adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Aprel 2014 13:37
6548
GÜNDƏM

Silahlarımız Asiya bazarında - Fotolar

Malayziyanın paytaxtı KualaLumpurda keçirilən 14-cü Asiya Müdafiə Xidmətləri Sərgisi və Konfransı(DSA-2104) çərçivəsində Azərbaycan stendinə müxtəlif ölkələrin silahlıqüvvələrinin təmsilçiləri baş çəkib.


APA-nınMalayziyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, sərgiyə qatılanAzərbaycan nümayəndə heyətinin də bir sıra görüşləri olub.

Müdafiə sənayesi naziri Yavər Camalov Səudiyyə Ərəbistanının silahlıqüvvələrinin yüksək rütbəli nümayəndə heyətini qəbul edib.

Sərgini dəyərləndirən Y. Camalov bildirib ki, Cənubi Şərqi Asiyaregionu Azərbaycan müdafiə sənayesi üçün potensial bazar hesab olunur. Bubölgədə Azərbaycanın məhsullarına tələb var.

«Sərgi çərçivəsində biz Malayziya və Sinqapurun bir şirkəti ilə Azərbaycanməhsullarının bölgədə marketinqinin təşkili barədə razılığa gəldik. BuAzərbaycanın hərbi sənayesinin bölgə bazarına çıxması üçün mühüm addımdır», -deyə nazir vurğulayıb.

Nazir sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiəsənayesi sərgisinə hazırlıq işlərinin davam etdiyini, bu sərginin Azərbaycanhərbi sənayesi üçün mühüm göstərici olacağını deyib. Y. Camalovun sözlərinəgörə, Azərbaycanda keçiriləcək müdafiə sərgisi regionda keçirilən digərölkələrdən fərqli olaraq qatılımçı coğrafiyasının genişliyinə görə fərqlənəcək.

Qeyd edək ki, MSN tərəfindən sərgidə 132 adda məlumat əyani şəkildə və yabroşür şəklində təqdim olunur. Nazirliyin stendində nümayiş olunan 14.5 mmçaplı "İstiqlal-T”, 12.7 mm çaplı "Mübariz”, 7.62 mm çaplı "Yalquzaq” snaypertüfəngi, tank və zirehli texnikalar üçün pulemyotu, HP-7.62 hücum pulemyotununlüləsinə görə fərqlənən iki fərqli versiyası, universal pulemyotu, "Zəfər”,"Zəfər-K” və "İnam” və polimer gövdəli tapança modelləri, pilotsuz uçuşaparatlarının maketləri, aviasiya təlim bombası, müxtəlif çaplı sursatlar,bədən zirehi, əleyhqaz və s. xarici mütəxəssislərin marağına səbəb olub.Azərbaycanın sərgidə təqdim etdiyi yeniliklər HP-7.62 pulemyotunun uzun lüləliversiyası, polimer gövdəli tapança, müxtəlif çaplı döyüş sursatlarıdır.