adalet.az header logo
  • Bakı -°C
09 Sentyabr 2016 10:19
5720
GÜNDƏM
A- A+

Şimali Koreya müvə silahını sınaqdan keçirib

Şimali Koreya Xalq Demokratik Respublikası nüvə sınağı keçirdiyini rəsmən təsdiqləyib.

Adalet.az-ın "lenta.ru” ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Nüvə Silahı İnstitutunun bəyanatında deyilir. Qeyd edilir ki, sınağın keçirilməsində məqsəd strateji ballistik raketlərə quraşdırılması planlaşdırılan standartlaşdırılmış nüvə başlıqlarının hərbi tətbiqi parametrləri barədə məlumat əldə edilməsi olub.

Sınaq Şimali Koreya Fəhlə Partiyası tərəfindən təsdiq edilmiş strateji nüvə qüvvələrinin yaradılması barədə planın icrası çərçivəsində baş tutub.

Qeyd edək ki, daha əvvəl Cənubi Koreya hökumətindəki mənbə Şimali Koreyanın ölkənin yaranması günü münasibətilə nüvə sınağı keçirməsi barədə məlumat yaymışdı.

Rüfət Soltan