Silah bazarında trilyonlarla dollar xərclənir – Dünya sürətlə SİLAHLANIR
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu 2018-ci ildə dünya üzrə hərib xərclərlə bağlı hesabat dərc edib.
Ötən il dünyada silah satışına 1,6 trilyon dollar vəsait xərclənib.
Bu 2017-ci illə müqayisədə 2,6% çoxdur. Hərbi xərclərin 60%-i ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Hindistan və Fransanın payına düşür.
Hərbi xərclərini 2017-ci illə müqayisədə 24% artıran Türkiyə isə bu göstəriciyə görə dünyada ilk "beşliyə” düşüb. Hərbi xərcini kəskin artıran ölkələr Burkino-Faso (312 milyon dollar – 52%) və Yamayka (208 milyon dolar – 40%) olub.
Rusiya hərbi büdcəsini 3,5% azaldaraq 61,4 milyard dollar xərcləyib.
Ən çox hərbi sahəyə pul xərcləyən ölkələrin lideri sırasına ABŞ (649 milyard dollar), Çin (250 milyard dollar) və Səudiyyə Ərəbistan (67 milyard dollar) olub.(modern.az)