adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Mart 2020 12:21
21586
ŞOU-BİZNES

Şou-biznesdə koronavirus qorxusu: gizlin toy, təxirə salınan nişan, klip

Baxmayaraq ki, koronavirus dünyanı alıbağzına, aləm qarışıb bir-birinə, budurum hollivud ulduzu Ancelina Colininheç vecinə də deyil. Beləki,o, gizlincə ərə gedib.

44 yaşlı aktrisanın adıaçıqlanmayan britaniyalı milyarderlə ailə həyatı qurduğu deyilir.

Cütlüyün toyu isəAncelina və Bredin Fransada evləndiyi Miroval qəsridə keçirilib.

Aktrisa özü isə bu barədəaçıqlama verməkdən imtina edib.


Adalet.az xəbər verirki, amma virusun yaşatdığı vahimə müğənni Sevda Yahyayevanın umrundadı. Çünkio, nişan mərasimini təxirə salıb.

Deməli, martın 17-də baştutması planlaşdırılan məclis aprel ayına uzadılıb.



Sevda dəvət etdiyiqonaqlarla əlaqə saxlayaraq, nişanın reallaşmayacağını bildirib. O,NazirlərKabineti yanında operativ qərargahın qərarına uyğun olaraq, belə bir addımatıb. Qeyd edək ki, sənətçi genetik-laborant Zakir Bayramovla ailə qurmağahazırlaşır. Gənc aktyor-bloqer Mənsur Şərifbir az qoçaq tərpənib. Evlənib.Tanınmış bloqerin toy mərasimi dünənaxşam paytaxt restoranlarının birində baş tutub. Məclisi aktyor Sərxan Kərəmoğluidarə edib.Qeyd edək ki, Azərbaycanda toy məclislərinin keçirilməsi bu gündənetibarən qadağan olunub. Məşhur bloqer qadağanın son günü fürsəti fötə verməyərək evlənib.



Amma koronavirusla bağlı bir bəd xəbərdə var."Mərhəmət kvantı” filmində Ceyms Bondun sevgilisi rolunu oynamış ukraynalı vəfransalı aktyor Olqa Kurilenko koronavirusa yoluxub. Bu haqda O.Kurilenko öz"İnstagram” səhifəsində paylaşıb."Evdə hamıdan təcrid olunmuş vəziyyətdəotururam. Bir həftədir ki, xəstəyəm. Mənim əsas simptomlarım – temperatur vəhalsızlıqdır”, - deyə Kurilenko yazıb. Xatırladaq ki, bir neçə gün öncə məşhuraktyor Tom Henksin və həyat yoldaşı Rita Uilsonun da koronavirusa yoluxduğu barədəxəbər yayılmışdı.

AllahOlqaya da şəfa versin, Ledi Qaqaya da, Elzaya da!


İnşallah!Niyə?ARB TV-nin "Hüseynova bacıları” verilişinin növbəti qonağı olan Əməkdar artistElza Seyidcahan dünya şöhrətli müğənniLedi Qaqanın ona ayaqqabı göndərdiyini deyib: "Ledi Qaqa ikidənə ayaqqabıalıb, deyib ki, biri də Elzaya. Mən də hərdən elə edirəm. Birayaqqabıdanikidənə alıram, ona yollayıram. Allah bizi bacı kimi yaradıb. Ledi Qaqailə rəfiqəlik edirik”.

Koronavirus demişkən, Ərzurumdan olan Semihİpek koronavirus infeksiyasına mahnı həsr edərək klip çəkdirib.

Klipdə Bakı AtatürkLiseyində Türk dili müəllimi işləyən S.İpek ilə bərabər Azərbaycanda təhsilalan çinli tələbələr də iştirak ediblər.

Mahnının yaradılmasındaməqsəd insanlara virusdan qorxmamaq və ona qarşı birlikdə mübarizə aparmaqmesajlarını verməkdir.Klipdə çinli tələbələr "Bəşəriyyət koronanı məğlubedəcək” deyirlər.

Əntiqə Rəşid