29 May 2019 09:08
12827
ƏDƏBİYYAT

Şərif Ağayar: “Xalq öz ədəbiyyatı ilə böyükdür”

Bu günlərdə Azərbaycan Yaradıcılıq Fondunun təsisetdiyi "Ədəbiyyat adamı” və Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə” ödüllərinialmış yazıçı Şərif Ağayar mayın 24-də Xəzər Universitetində "Yaradıcı yazı”fənninin qonağı oldu. Dillər və ədəbiyyatlar departamentinin müəllimi QardaşxanƏzizxanlının giriş sözü və tələbə Səkinə Ələkbərlinin tanınmış yazar haqqındatəqdimatından sonra açıq dərsin iştirakçıları Şərif Ağayarın "Nəsrin əsas qaydaları və nəsrdə təhkiyə üslubununseçilməsi” mövzusunda mühazirəsini dinlədilər. "Hər bir xalq öz

ədəbiyyatı ilə böyükdür” deyən Ş.Ağayar, həmçinin, "Arzulardan sonrakı şəhər” romanı əsasında özyaradıcılıq laboratoriyasından danışdı, "Yaradıcı yazı”çıları yeni ədəbiyyatyaratmağa çağırdı. O, tələbələrdən Fəridə Həsənli, Sadiq Mirzəyev, SuqraƏliyeva, Nərmin Ələkbərova və görüşdə iştirak edən "Xəzər”li tələbə AytacHəsənova ilə dialoq quraraq, onların mülahizələrini dinlədi, verilən suallarıcavablandırdı.