adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Iyun 2019 15:43
28412
ƏDƏBİYYAT

Şirməmməd Hüseynovun publisistikası haqqında bir neçə söz

XX əsr Azərbaycan jurnalistikası vəpublisistikasının böyük simaları çoxdur. Şirməmməd Hüseynov bu böyüklərarasında fərqlənən böyük sənətkardır. Sözdən və qələmdən umduğu niyyətlərininciddiliyi, publisist düşüncənin vüsət və dərinliyi, məhz publisistikada ifadəolunan ictimai amal və vicdanın, ümumbəşəri və fərdi əxlaqın ülviliyi, büllurluğu,saflığı, şəffaflığı, halallığı ilə Şirməmməd Hüseynov XX əsrin ortalarındanbaşlayaraq XXI əsrdə də bizim milli jurnalistika və milli publisistikamızınsimvolu olan sənətkar kimi, həm də demokratik ideya, düşüncə tərzi iləDemokratik Cümhuriyyətin simvollarından biri kimi tükənməz sevgisi, enerjisi iləpublisistikasında və bütün fəaliyyətində özünü nişan verir.

Yeni dövrdə MəhəmmədƏmin Rəsulzadə, Üzeyir Hacıbəyli , Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, ƏhmədAğaoğlu, Ömər Faiq Nemanzadə kimi ictimai xadim-publisist-vətəndaş idealının, mənəviintibah, milli qürur və bəşəri vicdan təcəssümü olan sənət və sənətkartimsalının yeni təzahürü və həqiqi davamı da Şirməmməd Hüseynovun şəxsində,onun jurnalist-publisist fəaliyyətində vətəndaş qayəsində özünü təsdiqləyir. Həmdə qəribəsi burasıdır ki, Şirməmməd Hüseynov milli mətbuatımızın iki qolunu çoxşərəf və ləyaqətlə özündə birləşdirən, qələm çalan sənətkardır. Azərbaycan onundöyünən ürəyi, "Molla Nəsrəddin” və "Füyuzat” onun qələm tutan sağ və sol əlləridir.

Ümumiyyətlə ŞirməmmədHüseynov publisist sisteminin mahiyyəti və strukturu o qədər aydın və şəffafdırki, millilik və bəşərilik, genişlik və konkretlik burada elə bir vəhdətdəsintez olunmuşdur ki, bu publisistka heç zaman qocalmayacaq, hər zamanucalacaq. Bu gün Şirməmməd Hüseynovun və onun publisistikasının ətrafında ideyamübahisələri də yoxdur. Hər kəs onu olduğu kimi-canlı bir müasirlik, sadiq vəlayiq varislik kimi qəbul edir. O, bütün bunlara- böyük məqsədə qeyri-adi birbugünkülük, müasirlik duyğusu ilə, özü də yalnız tənqid etmək, ifşaçılıq yoluilə yox, həm də ehtiraslı bir tərənnüm və ithaf yolu ilə nail olur. Həm xalissatirik-ifşaçı, həm də lirik-romantik hərarətli publisistikasında Şirməmməd müəllimeyni dərəcədə qüdrətlidir. Onun gündəmə daşıdığı və qaldırdığı problemlərin birqütbündə öz qələminin məhsulları, başqa bir qütbündə isə onun tədqiqatlarında sələflərinin-Həsən bəy Zərdabinin, Üzeyir Hacıbəylinin, Əli bəy Hüseynzadənin, ƏhmədAğaoğlunun və başqalarının mətbu səhifələrində sərgilədikləri problemlər yeralır. Onların qanları və canları bahasına qələmə aldıqları, bu gün də bizimüçün aktual siyasi, mənəvi və sosial problemlər kimi təzahür edən yazıları həminproblemləri həll etmək üçün Şirməmməd müəllimin çapında yenə də bizə, xalqa,müasirliyə xidmət etməkdə davam edir.

Şirməmməd Hüseynovun mənənvə daxilən güvəndiyi, məhz həqiqi-milli məktəb” olduğu milli-publisistqaynaqların gurşad çeşməsi başında hamıdan əvvəl Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə,Əli bəy Hüseynzadə və Üzeyir Hacıbəylinin dayandığını görürük.

Özünütəsdiq asan başagəlmir. Deyildiyi kimi, özünə, mənliyinə, şəxsiyyətinə ziyalının, yaradıcının-hərkəsin mübarizəsi ilk növbədə özünə qarşı yönəlir. Əqidə, məslək, inam cılızhisslərə, istəklərə, növbətçi umacaqlara qurban veriləndə, daxili vicdan adlıhakimin hayı-harayı, etirazı məqsədli şəkildə eşidilməyəndə əvvəl söz, sonra daonun sahibi urvatını və ləyaqətini itirir. Həqiqətə xidmət edən namuslu və məsuliyyətlisöz şəxsiyyətə çevvrilən sahibindən hər an cəsarət tələb edir. Sözün şərəfi vəşərəfli sözün arxasında dağ vüqarıyla dayanmaq üçün, həqiqəti deməkdən, düz sözətapınmaqdan başqa yol yoxdur.

Yaxşı deyiblər ki, şəxsiyyətinvətəndaş kimi də, sənətkar kimi də, alim kimi də hamı tərəfindən təsdiq vəetiraf olunması faciədirsə, heç kəs tərəfindən təsdiq və etiraf olunmamasıkomediyadır...

Şirməmməd müəllimigörkəmli pedaqoq, publisist, mətnşünas, milli mətbuat tarixinin misilsiz tədqiqatçısıkimi hamı tanıyır, təsdiq və etiraf etməklə, hörmət və etiram bəsləyirlər.Ziyalılar arasında da, müxtəlif zövqlü, az və ya çox mütaliəli oxuculararasında Şirməmməd müəllimin öz yeri, öz çəkisi var. Və o ictimaiyyətin güvənyeridir. Çünki onun həm pedaqoji, həmpublisist, həm mətnşünas, həm də tədqiqatçı alim fəaliyyəti itaətkar,xidmətkar sığal, tumar fəaliyyəti deyil, nə mükafat, nə şöhrət, nə nüfuz, nətitul, nə də vəzifə tələbi və diktəsi tanıyır. Onun bütöv fəaliyyəti millət,xalq, vətən və azadlıq sevgisinə dayanır.

Əsl sənət heyrətdənyarandığı kimi, müxtəlif yazıların yaxasından "boz” etiketini isə heyrətsizlikasır.

Şirməmməd müəlliminpublisistikası da heyrət və heyrətsizlik üzərində qurulur.

Sənət heyrətdənyaranır. Şirməmməd müəllimin heyrəti şəxsiyyətdə, onun əqidə və məsləkində,millətə, xalqa xidmətdə, həm ideyada, fikirdə, problemdə, həm də sözdə axtarır,tapır və göstərməyə çalışır.

Yeri gəlmişkən, bir cəhətidə qeyd etmək istəyirəm. Görkəmli sənətkarlardan birinin dediyi kimi, orijinalşəxsiyyət heç kəsi təqlid etməyən deyil, heç kəsin təqlid edə bilmədiyi orijinalşəxsiyyətdir. Şirməmməd müəllimi təqlid etmək doğrudan da çətindir. Ona görəyox ki, o, müasirlərindən fərqlənməyi və seçilməyi qarşısına məqsəd qoyur, dahaçox ona görə ki, o, pedaqoq kimi də, publisist kimi də, tədqiqatçı alim kimi dəözündə özünü tapır və təsdiqləyir, nəticədə bütün fəaliyyətində və sözündə özügörünür. Bir tərəfdən mükəmməl şəxsiyyəti, elmi səviyyəsi, hər zaman ayıq vəsayıqlığı, mütaliəsi, faktları və hadisələri dəyərləndirmək və qiymətləndirməkbacarığı, fakt və hadisələri ifadə prinsipləri, dil və üslubi, zəruri kontekstgenişliyi və dəqiq meyarlar sistemi onu qələmdaşlarından fərqləndirir. Digər tərəfdənonun hər bir məqaləsi elə bil canlı söhbətdir, onun əksər məqalələrində danışıqtərzi, ahəngi, ədaları, mimika və jestləri, eyhamları qabarıq şəkildə duyulur;çünki böyük ustad Şirməmməd müəllim danışdığı kimi yazır, yazdığı kimi danışır,olduğu kimi görünür, göründüyü kimi olur.

Tanınmışlardan kimsədeyib ki, xoşbəxtlik yazmaqda deyil, xoşbəxtlik yaratmaqdadır. Şirməmməd müəllimarı ömrü yaşamaqla, həm də yaradıb və yaratmaqda davam edir.

Şirməmməd Hüseynovbütün həyatı boyu heç vaxt heç kimə əyilməyib. Ümumiyyətlə "yarınmaq” deyilənanlayış onun üçün büsbütün yaddır. Doğrudur, o, çox çətin günlər də yaşayıb,kimlərinsə həsrətində olduğu illərin qoynunda da böyük imkanlar sahibi olub.Ancaq məsləkinə, əqidəsinə, müəllim və alim adına, bir sözlə, şəxsiyyətinə,insan adına ləkə gətirən heç bir addım atmayıb.

"Müstəqilliyinyolu...” məqaləsində Şirməmməd Hüseynov yazır: "Həyatın hər üzünü görmüşəm.Dağdan odun da gətirib satmışam. 10 kilometrlərlə məsafə qət edib taxıl zəmilərindənsünbül də yığmışam. İlk dəfə təzə ayaqqabını isə 25 yaşımda geymişəm. 30-cu ilŞəki üsyanının şahidiyəm. Onda uşaq idim. Lakin evimizin qabağındakı dağdaadamların necə güllələnməsini gözlərimlə görmüşəm. Digər tərəfdən mən vəzifəlilərinvə onların uşaqlarının firavan həyatını uzun illər müşahidə etmişəm. Ədaləthissi, həqiqət hissi insanın qanına ictimai ədalətsizliklərlə daxil olur. Kimictimai ədalət uğrunda mübarizə aparmırsa, deməli yel dəyirmanları ilə mübarizəaparır.”

Şirməmməd Hüseynovpedaqoji fəaliyyəti ilə yanaşı publisist yazılarında da, çıxışlarında da yel dəyirmanlarıilə mübarizə aparanlara qarşı çıxır, onları kökə, mənşəyə, bağlanmağa, milli adətənənələrə söykənməyə, manqurtluqdan uzaq durmağa çağırır. Yuxarıda adını qeydetdiyimiz məqaləsində fikrini davam və inkişaf etdirərək yazır ki, "Yer üzündəkibütün təbii fırtınalar günəş enerjisinin qeyri-bərabər bölünməsi nəticəsindəbaş verir. Planetimizdə ictimai böhranlar, maddi nemətlərin qeyri-bərabər,insafsızcasına bölünməsi, ictimai-siyasi, milli ədalətsizlik zəminində meydanagəlir və buradan da ictimai inqilablar, sarsıntılar, böhranlar yaranır. Bu həqiqətidərk etmək lazımdır”.

İctimai-siyasi, milli ədalətsizlikləmübarizə, yaddaşa, əsl-nəcabətə bağlılıq, mənəvi və əxlaqi boşluğa, təmənnalı məmurqabarmalarına qarşı barışmazlıq onun publisistikasının yaddaşında çevrələnir.

XX əsrin böyük ədəbiyyatşünasalimi Yaşaq Qarayevin bir fikri yadıma düşür: " Fərariliyin ən bədnamı məhzyaddaşdan üz çevirməkdir, kökdən, mənşədən, "mən”dən fərar etməkdir, millihafizədə, mənəvi-irsi dövriyyədə (yəni, sinirdə, qanda və gendə!) sklerozolmaqdır. Yaddaşsızlıq-siması olmayanın tarixi taleyidir, zatı və nəsli, əsli vənəcabəti olmayanın alın yazısıdır. Üfüq, səma, göy daş saxlamadığı kimi, mənəvivə əxlaqi boşluq da yaddaş saxlamır.”

Şirməmməd Hüseynov əslziyalı, əsl publisist missiyasını yerinə yetirərərk məqama xidmət etmir, məqamlararasında vəhdətə xidmət edir, nəsillər və əsrlər, yaxınlar və uzaqlar arasındada əlaqə və ahəng yaratmağa çalışır, işığı keçməyə, şamı sönməyə qoymur,ocaqdan-ocağa od daşıyır.

Publisist alim Azərbaycanklassik publisistlərinin qiymətli və bu gün üçün də çox əhəmiyyətli olan yazılarınıözünün əvəzsiz şərhləri ilə yenidən oxucuya təqdim edir. Axundovdanbaşlanan, H.Zərdabi, M.Ə.Rəsulzadə,Ü.Hacıbəyli və b.nın qələmindən çıxan bir çox yazılar onun qələmində yenidəndirçəlir, müasirlik və aktuallıq keyfiyyətini üzə çıxarır.

Heç şübhəsiz ki, ŞirməmmədHüseynov sıradan mətbuat tariximizin hər faktını yox, dünəni, bu günü və sabahıüçün əhəmiyyətli olan, çağdaş və gənc nəsilləri tərbiyə etmək gücünə malik əsərləridirçəldir və yenidən gündəmə gətirir.

O, H.Zərdabinin,Ə.Ağaoğlunun, Ə.Hüseynzadənin,C.Məmmədquluzadənin, M.Ə.Rəsulzadənin, Ü.Hacıbəylinin,C.Hacıbəylinin və digər mənəviyyat daşıyıcılarımızın tarixi, əvəzsiz, həm dəbütün dövrlərə və nəsillərə nümunə olacaq, təmənnasızxidmətlərini xatırladaraq,müasirlərini və gənc nəsilləri onlardan nümunə götürməyə, o tarixi şəxsiyyətləriunutmamağa çağırır.

Şirməmməd müəllim"Milli müqəddəsimiz” məqaləsində yazır: "Üzeyir bəy öz kökü, idealları, ruhu, mənəviyyatı,fədakarlığı və bənzərsiz istedadı ilə xalqına təmənnasız xidmət göstərən, Azərbaycanıyer üzünə tanıdan, ilahi sənəti ilə ölməzlik qazanan tarixi şəxsiyyətdir.

Hər dəfə onun məzarınıziyarət edərkən düşünürəm ki, niyə Üzeyir bəyi xalqımızın milli müqəddəsi elanetməyək, onun məzarını ümummilli ziyarətgaha çevirməyək? Axı, hər xalqın vahidallahı və peyğəmbəri olduğu kimi, öz milli müqəddəsləri də var.”

Yeri gəlmişkən onu daqeyd edim ki, Şirməmməd müəllimin "sözünü yarımçıq kəsmək, onun fikirləriniixtisar etmək” çox çətindir. Bizdə bir deyim var: "Əzraillə çiling-ağac oynamaq”. Bax bu ona bənzər bir şeydir.

"... Müqəddəslərimizin,ulularımızın ömür yolu torpaq və vətən hissi aşılamaqda iman və inam tərbiyəsindəçox vacib və lazımdır. Bəs kimləri müqəddəs sayaq, onları necə seçək? Bəlkəbunun üçün vicdanı və əxlaqı, milli ruhu və təmiz mənəviyyatı olanlardanmünsiflər heyəti yaradaq, ümumxalq rəy sorgusu keçirək? Əlbəttə, nəzərdətutduğumuz münsiflər heyəti keçmişdə fəxri adlar və mükafatlar paylayan komitəvə komissiyalara bənzəməməlidir”.

Yenə el arasındaqanadlanan bir deyim yaddaşımdan boy verir: "Dərdi bilən, dərmanı da bilər”.

Şirməmməd Hüseynov dafikrimə davam edərək, milli müqəddəslərin adını və əməllərini xatırladır.

"... Ürəyimdən keçirki, nə ola XX əsr Azərbaycan müqəddəsləri siyahısına birinci növbədə Həsən bəyZərdabinin, Üzeyir bəy Hacıbəylinin və Məhəmməd Əmin Rəsulzadənin adlarıyazılsın. Niyə? Nə əsasda?...

... Bu bir həqiqətdirki, nə qədər Azərbaycan xalqı, Azərbaycan torpağı, Azərbaycan ruhu mövcuddursa,onlar sağdırlar. Hər şeydən əvvəl, biz məhz müqəddəslərin və onlarla həmfikirolanların əzm, qətiyyət, rəşadət və imana sədaqətləri sayəsində mövcuduq. Məhzvətəni ilahicəsinə sevən böyük ağıl və istedad sahibləri müqəddəs elan olunabilər.” ("Mədəniyyət” qəz. 19 sentyabr 1991)

Qədrşünaslıq elə Ş.Hüseynovunpublisistikasının boyuna biçilib. Publisist-alimin missiyası ağa ağ, qaraya daqara deməkdir.

İnandırıcılıq, fakta əsaslanmaq,zamanla həmdərd və həmfikir olmaq, yalnız həqiqətə, doğru olana işıq salmaqŞ.Hüseynov publisistikasının əsas, istiqamətverici və yönləndiriciatributlarıdır.

Professor NəsimanYaqublu yazır ki, Şirməmməd müəllim nədən və necə yazmağı yaxşı bilir. Onunözünəməxsus üslubu və dəst-xətti var. Onun publisistikası klassiklərimizin (H.Zərdabinin,M.A.Şahtaxtlının, Ü.Hacıbəylinin, M.Ə.Rəsulzadənin, C.Məmmədquluzadənin və b.) ənənələrindəngüc-qüvvət alıb. Odur ki, bu yazılar, bu məqalələr oxunaqlıdır, maraqlıdır. Buyazılarda sərt faktlarla yanaşı, tənqid də, yumor da, istehza da müşahidəolunmaqdadır. Bu məqalələri oxuyan oxucu yorulmur, faklardan da bezmir, məlumatlardanisə özündə qeydlər aparır (yaxud həmin yazıların üzünü köçürüb öz arxivindəsaxlayır).

Şirməmməd Hüseynovunadı və çoxşaxəli fəaliyyəti haqq-ədalət, azadlıq və istiqlalsevərlər üçünbayram süfrəsi kimidir. Geniş ictimaiyyət bu böyük şəxsiyyəti ilk-öncə sözadamı kimi-jurnalist, müəllim, tədqiqatçı alim, publisist, siyasi icmalçı kimitanıyıb. Sonra o, vətənpərvər, haqq sözün ünvanı, azadlıq carçısı və ədalət mücəssiməsikimi çox geniş dinləyici və oxucu auditoriyasının böyük rəğbətini qzanıb vəonların sevgisinin ünvanına çevrilib: Kəsəsi, Şirməmməd Hüseynov milli mətbuatımızınvə jurnalistika tariximizin canlı ensklopediyası, həm də yeriyən azad sözün vəazad səsin simvoludur.

Onun publisistikasıstrukturu, ideya-məzmunu, canlı epik lövhələri, dil və üslub xüsusiyyətləri iləseçilir. Ümumilikdə onun elmi publisistik yaradıcılığının istiqamətləri müxtəlifolmaqla, əhatəli mövzu dairəsinə, rəngarəng forma xüsusiyyətlərinə malikdir.Şirməmməd müəllimin publisistikasını sistemli şəkildə nəzərdən keçirdikdəaşağıdakı reallıqla üz-üzə qalırıq:

a)məqalələr;

b)şərhlər;

c)müsahibələrvə çıxışlar;

d)xatirələrvə məktublar;

e)millimətbuat tariximizə dair araşdırmalar;

f)ərəbəlifbasından latın əlifbasına transliterasiya, lüğətlərin tərtibi;

g)mətnşünaslıqabidələri vəs.

Şirməmməd Hüseynovun bütün həyatının, fəaliyyətininəsasını isə Vətən sevgisi, milli istiqlal, haqq-ədalət, halallıq və düzgünlük,azad söz təşkil edir ki, mühüm ictimai, bəşəri problemlər onun çoxşaxəlipublisistikasında-məqalə, çıxış, məktub, şərh və müsahibələrində əsl vətəndaşmövqeyindən qaldırılır və dəyərləndirilir. Onun mühüm ictimai-siyasi, sosial vəmənəvi-əxlaqi problemlərə həsr olunmuş yazıları, çıxışları oxucularının qəlbindəvə yaddaşında kodlaşıb.

Şirməmməd müəllim yerüzündə Allahın çox sevdiyi xoşbəxt insanlardan biridir. Böyük yaradan ona hərşey verib: ilahi sevgi olan istedad, fenomenal yaddaş, kimsənin cibinə və əllərinəgöz dikməyən nəfs, nurlu təbəssüm, doğma vətənə və xalqına məhəbbətlə dolu atəşlibir ürək... ən başlıcası bir ümman kimicoşub-çağlayan tükənməz millət, ailə və övlad sevgisi. Onu təkcə Azərbaycanındeyil, bütün Türk ictimai fikrinin və publisistikasının yeriyən klassikiadlandırsam elə bilirəm ki, elə bir yanlışlığa yol vermərəm.

Şirməmməd Hüseynov birəli torpaqda, bir əli haqda olan qüdrətli söz, qələm ustasıdır. O, tükənməkbilməyən enerjisini torpaqdan, aləmə işıq saçan nurunu haqqdan alır. Şirməmmədmüəllim xalqın xəbəri olmadan xalqdan aldığı gücü və enerjini qızıl alma kimixalqın özünə qaytarır. Onun çox geniş miqyaslı, zəngin mayası ərəbin zehniyyəti,farsın lisanı və türkün ruhundan mayalanmış ümumtürk mədəniyyətinin içindəyaşadığımız zamanın zəmanəmizdəki bədii-fəlsəfi ifadəsidir.

Görkəmli sözustalarından biri deyib ki, insanı şəxsiyyət kimi yetişdirən üç nəcib qüdrətvar: ana qucağı, ata ocağı və təhsil ocağı! Bu üç ocaq- bu üç həyatuniversiteti onun sözün həqiqi mənasında bir şəxsiyyət, həqiqi alim və əsl vətəndaşkimi formalaşmasında ömür yoluna işıq salmış, əqlinə, zəkasına yenilməz güc vəqətiyyət bəxş etmişdir.

Məşhur bir deyim var;"Əgər torpağın üstündə birləşməsək, onda torpağın altında birləşməli olacağıq”.

Tarixçi tarixinfaktlarını, jurnalist isə tarixin günahlarını tapıb üzə çıxarmalı və qaydasıncayerbəyer etməlidir. Şirməmməd Hüseynov məhz belə bir tarixçi alim və "düzü-düz,əyrini-əyri” yazan qələm sahibidir.

Böyük ədəbiyyatşünas Yaşar Qarayevin sözləri yadıma düşür: "İstərxərabatda olsun istər xitabətdə, istər türmədə olsun istər türbədə, istər şahtaxtında olsun istər cəllad kötüyündə, fərqi yoxdur, harda şair varsa, oraşairin ərazisdir! Yaddaşı ilhamla birgə hansı ünvana gətiribsə, şair özü dəorada sakindir!

Vay o gündən ki,yaddaş itirilə. Özü də fitri-təbii "qan” yaddaşı, milli-mənəvi "gen” yaddaşı, bədii-fəlsəfi"mən” yaddaşı, millətin xalqın halallıq yaddaşı...”

Şirməmməd Hüseynovşair olmasa da sanki bu sözlər onun boyuna biçilib., yaradıcı publisist-alim fəaliyyətihaqında söylənilib. Yaşar Qarayevin düşüncələrinə istinad edərək deyə bilərəmki, Şirməmməd Hüseynov publisistikanın "can evi”nə dirhəm yox, canını gətirib gələnqələm sahibidir. Söz "can alanda” və "can olanda” bu canın damarında yaddaşınenerjisi, vicdanın ağrısı və əzabı etnosun əsəbi, geni, qanı bulanır vəçalxalanır; cism, bədən yananda-külə və cəsədə, yaddaş yananda isə fəryada,haraya çevrilir əcdadın yaddaş harayına!”

Mənə elə gəlir ki,Şirməmməd Hüseynovun "Ü.Hacıbəyli. Nəşrlərdə kənarda qoyulmuş mətbu əsərləri”,(B.2009), "Ü.Hacıbəyli.Nəşrlərdə kənarda qoyulmuş ixtisar və "redaktə” edilmiş əsərləri”(B.2010), "M.Ə.Rəsulzadə.Əsərləri. I-V cildlər” (B.1992,1999-2001, 2012, 2013,2014) "Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr1918-aprel)” (üç cilddə-B.2015, 2016, 2017) və s. kitabları və digər məqalələri"əsdad yaddaşının harayı”nın əks-sədasıdır.

Akademik RafaelHüseynovun "Millət yaddaşının keşikçisi” )B.2018) kitabını böyük ŞirməmmədHüseynovun həyat və yaradıcılığına həsr etməsi də tarixi həqiqətlərin özündənqaynaqlanır.

Şirməmməd Hüseynov öz əqidəsi,sözü və qələmi ilə bizim can yaddaşımızı, gen yaddaşımızı, dövlətçilik düşüncəmizioyadan milli bir publisistdir. O, millətin ağrı yaddaşından doğulub, millətin vəxalqın sabahına işıq tutan azadlıq aşıqıdir.

"Haqdan gələn səs”,"haqdan gələn haray” məhz bu əsl millipublisistikanın mənşəyi deyilmi?!

Mövlanə Füzuliyazırdı: "Söz yaradanın mədhi, həm də nəğməsidir”, "Sözə xor baxmaq olmaz, hərbir söz Ərşrəndir gəlib hədiyyə bizə”, "İlahi feyzdən bir xəzinədir söz”.

Xalqın ağrı və acılarını,tarixi və içində yaşadığı zamanın gerçəkliyini, əsl həqiqətləri ancaq ərşidən gəlmişSÖZlə yazmaq olar. Məncə, Şirməmməd müəllimin SÖZÜ ərşidən gələn sözdür.

Şirməmməd Hüseynovunpublisistikasında gələcəyə böyük inam, bu günə ayıq, sayıq və layiq olmaq xəbərdarlığıilə yanaşı keçmişə, müqəddəslərə, ulu sənətkarlara, deyilmiş SÖZə ehtiram vəhörmət də var. O, əlini müqəddəslərdən, haqq sözdən üzmür, tarixin yaddaşınınkülünü alır, odunun və istisinin xalqa gərəkliyini yaddaşın və ağlın işığındaisbatlayır.

Şirməmməd Hüseynovkeçmişi, indini və gələcəyi bir müstəvidə, bir arada təhlil edib doğrunu söyləməyibacaran və bunu özünə peşə edən publisist-filosofdur.

Şirməmməd Hüseynov Azərbaycanmilli mətbuatının ənənələrini müasirliyin xidmətinə gətirən SÖZü urvatdan düşməyəqoymayan və taleyi haqq SÖZə bağlı ziyadə istedadlı SÖZ adamı-sənətkardır.

O, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli, Ö.F.Nemanzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, C.Məmmədquluzadə vəbaşqalarının bənzərsiz bir sələfi vəonların səslərinin əks-sədası və ya davamıdır.

Ünlü tədqiqatçı alim NəsimanYaqublu 2004-cü il 17 dekabr tarixli ”Yeni Müsavat” qəzetində dərcetdirdiyi "Dünənin, bu günün, sabahın jurnalistləri” adlı məqaləsində yazırdıki, jurnalistikaya müxtəlif təriflər verilsə də hələ son nöqtənin qoyulduğunusöyləmək çox çətindir. Müəllif 1880-cı ildə Fransada nəşr edilmiş "Peşələr lüğəti”ndəkiyanaşmanı yada salır: "Mühəndis işi olmasa da, mühəndisliyində qalır; vəkil vəhəkimlər də müştəriləri olmasa, öz sənətlərində qalırlar. Lakin jurnalist ozaman jurnalist olur ki, o, qəzet üçün yazır”.

Adıçəkilən məqaləsində N.Yaqublu bir qədər də irəli gedərək əsl mətləb üstə gəlibçıxır və əsl gerçəyi söyləyir: "Bax, Şirməmməd müəllim ona görə jurnalistdirki, o, həmişə yazır. Onun qələmindən çıxan yüzlərlə məqalə qəzetlərimizimaraqlı və oxunaqlı edir. Hər həftənin şənbə günləri yəqin ki, çoxları "Günay” qəzetini nə oradagedən reklamlara, nə də afişalara, proqramlara görə alır. Əksəriyyətimaraqlandıran həmin gün Şirməmməd müəllimin "Günay”da çap olunan yazılarıdır.Bu, adi jurnalist yazıları deyil. Bu yazılarda tarix var, müasirlik var, bəşəridəyərlər var, millətin problemlərinə baxış var, bu ağrılardan xilas yollarıvar, nəhayət, tarixin ibrət dərsləri var. Bu yaxınlarda klassiklərimizin sirli,sehrli, heyrətedici fikir dünyası, əqidə, məslək çağırışı var, vətən sevgisinə,millət yanğısına bürünmüş harayları var”. ("Yeni müsavat”, 17 dekabr 2004).

Şirməmmədmüəllimin belə yazılarının sayı 1000-ni ötmüşdür. Onun publisistik yazılarındanibarət olan iki dəyərli kitabı: "Milli haqq və ədalət axtarışında” (Adiloğlu nəşriyyat;Bakı. 2004, 420 səh) və "Mənəvi irsimizvə gerçəklik” (Adiloğlu nəşriyyat; Bakı.2004, 526 səh.) eyni vaxtda nəşrolunmuşdur. Ümumi həcmi 946 səhifə olan iki kitabı eyni vaxtda çap etdirmək,müxtəlif qəzetlərə məqalələr yazmaq, tədqiqatları davam etdirmək sizə çox daasan gəlməsin.

Akademiyanınbir institutunun görə biləcəyi bir işi qısa zaman kəsiyində Şirməmməd müəllim təkbaşına, özü də Dədə Qorqud müdrikliyi ilə həyata keçirib. Günü-gündən də azərbaycançılıq,Azərbaycan sevgisi, Azərbaycan həqiqtləri onun fəaliyyətinin nüvəsinə və hərəkətvericiqüvvəsinə çevrilir. Onun həqiqətləri, qənaət və mülahizələri Azərbaycanxalqının zəngin tarixindən, əxlaqından, mənəviyyatından qaynaqlanır.. Bu zənginmənəvi dəyərlərdən yazmaq üçün gərək insanın özü zəngin olsun. H.Zərdabidən,M.Ə.Rəsulzadədən, Ü.Hacıbəylidən, Ə.Hüseynzadədən və b. tarixi şəxsiyyətlərdənyazmaq üçün öncə özün şəxsiyyət olasan gərək. Bu gərəklik və gerçəklik də ŞirməmmədHüseynovun timsalında zühur edir.

Yuxarıda da qeyd etdiyim kimi bir institutungörə biləcəyi bir işi təkbaşına görən Şirməmməd Hüseynovun publisist,jurnalist, mətbuat tariximizin araşdırıcısı kimi və pedaqoji ictimai fəaliyyətiniaraşdırmaq üçün də elə bir institutun yaradıcı qüvvəsi gərəkdir.

İnsanlığın mayası və qayəsi-Vətən sevgisi.

Vətən sevgisi Ş.Hüseynovun publisistikasınınmayasını və əsas qayəsini təşkil edir. O, vətən sevgisinin, doğma torpağa məcnuncasınavurğunluğunun səbəblərini publisistikasının civarında açıqlayır. Onun tez-tezdilə gətirdiyi və ya qələmə aldığı atalar sözlərindən, xalq deyimlərindənqaynaqlanan müdrik fikirləri bu gün (və sabah da) gənclərimiz üçün əsl tərbiyəməktəbi, əsl örnəkdir. Əslində Şirməmməd müəllimin publisistik əsərlərindədidaktikadan çox, müdrikliyin odu, atəşi var, nur çeşməsi var. Axar su üstündəkikörpüyə bənzər saxta dostluq, kökü münbit torpağa yox, daşlığa düşən qardaşlıq,sözdə bərabərlik, əməldən uzaq beynəlmiləlçilik ideyaları ilə yoluxdurulubmilli mənliyini və bütövlükdə özünü və sözünü itirən soydaşlarını yuxudanoyatmağa çağırış ruhu onun publisistik əsərlərində çağdaşlarının (eləcə də gələcəknəsillərin) ruhunun dərin qatlarında dondurulmuş ən ülvi hisslərini, şirindən-şirinduyğularını-vətən, torpaq, yurd sevgisini canlandırmağa, damarlarda axan qanıcoşdurub köklə başlanan qırılmış tellərin bərpasına yönəlib.

Şirməmmədmüəllim müdriklik mərtəbəsində dayanaraq yazır:

"Tarixinvə taleyin əsrarəngiz qanunları, təzadları var. Hər nəsil bu intəhasız, əvvəl-axırıbilinməyən, əbədi və müvəqqəti həyat adlanan məkanda öz rolunu oynayır, keçibgedir. Lakin hələlik daimi görünən vətən torpağıdır, xalqdır, maddi və mənəvimirasdır. Hər kəsdən qalan isə məncə inam və inancdan doğan vətəndaş ad-sanı,doğruluq və dürüstlük, həqiqi milli qeyrət və namusdur”.

Şirməmmədmüəllimə görə tarixi öyrənilən, təbliğ edilən xalqlar güclü, qüvvətli olur,problemlərini vaxtında həll edə bilirlər. Belə xalqların sosial tərəqqisi,milli şüuru, azad və müstəqil dövlət qurmaq bacarığı da yüksək olur. Lakin butarixilik müasirliklə də müşahidə edilməlidir. Müasirləşməyən millətlər tarixinqaranlıqlarına yuvarlanır və bəşəri tərəqqidən məhrum olurlar. Şirməmməd müəllimininkişafla bağlı gəldiyi qənaət-tarixilik və müasirlik onun yaradıcılığından,çağırışlarından, hayqırtılarından və nəsihətlərindən bir qızıl xətt kimi keçir.Hakimiyyətdə kimlərin təmsil olunmasından asılı olmayaraq onun publisistikasınınistiqamətini və başlıca motivini də bu iki başlıca dəyər təşkil edir.

Oistər siyasi hakimiyyətin sükanı arxasında olanlara, istərsə də həmin məqamaqovuşmağa can atanlara eyni səs, eyni ahənglə ucadan, özü də lap ucadan var səsiilə səslənib deyir:

"Diqqətliolun! Ehtiyatlı olun! Azərbaycan dövlətçiliyi ilə zarafat etməyin! Tarixioxuyun, öyrənin, ondan ibrət götürün! Müasirləşin! İslahatçı, yenilikçi olun!Köhnə qaydalarla yaşamayın!”

Şirməmmədmüəllimin uzaqgörənliklə müdrikcəsinə, vətəndaş yanğısı və sevgisi ilə söylədiklərimüəyyən zaman kəsiyində-tarixin güzgüsündə düzgünlənib güzgülənir.

"Vətənisevmək, millətə sevgi hissləri bəsləmək hələ dövlət quruculuğuna "Azərbaycanprobleminin həllinə bələdçilik edə bilməz və bu problem çox ciddi və təhlükəlidir.Bu problem çox siyasətçilər nəslini sıradan çıxarıb və tarixin yaddaşına atıb.Azərbaycan problemi bir oddur ki, onunla oynamaq çox ehtiyatlı davranış tələbedir”.

Şirməmmədmüəllimin bu çağırışları ictimai-siyasi müstəvidə özünü təsdiqlədiyi kimi realhəyatda da öz təsdiqini tapdı. Demokratik Cümhuriyyət 23 ay yaşadı.

İkincidəfə müstəqilliyimizi əldə etdikdən sonra Şirməmməd Hüseynov müəllim, tədqiqatçıalim və jurnalistlik fəaliyyətini bir müstəvidə birləşdirərək tarixin ibrət dərsləriniciddi-cəhdlə Azərbaycan oxucusuna çatdırmaq üçün bütün fəaliyyəti ilə nəsillərarasımənəvi "körpüyə” çevrildi.

Birəsrdə bir xalqın əlifbasının dörd dəfə dəyişilməsinin hansı nəticələrə gəlibçıxacağını düşünmək belə adamı dəhşətə gətirir.Nəsillərarası mədəni və mənəvi əlaqələrin, maarifçilik bağlarının kəsilməsi, özkökünə və tarixinə acgözlüklə kənardan baxmağın vüsətinə və dəhşətinə bundanböyük və bundan əclaf təsir vasitəsi tapmaq mümkünsüzdür.

Əsrlərboyu Vətən hər bir Azəri türkünün iman yeri-güman yeri olub. Başqa millətlərinnümayəndələri yaşamaq, məskunlaşmaq üçün ayrı-ayrı ölkələrə güclü axın etsələrdə azərbaycanlılar bu "xəstəliyə” (bu əsl erməni xəstəliyidir!) yoluxmamışlar.O, qərib ölkəyə düşəndə də doğma yurdundan ötrü göz yaşlarını, niskilinibayatıya büküb saxlayıb.

Əzizimvətən yaxşı,

Geyməyəkətan yaxşı,

Qürbətcənnət olsa,

Ölməyəvətən yaxşı.

Bumillət gözsüz yaşayıb, ancaq Vətənsiz yaşaya bilməyib. Qürbətdə keçən ömrünüömür-gün saymayıb. Ona görə ki, vətənin bir günü, qürbətin yüz baharındanyaxşıdır. Təsadüfi deyil ki, vətən sevgisi atalar sözlərinin də yaddaşındakodlaşıb qalıb və bu gün də öz hikmətini sevinc kimi yaymaqdadır. Atalarımızdeyərdilər ki, "Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır”, "Vətənə gəldim,imana gəldim”, "Qürbətdə keçən ömür, ömür sayılmaz”, "Qürbət eldən vətənolmaz”, "Gözsüz yaşamaq olar, vətənsiz yox”, "Oba yiyəsiz qalanda donuz təpəyəçıxar” və s.

ŞirməmmədHüseynovun publisistikası atalar sözləri, zərb məsəllərlə zəngindir. Onun qəlbininharayı, zaman keçir və onlar da atalar sözünün yükünü və ağırlığını misra-misra,abzas-abzas öz çiyinlərinə götürürlər.

"Siyasətoyun deyil,sənətdir”, "Əyri otur, amma düz danış”, "Müstəqil dövlətə azadjurnalistika gərəkdir”, "Məddahlıq köhnə sənətdir, davamçıları hər zaman var”,"Aldanmayan, aldatmayan təkcə tarixdir”, "Düşməni tanı, milli intibahını yüksəlt”,"Məzlum millətin mətbuatı da məzlum olur”, "Tərəqqi üçün azadlıq və istiqlal gərəkdir”,"Ağacı qurd, milləti manqurt içindən məhv edər”, "Külək yaradanlar mütləqtufana düşürlər”, "Kitabdan ad silmək olar, tarixdən yox”, "Hər vızıldayan balarısı, hər gədadan bəy olmaz”, "Qələm dəllalları, qəzet həşaratları”, "Türkündostu türk özüdür”, "Sağlam birlikdən qüvvət doğar”, "İstiqlal bütün xalqın əsəridir”,"İmperiya dağılar, ruhu qalar”, "Fəda ol, qədr gör”, "Çürük zəmində birlikolmaz”, "Eşidən qulaq, nəcabət dərin düşüncə gərək”, "Söz azadlığı insanın təbiiazadlığıdır”, "Söz azadlığı həm təbii, həm də ictimai hüquqdur” və s. Və i.Nümunə üçün göstərdiyim bu kəlamlar həm də Şirməmməd müəllimin ayrı-ayrı məqalələrininsərlövhəsi olmaqla o məqalələrin ideya istiqamətini də təyin edir. Bu nümunələrisə onun publisistikasını bədirləyən məqalələrin cüzi bir hissəsininbaşlığıdır.

Ş.Hüseynovlap gəncliyindən atalarımızın müdrik kəlamlarını yaddaşına həkk edərək özü dəmüdrikləşmiş, deyimləri və məhəbbəti ilə heyrətləndirməyi bacarmışdır. Məncə,onun deyim və müdrik kəlamları ayrıca bir tədqiqatın mövzusu ola bilər.

Ş.Hüseynovun vətən sevgisi sonsuz və intəhasızdır. O, vətəni-daşına, torpağına,iqliminə, suyuna, dağına və aranına görə sevmir. O, vətəni vətən olduğuna görəsevir. Şirməmməd müəllimin vətən sevgisi o qədər səmimidir ki, hər kəsidüşündürüb ruhunu riqqətə gətirir.

"Azərbaycandaqadınlar üçün ilk mətbuat orqanı-"İşıq”-95” məqalə