adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Mart 2020 09:25
53069
ŞOU-BİZNES

Şou-biznesdən maraqlı nüanslar - Qiybət...

Yadınızdadırsa, ötən il müğənni Türkan Vəlizadəmüsahibələrinin birində qulaq falına çıxdığını, papaqatdığını demişdi axı:"Papaq da atmışam, qapı da pusmuşam. Papaq atdığıma görəmamam o qədər döydü ki, ələ gələsi olmadım”.

Bu il isəNovruz inancları ilə bağlı daha maraqlı bir açıqlama verib:"Məncə bayram falların etməyənqız yoxdur. Hamımız üçün maraqlıdır. Mən də vaxtı ilə etmişəm. Üzükfalına baxmışam. Qırx yaşıma kimi üzük fırlandı. Ona inansaq, onda qırx yaşımdaərə gedəcəm. Amma inanmıram ki, o vaxta kimi qalım. Bəlkə də özümə təsəlliverirəm. Amma çox maraqlıdır bu cür fallar".

Adalet.az xəbər verir ki, bu sözləri də məşhur müğənni Türkan Vəlizadə"ATV" kanalında yayımlanan "Şou Atv" verilişində qonaq olarkənsöyləyib. Veriliş zamanı müğənni Novruz bayramının fallarından danışıb. Türkanbildirib ki, bir zamanlar belə fallardan çox edib və eyni zamanda inanmadığınıönə çəkib.

Yeri gelmişkən,Xəzər TV-yə yeni rəhbər təyin olunan Xalq artisti Murad Dadaşov kanalın efirsiyasətində bir sıra dəyişikliklər etməyə qərar verib axı. O, Xəzər TV-ninefirində gözünə daha çox görünən müğənnilərə -Şəbnəm Tovuzlunun, Manaf Ağayevin, Mətanət Əsədovanın, Damlanın ekranaçıxmasına qadağa qoydu. Qəflətən bu gün xəbər gəldi ki şou-biznesin daha 3tanınmış siması bu qadağaya tuş gəlib. Bunlar Pərviz Bülbülə, Türkan Vəlizadə vəVasif Əzimovdur. Qarşıdan Novruz bayramı gəlir, ay Türkan, qulaq falına çıxgör, bu nə müsibətdi, başına gəlir?


Türkan Vəlizadə 40 yaşına kimi gözləməkdə olsun,sizə xəbər verək, təzəcə nişanlanmış, çiçəyi burnunda Sevda Yəhyayevadan ...




Sevdanişanlısı haqqında məlumatı sosial şəbəkəyəartıq sızdırıb. Beləki, nişanlı oğlan-Zakir Bayramovun Latviada çəkilmiş fotosunu sosial şəbəkə hesabında paylaşıb.Onun fotosu izləyicilərin marağına səbəb olub. Sən demə, Sevdanın nişanlısı "Leyla Şıxlinskaya”klinikasında genetik-laborant olaraq çalışır. Sevda-Zakir cütlüyünəoğullu-uşaqlı olmağı arzulayıb, yönümüzü tutduq başqa səmtə... Sevilən cütlüklər-Zaur və Günay haqqında da bir xəbər var.



Günay Baxşəliyeva dinc durmayıb, həyat yoldaşıZaurun yatan fotosunu çəkib sosial şəbəkədə paylaşıb. O fotoya, "Mən çəkilişdənZaur isə canlı verilişdən sonra yorğun -arğın... Allah heç kimin əziyyətiniyerdə qoymasın" şərhini yazıb.
Amma Zaurun şirin-şirin yatışı yadıma bir filmdənbir frazanı saldı. Deməli, "Dədə Qorqud” filmində kafir düşmənlər Qazan xanın əlini- qolunubağlayıb arabada aparırlar. .Təbii, yatmış halda. Qəflətən xan oyanır, ətrafabaxır və gülür. Düşmən əsgərləri soruşur: Niyə gülürsən? Xan cavab verir:”İndicə, özümü yuxuda körpə kimi görmüşəm, arabanı dabeşiyim bilmişəm. Elə bilmişəmki, sizdə ətrafımdakı yumru, matan dayələrsiniz..." 
Görəsən, Zaur nə görür yuxuda??



Əgər , mövzu ərin fotosunu sosial şəbəkədəyaymaqdısa, "Eurovision” təmsilçilərimizdənolan Səfurə Əliyeva niyə bu prosesdən kənarda qalmalıdır ki? O da həyat yoldaşıFərhad Əliyevlə yeni fotosunu paylaşıb. Onların ailə fotosu izləyicilər tərəfindənmaraqla qarşılanıb. Safurə fotosuna ürək şərhini qoyub. Bilirsiniz də, Fərhad bəymərhum energetika naziri Natiq Əliyevin oğludur. Fərhad və Safurənində üç övladı var. Beləliklə, şou-biznesimizin maraqlı nümayəndələri ilə bağlı maraqlınüansları nəzərinizə çatdırdıq.

Əntiqə Rəşid