“Shokki Mokki” “Peşəkar 100 il” idarəçilik marafonunda! - FOTOLAR

ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən reallaşdırılan və Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə milli markamız “Shokki Mokki” Azərbaycanın ən böyük KSM layihələrindən olan “Məktəbim”i təqdim edib.
Adalet.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edərək faydalı məlumatlar paylaşıblar.
“Shokki Mokki”nin marketinq müdiri Nəzrin Əliyeva çıxış edərək, Heydər Əliyevin milli dövlətçilik tariximizdəki zəngin siyasi irsindən və idarəçilik təcrübəsindən söz açıb.
Daha sonra markanın icra etdiyi “Məktəbim” layihəsindən danışan şirkət rəsmisi bildirib ki, “Məktəbim” Azərbaycan təhsil sahəsində özəl şirkətlərin KSM layihələri içərisində mühüm əhəmiyyətə malikdir.
Nəzrin Əliyeva bu layihə çərçivəsində aztəminatlı ailələrin uşaqları üçün yaradılan şəraitdən danışıb və qadınlara yeni iş imkanlarının yaradılmasını da xüsusi vurğulayıb.
Qeyd edək ki, hazırda Bakı və bölgələrdə 30-dan çox “Məktəbim” təhsil ocağı fəaliyyət göstərir. Bu layihə çərçivəsində bölgədə yaşayan qadınlar xüsusi təlim keçdikdən sonra işlə təmin olunurlar ki, bununla da onların məşğulluğunun artırılmasına mühüm töhfə verilir.
Digər Xəbərlər

Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian...

Qadınlar üçün 4 ideal yay ətiri

Azərbaycanda bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? - VİDEO

Dünyanın məglubedilməz ölkələri: Türkiyə ilk onluqda

Paşinyandan şok: "II Qaregin gəlsin, sübut edim ki, sünnətli deyiləm"

SSRİ-də taksilər: Stalin hökumət limuzinlərini niyə taksiyə çevirmişdi?

Egeydən Aralıq dənizinə: Türkiyənin su altı dünyasına səyahət - FOTOLAR
