAzərbaycanı tərk etməsinə məcbur edir. Sultan Cüneyd 1449-1456-cı illərdəAnadolu və Suriyanın şimalındakı Türkmən tayfaları arasında təbliğat aparıb tərəfdarlarınınsayını artırdıqdan sonra Diyarbəkrə Bayandurlu ulus bəyi Həsən bəyin yanına gəlir.İsgəndər bəyin bu hadisələr haqqındakı məlumatından görünür ki, bu zaman Azərbaycanhökmdarı Baharlı Mirzə Cahanşahla (1435-1467) Bayandurlu Həsən bəy arasındadüşmənçilik olduğundan Həsən bəyin Sultan Cüneyd kimi müttəfiqə ehtiyacı vardı.Şeyx Hüseyn bin Abdal Zahidinin sözlərinə görə Şeyx Cüneyd Diyarbəkrə qədəmqoyub oranı şərəfləndirdi. O vilayətin hakimi Həsən bəy həzrəti Şeyxi səmimiyyətləqarşılayıb Xədicə bəyim adlı bacısını da ona ərə verdi. Şeyxin bu qadındanasimandakı günəştək uca Sultan Heydər adlı oğlu anadon olmuşdu. Digər oğlu XocaMəhəmməd olub, onun anası çərkəzlərə qarşı müqəddəs müharibədən gətirilən cariyədir.Xoca Məhəmmədin Xacə Nemət və Xacə Xan Əhməd adlı iki oğlu vardı. Xoca Nemətanası tərəfdən Səfəvi şahlarına qohum idi. Ağa Yusif Mirzə, Rəzi xan Mirzə,Abbas Mirzə onun övladlarıdır. Xacə xan Əhmədin isə Məsum bəy və Mahmud xanMirzə adlı iki oğlu vardı. İsa xan qorçubaşı Məsum bəyin nəvəsidir.

Bayandurlu Həsən bəydən dəstək alan Sultan Cüneyd on min nəfərsufi ilə çərkəzlərə qarşı cihad məqsədilə Şirvana tərəf yola düşür. Şeyx Hüseynbin Abdal Zahidini yazır ki, Şeyx Cüneyd Şirvanda o vilayətin münafiqlərinin əlində həlakolur. və Quru Yalda dəfn edilir. Səfəvilər dövrünün bir çox mənbələrindəyazıldığına görə, Şirvanşah I Xəliulla (1417-1465) və Tabasaran hakimininordusu ilə mürşidi-kamil yolunda canlarından keçməyə hazır olan Sultan Cüneydinsufiləri Samur çayının sol sahilində Qıpçaq kəndi yaxınlığında qarşılaşmış vəbaş verən döyüşdə Sultan Cüneydin sufiləri məğlub olmuş, özü də bu savaşdaöldürülmüşdü. İsgəndər bəy Münşi yazır ki, "Fütuhat-i Əmini" də o həzrətincəsədinin sufiləri tətəfindən Darülirşada gətirilib müqəddəs baxçada dəfnedildiyi yazılmışdı. "Bu həqirə (İsgəndər bəy Münşiyə) məlum olduğuna görəisə həmişə bu ali sülalənin tərəfdarı olan Təbərsaran əhalisindən bir kəslər həzrətinmübarək cəsədini hərb meydanından çıxararaq Qubanın Qülhan mahalına aid olanQuryan kəndində bir yerdə dəfn etmişdilər". İsgəndər bəyin sözlərindənaydın olur ki, Samur çayı sahilindəki döyüşdə şəhid olan sufilər və onlarınpiri Qubanın Qülhan kəndində indiki Qusar rayonunun Həzrə kəndində dəfnedilmişdilər.1544-cü ildə isə I Şah Təhmasib ulu babası Şeyx Cüneydin qəbriüstündə türbə tikdirmişdi.

İsgəndər bəy Münşi yazır ki, Sultan Cüneyd şəhid olduqdansonra oğlu Sultan Heydər uca rütbəli atasının yerinə keçib "vilayətkürsüsünün" sultanı, irşad sarayının başçısı oldu. O, ata-babalarının ənənələrinidavam etdirərək istədiyi şəhərlərə və məxluqa hökmranlıq etmək fikrində idi. O,zahiri və mənəvi səltənəti birləşdirərək batində Allaha itaət edənlərin vəşeyxlərin göstərişi ilə gedib, zahirdə isə sultanlar kimi ağalıq taxtındaotururdu. Şeyx Sultan Heydər məqəsdinə tam çatmaq uğrundakı sonuncu dinimüharibədə h.893-cü ildə (m.488) şəhid olmuş və onun övladları həbs edilmiş vədörd il Şiraz vilayətində həbsxanada qalmışdılar. Həbsdən azad olduqdaSahibqran Şah İsmayıl Bahadır xan Gilana hicrət etmiş, digər qardaşlarımünafiqlərin əlində şəhid olmuşdular.

Sultan Heydərin şəhid olmasının səbəbləri, ailəsi vəövladları haqqında İsgəndər bəy Münşinin əsərində daha ətraflı məlumatverilmişdi. Müəllif yazır ki, Sultan Heydər çərkəzlərə qarşı dini müharibə etməkməqsədilə hər tərəfə qasid göndərib silahlı sufilərini öz bayrağı altındatoladıqda, Şirvanşah (Fərrux Yəsar) fikirləşdi ki, o, atasının qanını almaq vəŞirvanı tutmaq istəyəcəkdi. Şirvanşah kürəkəni Bayandurlu Sultan Yaqubun(1478-1490) yanına qasidlər göndərib bildirdi ki, Sultan Heydər Şirvan vilayətinitutsa bununla kifayətlənməyəcək. Nəticədə Sultan Yaqub Şirvanşaha kömək məqsədiləSüleyman bəy Bicənoğlunun başçılığı altında dörd minlik Türkmən bölüyünü göndərdi.Bu zaman sultan Heydərin ordusu Dərbəndə çatmışdı. Oranın əhalisi Sultan Heydərinsufilərinə təcavüz etdiyinə görə o, qızılbaşlara Dərbəndi ələ keçirməyi əmredir. Dərbənd uğrunda savaş zamanı artıq Şirvanşahın və Süleyman bəy Bicənoğlununordusunun Tabasarana çatdığını eşidən Sultan Heydər savaşı dayandırıbTabasarana hərəkət edir. H. 893cü ildə (1488) burada baş verən döyüşdə SultanHeydər şəhid oldu. Onun cəsədini Tabasaranda dəfn etdilər. Məşədixanım Nemətə görə müridləri onaTabasaranda deyil, Beşbarmaq dağının arxasında gizl bir yerdə dəfn etmiş vəSultan Heydərin məzarı uzun müdddət gizli qalmışdır. Şah İsmayıl SəfəvininŞirvan ərazisinə yürüşləri zamanı onun qəbri üzərində türbə tikdirmişdir.Sultan Heydərin şəhid olmasından iyirmi iki il sonra onun cəsədini Ərdəbilə gətiribəcdadlarının qəbrinin yanında dəfn etmişdilər.

Şeyx Hüseyn bin Şeyx Abdal zahidin sözlərinə görə Sultan Heydərdayısı Həsən padşahın Bəgi Ağa adlı qızı ilə evlənmişdi. "Tarix-i aləmara-yiAbbasi"də Həsən Padşah bacısı oğlu Sultan Heydərə verdiyi qızının Aləmşahbəyim adı ilə məşhur olduğu və Həlimə bəyim Ağa da deyildiyi qeyd edilmişdi. Buqadından Sultan Heydərin Sultan Əli Mirzə, İsmayıl Mirzə və Sultan İbrahim Mirzəadlı üç oğlu vardı. İsgəndər bəy Münşi yazır ki, Həsən bəy Rumlunun sözlərinəgörə Şah İsmayılın Seyid Mahmud Mirzə, Seyid Süleyman Mirzə və Seyid Davud Mirzəadlı qardaşları da olmuşdu. Lakin o, Sultan İbrahim Mirzənin adını çəkmir. İsgəndərbəy Münşi Seyid Mahmud Mirzənin Sultan Heydərin əvvəlki üç oğlunun Şirazın İstəxrqalasına aparıldığı zaman vəfat etdiyini, Seyid Süleyman Mirzənin isə Şahİsmayıl Xorasana hücum edərkən Təbrizdə törətdiyi ixtişaşda öldürüldüyünü,Sultan Əli padşah da istisna olmaqla, digərlərinin taleyindən xəbərsiz olduğunuyazır.

Şeyx Hüseyn bin Şeyx Abdal Zahidi I Şah İsmayıl, Şah Təhmasib,II Şah İsmayıl, Sultan Məhəmməd, I Şah Abbas, I Şah Səfi, II Şah Abbas, SultanSüleyman haqqında bir neçə cümlədən ibarət bioqrafik məlumat verməklə kifayətlənir.

Şeyx Hüseyn bin Şeyx Abdal Zahidi Şah İsmayılın əemme isna əşəri(12 imam) məzhəbli olduğunu qeyd edərək yazır ki, o, h.892-ci ildə (1487)anadan olmuş, h. 907-ci ildə (m.1501) 13 yaşında hakimiyyətə kecmiş, 25 ilhakimiyyətdə olmuş, h.930-cu ildə (m.1524) vəfat etmişdir. Şah İsmayılın fars vətürkcə şeir yazması haqqında məlumat verən müəllif, onun türkcə yazdığı və əsərininideya məzmununa uyğun olan şeirlərindən parçalar da vermiş, həm də onları şərhetmişdir.

"Silsilətün-nəsəbi Səfəviyyə"də Şeyx Zahid Gilanınkəramətləri haqqında hekayətlər, Şeyx Səfiəddinin onun müridi olaraq ondanirfanın incəliklərini öyrənməsi, onların aralarındakı mürşid-mürid münasibətləri,Şeyx Səfiəddinin mürşidinin qızı Bibi Fatimə ilə evlənməsi, bir çox süfi şeyxlərihaqqında da məlumat verilmişdir. Müəllifə görə Şeyx Zahid oğlu Şeyx Cəmaləddininsufi təriqəti başçısı mərtəbəsinə layiq yaşa çatmasına baxmayaraq Şeyx Səfiəddiniözünə canişin təyin edir. Müəllifin bu fikri doğru hesab edilərsə, onda Şeyx Səfiəddinİshaq Səfəvilər dövrünün mənbələrində "Səfəviyyə sufi-dərviş" təriqətinindeyil, "Zahidiyyə" təriqətinin piri kimi təqdim edilərdi. Ancaqdövrün bütün qaynaqlarında o, "Səfəviyyə sufi-dərviş" təriqətininmürşidi-kamili kimi yazıya alınmışdı. səfəvilər dövrünün qaynaqlarında Şeyx Səfiəddininhəyat və fəaliyyəti haqqındakı materiallar sübut edir ki, o, mürşidi-kamiliŞeyx Zahid Gilaninin yanında bütün zəhmətlərə qatlaşaraq təhsilini uğurla başavurub, ondan xirqə alaraq yeni təriqət təsis etmək, sərbəst mürid hazırlamaqhüququnu əldə edə bilmişdi.

Şeyx Hüseyn bin Şeyx Abdal Zahidi yazır ki, Şeyx ZahidGilanın oğlu Şeyx Şəmsəddin vəfatından sonra onun Şeyx Hamid və Şeyx Möhyəddinadlı övladları Şeyx Sədrəddinin himayəsi altında yaşayırdılar. Şeyx Sədrəddinbu fani dünyadan əbədiyyata qovuşduqda Şeyx Şəmsəddinin xələfləri baş verən dəyişikliklərzamanı ta Şeyx Heydərə qədər gah yaxşı, gah da darlıq (yoxsulluq) içərisindəyaşamışdılar. O, (Şeyx Heydər) onların əvvəlki halının öyrənilməsi haqqındagöstəriş verdi. Onlara aid olan kiçik irsi mülkləri və vəqfi övladları haqqındaŞeyx Heydər öz mübarək xətti ilə yeni fərman yazmışdı.

Və ondan sonra,şövkətin bayrağı, ali məkan padşah, tanrınınkölgəsi, on iki imamçılıq məzhəbininyayıcısı, pakların sonu, bəşəriyyətin xeyri cənab Şah İsmayıl SultanHeydərin oğlunun zühurundan sonra, Şeyx Əbdül Vahabın və Şeyx Şərifin adınaolan o cənabın əmlakı və soyurğalı haqqında müxtəlif qərarlar verilmişdir və həmçininədalətli, iqtidarlı və dünya padşahı Şah Təhmasıb- allahın onun dəliliniişıqlandırsın- ədalətli şahla həməsr olan Ağa Şeyxin adına olan soyurğalhaqqında və əmlakın əfvi haqqında çeşidli fərmanlar ehsan buyurmuşlar və həttao haqda fərmanda vurğulamışdır ki, hər zaman vergi məmurları onun sıyırğalındafərqli məsələ tapsalar da o cəhətdən etiraz etməsinlər.

Ancaq Şeyx Hüseyn bin Zahid Gilaninin göstərdiyi kimi I Şah Təhmasibvəfat edəndən sonra Səfəvi məmləkətində rahatsızlıq baş vermişdi ki, bu zahidilərdəndə yan keçməmişdir. Şeyx Zahid Gilanin övladlarından Muğanda yaşayanların vəziyyətləriağırlaşmışdı. "Zahidiyyə” dərvişləri dəfələrlə talan edilmiş və hətta bəziləri də şəhid olmuşdular. Şeyx Zahidinövladlarının Muğandakı vəqfləri ələ keçirilmiş və nəticədə onlar həddən artıqyoxsullaşmışdılar I Şah Abbasın h.1009-cu ilin rəbiüləvvəl (1600-cü ilsentyabr) ayında verdiyi fərman əsasında Şeyx Abdal Zahidi Pirzadə Şeyx Səfiəddinməqbərəsinin vəqf əmlakına mütəvəlli təyin olunmuşdur.

Şeyh Hüseyin b. Şeyh Abdal Pirzade'nin "Silsilatün-nesebi-Safeviye",XIII-XVII. Yüzyıllarda Azerbaycan'da din-ideolojik hareketler, tasavvuffikirleri ve öğreti tarihi konusundaki değerli çalışma kaynaklarından biridir.Kaynak ayrıca, Azerbaycan'ın sosyo-ekonomik ve politik tarihi hakkında bilgileriçermektedir. "Silsilatün-nesebi-Safeviye"deki dini-ideolojik,politik-tarihi bilgileri incelerken karşılaştırmalı analiz yaparak tarihigerçekleri ortaya çıkarmak için İbn Bazzaz, Mir Yahya Kazvini, İskender Bey MünşiTürkman, Muhammed Yusuf Kazvini, Muhammed Tahir Vahid, Veli-kulu bin Davudlu Şamlı,Seyid Hüseyin bin Mürtaz ve Hüseyin Astrabad'ın eserleri de kullanılmıştır.

Qaynaqlar

1. Abbaslı M.Şah İsmayıl Xətainin ömür yolu miniatürlərdə. Bakı, 1981.

2. Бартольд В.В. Сочинения. Том 2, Часть 1,Москва, 1963.

3. BrowneE.G,A A literaray history of Perisa,4-Vols, Vol-4, Modern Times (1560-1924), Cambridge, 1959.

4. BünyadovZ.M Azərbaycan Atabəylər dövləti. Bakı,1984.

5. Əfəndiyev O.Azərbaycan Səfəvilər dövləti. Bakı, 2007.

6. Əmir Teymurunvəsiyyətləri. Özbəkcədən çevirəni Məti Osmanoğlu, Bakı, 1991.

7. İbn Bəzzaz Ərdəbili.Səfvətüs-səfa. Nəşre Qulamrza Təbatəbai Məcd, Təbriz, 1373

8. İsgəndər bəyMünşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi. Farscadan tərcümənin, ön sözün,şərhlərin müəllifiləri: AMEA-nın muxbir üzvü, tarix elmləri doktoru, professorOqtay Əfəndiyev, tarix elmləri namizədi Namiq Musalı, Bakı, 2009,

9. MəşədixanımN. Azərbaycanda pirlər. Bakı, 1992

10. Musalı N. IŞah İsmayılın hakimiyyəti ("Tarix-i aləmara-yi Şah İsmayıl” əsəri əsasında),Bakı, 2011.

11. Seyid Əhməd Kəsrəvi.Şeyx Səfi və təbareş. Tehran, 1324.

12. Seyid Hüseynbin Murtəza Hüseyni Astrabadi. Tarix-i Soltani əz Şeyx Səfi ta Şah Səfi. Tehran,1358.

13. Şeyx Hüseynbin Şeyx Abdal Pizzadi Zahidi. Silsilətün-nəsəbi Səfəviyyə. Berlin, 1343.

14. Şeyx Səfi təzkirəsi(Səfvətüs-Səfanın XVI əsr türk tərcüməsi). Tərtibçilər və nəşrə hazırlayanlar:Filologiya elmlər doktoru Möhsün Nağısoylu, filologiya elmlər namizədi SevərCabbarlı, Bakı, 2010.


zabil_bayramlı@mail.ru