adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Fevral 2019 16:15
16281
KRİMİNAL

Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürülüb

Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Böyük Dəhnə kənd sakini F.Məmmədovdan müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.

Oğuz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Daşağıl kənd sakini M.Haşımovun evindən müvafiq sənədləri olmayan "İJ-28” markalı ov tüfəngi aşkar edilərək götürülüb.