adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 Dekabr 2018 12:49
13311
MƏMLƏKƏT

Şəmkirdə 6 otaqlı evdə yanğın olub, ev əşyaları yanıb

Şəmkir rayonunda yanğın faktı qeydə alınıb.

 FHN-dən Adalet.az-a verilən məlumata görə, ümumi sahəsi 250 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 65 m² sahədə, yaxınlıqda tikilmiş ümumi sahəsi 200 m² olan ikimərtəbəli köməkçi tikilinin 1-ci mərtəbəsinin mətbəxində 1 ədəd məişət avadanlığı və 1 ədəd divan yanıb, yüksək temperaturdan evə bitişik talvarın lambirdən ibarət tavanı 60 m² sahədə əriyib. Evin, talvarın qalan hissəsi və köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;