Şiddətli töhmət alan məktəb direktoru və müəllim işdən çıxarıldılar
Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi və direktoru tutduğu vəzifədən azad ediliblər.
Adalet.az xəbər verir ki, məktəbdə qanun pozuntuları və vəzifə səlahiyyətlərinin düzgün icra edilməməsi ilə bağlı hüquq-mühafizə orqanlarına və Gəncə Şəhər Təhsil İdarəsinə ünvanlanan müraciət əsasında araşdırma aparılıb.
Aparılan yoxlamalar nəticəsində 5A sinifinin sinif rəhbəri Abbasova Günay Pənah qızının vəzifə səlahiyyətlərini düzgün icra etmədiyi müəyyən edilmiş və o, sonuncu xəbərdarlıqla şiddətli töhmət alıb. Bundan əlavə, məktəbin direktoru Gülbəniz Bayramova da vəzifə səlahiyyətlərini düzgün yerinə yetirmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət alıb.Yenidən aparılan araşdırma nəticəsində məktəbdə aşkar edilmiş korrupsiya faktları və digər ciddi qanun pozuntuları nəzərə alınaraq, Gülbəniz Bayramovanın məktəb direktoru vəzifəsinə xitam verilmişdir.
G. Bayramova bir il öncə sözügedən məktəbə direktor təyin olunub.
Digər Xəbərlər
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15
TKT imtahanına qeydiyyat aparılır
17 Mart 2026 14:47
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub
17 Mart 2026 14:20
Xaricdə ali təhsil alan 181 nəfər peşə tanınması imtahanı verib
17 Mart 2026 13:23
Məktəbdə uşağı döyənlər 200 manat cərimələnəcək
17 Mart 2026 12:04


Bakı -°C

