Şimali Amerikada neft emalı zavodları bağlanır
Neftə tələbatın kəskin azalması ilə əlaqədar Şimali Amerikada fəaliyyət göstərən neft emalı zavodları bağlanır.
Trend-in məlumatına görə, Kanadanın Nyufaundlend əyalətində yerləşən zavod fəaliyyətini dayandırdığını elan edib.
İlkin məlumatlara əsasən, zavod 2 aydan 6 ayadək işləməyəcək.
Kanada və ABŞ-da yerləşən digər neft emalı zavodları da istehsal gücünü kəskin şəkildə azaltdığını elan edib. Bəzi zavodların yaxın zamanlarda fəaliyyətini dayandıracağı istisna edilmir.
Digər Xəbərlər
03 May 2024 16:26