adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Yanvar 2018 10:47
59017
MÜSAHİBƏ

“Şeir yazanda ailəm məndən üz döndərdi” – MÜSAHİBƏ

Müsahibimiz gənc şair Sonuncu Orxandır. Orxan yazıçı Cəmil Əlibəyovun nəvəsidir.Ədəbiyyata, şeirə uşaqlıqdan marağı olub. 2008-ci ildə I Gənc Ədiblər Məktəbinibitirib. Orxanın "Sevgi sonatası” adlı 1 kitabı da çap olunub. Sumqayıt DövlətUniversitetinin Filologiya ixtisası üzrə təhsil alıb. 2008-ci ildən dövrimətbuatda, ədəbi portallarda şeirləri, yazıları ilə çıxış edir.

Adalet.az gənc şair Sonuncu Orxanla müsahibəni təqdim edir. Xatırladaqki, bu şairin ilk müsahibəsidir.


- Orxan, Zaman imzasıyla çıxış edirdin. Bu yaxınlarda şeirlərinizSonuncu imzası ilə çap olundu. Niyə Sonuncu?

-"Orxan Zaman”dan sıxılırdım və buhəddən artıq bəsit görünürdü. Dəyişməyə ərinirdim, uyğun imza tapa bilmirdimhəm də. Bakıda Ayxanla (Ayxan Ayvaz – red) görüşdə belə qərara gəldik ki,imzamı "Sonuncu Orxan”a dəyişim. Niyə Sonuncu? Ədəbiyyatda Orxan Vəli, OrxanPamuk, Orxan Fikrətoğlu var, mən də Sonuncu Orxan olmaq istədim. İddialı görünəbilər, amma bu mənim seçimim və məsuliyyətimdir, daşımağa hazıram.


- Bu imzayla yadda qalacağını düşünürsən?

-Bilirsən, imza oxucuya ilkin təəssüratda maraqlıtəsir bağışlaya bilər. Bəs sonra? Ortada ciddi mətn olmayandan sonra o imza daheç kimə lazım olmayacaq. Sən, sadəcə maraqlı imzası olan biri kimi yaddaşdaqala bilərsən. Düşünürəm mətndən başqa heç nə səni oxucunun yaddaşında saxlayabilməz, diqqəti ona yönəltmək lazımdır.


- Demək olar, heç tanınmırsan. Nə ədəbi mühitdə, nə də sosialmediada. 2008-ci ildə Gənc Ədiblər Məktəbində olmusan. Amma orda da imzangörünməyib. Bu səni narahat etmir ki?

-Əslində narahat edir, bunun əksini desəm səmimiolmaz. Bəli, o vaxt yazıçı-şairlərlə görüşdə iştirak elədim, bu ədəbidünyagörüşümə müsbət mənada təsir elədi. Amma məndə heç sevmədiyim birxüsusiyyət var. Sevdiyim bir şeylə axıra kimi məşğul ola bilmirəm. Tezyoruluram. Gərək yanımda məni daima buna həvəsləndirən kimsə olsun. Yənigedib-gəlmələr tez-tez olur. Ona görə davamlı ədəbiyyatla məşğul olmadım, başqasahəyə yönəldim. Amma orda da sıxıldım, axırda hərlənib fırlanıb yenəədəbiyyata qayıtdım. Yəqin bir də ayağımı ədəbiyyatdan kənara qoymayacam.


- Mən səni azdan-çoxdan tanıyıram. Amma gərəkdir ki, oxucular üçünözünü təqdim edəsən. Kimdir Sonuncu Orxan? Hardan gəlib, hara gedir?

-Özümə necə təqdimat verim? Düzü bir az çətindir.Hardan gəldiyimi də bilmirəm, hara getdiyimi də. Ədəbiyyatdayam? Bilmirəm. Bunuzaman göstərəcək. Hər-halda bir balaca istedadım var və istedadım imkan verənqədər yazıb yaradıram. Gerisi nə olacaq onu da bilmirəm. Məni bilmək olmaz. Hərşeyi bir tərəfə tullayıb gedə bilərəm hansısa Avropa ölkəsinə. 



- Filologiya təhsili almısan, amma bu üzrə heç yerdə işləməmisən.Marketdə, bankda işləyirdin bir ara. Sonra ordan da çıxdın. Bir növ Kafkayabənzədirəm səni. Özünəqapanıqsan. Nədir bunların səbəbi? Niyə bu qədəryorğunsan? Bu qapalılığın səbəbi nədir?

-Mən ixtisasca Azərbaycan dili və ədəbiyyatmüəllimiyəm. Universiteti bitirəndən sonra öz ixtisasım üzrə işləməyə həvəsimolmadı, düşünürdüm orda özümü ifadə eləyə bilmərəm. Yaxın qohumumun təklifi iləbanka işə düzəldim. Orda çox işləmədim. Gördüm ki, ora mənlik deyil. Gələkmənim qapalı olmağıma. Kafkanın "Atama məktub”unu xatırlayaq. Kafka niyə özünəinamsız və qapalı idi? Kitabda da yazdığı kimi o, həyata tək atılmamışdı, atasıhər şeyi hazır vermişdi ona. Universiteti də atası seçmişdi. Yəni loru dillə desəkKafka təkbaşına heç nəyin öhdəsindən gəlməmişdi. Mən də təxminən belə birailədə böyümüşəm. Valideyn basqısını həmişə üzərimdə hiss eləmişəm. Özhəyatımı, öz istəklərimi yaşamaq üçün şərait yaradılmayıb. Atalar və oğullarproblemi həmişə bizim evdə olub. Üzərimdənəzarət mexanizmi güclü işləyib. Bu da mənim asosiallığıma gətirib çıxarıb. 

- Düzdü, qapalı dedim sənə. Əslində sosial şəbəkələrdə varsan. Sadəcəaktiv deyilsən. Sanki tamaşaçı kimisən. Görünməyi sevmirsən. Düzdü?

- Aha, bir o qədər ortada olmaqistəmirəm. Bu məni narahat eləyir. Sakitliyi sevdiyimdəndir yəqin.


- İndi aktyor kimi Füzuli Dram Teatrında çalışırsan. Necə oldu bu?Market, bank, sonra teatr...

- Teatr mühitinə düşməyimtəsadüfdən oldu. Daha doğrusu işsizlikdən əziyyət çəkdiyim vaxtlarda baş verdibu. Tanışlıqla ora düzəldim. İş yeri kimi maraqlıdır, ən azından yaradıcı mühitiniçindəyəm. Çox rahat, maraqlı işdir, əlavə işlər görməyə də vaxt qalır.

- Bir kitabın çıxıb. Amma deyəsən o kitabla görünmək istəmirsən. Düz tapmışam?

- Hə, o kitabdan imtina eləməkistədim bir ara. Amma sonra fikirləşdim ki, varlığından heç kimin xəbəriolmayan bir kitabdan imtina etsən nə olar, etməsən nə? Ona görə kitabı şkafımınbir küncündə saxlayıram, arada götürüb vərəqləyirəm. Sadəcə xatirə kimiyanaşıram ona, başqa heç nə.

- Etiraf edərsən ki, əvvəllər sənin yazıların çox zəif olardı. İndiisə yazılarının çəkisi artıb. Bu tək mütaliə ilə düzəldi, yoxsa başqa səbəblərdə var?

-Mütaliə yaradıcı prosesin ayrılmaz tərkibhissəsidir. Oxumalısan ki, nəyi yazmaq, nəyi yazmamaq lazım olduğunu biləsən.Təkcə oxumaq yox, həm də oxuduğunu yaxşıca götür-qoy eləyib nəticəyəgəlməlisən. Oxucuya sənin nəticən və bunu ifadə etmək bacarığın maraqlıdır.Oxuduqca,yazdıqca hər şey qaydasına düşür.


- Hazırda nə etmək fikrindəsən? Aktyorluğa ciddi yanaşırsan, yaşairliyə? Hərdən mənə elə gəlir ki, sən sadəcə ötəri bu yollarda girincqalmısan. Tez sıxılırsan hər şeydən və sənin şeirlərini Bakıya yağan qar kimiaz-az görürük.

- Yaradıcı prosesə mane olan heçbir işdə işləmək istəmirəm. Aktyorluq bu mənada əlimdən tutur. Yəni oxumağa,yazmağa vaxtım qalır. Amma aktyor kimi davam eləmək fikrində deyiləm. Müəllimolmaq üçün hazırlaşıram. Yayda imtahan verəcəm.


- Tanınmaq, şöhrət qazanmaq hissin yoxdu?

- Əlbəttə var. Kim şöhrət istəməzki?


-Şöhrət durduğu yerdə adama gəlmir axı. Bunun üçün nəsə eləməlisən...

-Əlbəttə nəsəeləmək lazımdır. Amma mən bunun yollarını bilmirəm. Daha doğrusu bildiyimbir-iki yol varsa o da şöhrət tapmağa kifayət eləmir. Düşünürəm yaxşı yazsam vədavamlı ədəbi mühitdə görünsəm az da olsa buna nail ola bilərəm.


- Ailədə sənə münasibət necədir? Aktyor maaşı yəqin ki, səni qaneetməz. Ümumiyyətlə, yaradıcı adamlara qarşı ailələrin münasibəti birmənalıolmur. Bəzən şairliyi tüfeyli həyatla, içkiyə qurşanmaqla eyniləşdirirlər.Səndə necədir vəziyyət?

- Ailəmin mənə münasibəti pisdeyil. Daha doğrusu yaxşıdır, ancaq məni qane eləyəcək səviyyədə deyil.Universitetə hazırlaşan vaxt şeir yazmağıma qarışırdılar. Deyirdilər şeirbeynini bulandırır, dərslərinə yaxşı hazırlaşa bilmirsən. Universitetə girsonra nə qədər istəyirsən şeir yaz. Sonra həvəsimin ciddi olduğunu görüb əlçəkdilər məndən. Şeirim hansısa saytda, qəzetdə çap olunanda həvəsləqarşılayırdılar. Ancaq sonralar buna əhəmiyyət vermədilər. Şeir yazandaevdəkilərə oxuya bilmirdim, hamısı üzünü çevirib gedirdi. Mən də ya Ayxana zəngvurub oxuyurdum, ya da özümə. Yənibir sözlə ailəmin yaradıcılığa münasibəti normaldır, amma ciddi deyil.


-Yazıçı Cəmil Əlibəyovun nəvəsisən. Cəmil Əlibəyovyazıçı kimi səni qane edirmi? Onu necə xatırlayırsan? Hər halda sizin aranızdasovet düşüncəsiylə modern düşüncə toqquşub.

-Mən onu barmaqla sayılacaq qədər görmüşəm. Haqqındadanışılacaq zəngin xatirəm yoxdur. Yazıçı kimi qane eləyir? Düzü onun ikiromanını oxumuşam: "Qış nağılı", "Özümü axtarıram". Pisdeyildi. Xüsusən dilinin koloriti, təsvirlərin canlılığı xoşuma gəlmişdi. Ümuməngötürəndə isə nəsr əsəri kimi qane eləməmişdi. Bəlkə daha yaxşı mətnləri var, xəbərdardeyiləm. Ancaq tərcüməçi kimi çox keyfiyyətli tərcümələri olduğunu deyə bilərəm.Ç.Aytmatovun "Ana tarla", "Ağ gəmi", Jorj Sandın"İndiana"sını bir sözlə möhtəşəm tərcümə eləyib. Kino sahəsində dənailiyyətləri olub. Rəhbərliyi ilə çəkilən filmlərin əksəriyyəti Qızıl fondadaxil olub.

Özünü isəbelə xatırlayıram. Mənə çox oxu, çox müşahidə elə deyirdi. Bir də kitabxanasınımənə bağışlayacağını demişdi. Amma qismət olmadı. Cəmi iki kitabı xatirə qalıbməndə. Sabirin, bir də Məmməd Arifin.

- İntiharların sayı artıb. Xüsusən yazarlar arasında. Səncə, səbəbnədir? Yaradıcı adamlar niyə ölümə meyllidirlər?

- İntihara birmənalı münasibətimyoxdur. O mənada ki, nə kimisə qınaya, nə təqdir edə bilirəm. İntihar zəiflərinişidirmi? Mən elə düşünmürəm. Məsələn, mən bunu bacarmaram. Özümü öldürməyəgücüm çatmaz. Deməli zəif mənəm. Amma intiharı təqdir də eləmək olmur. Yaşamağabu qədər səbəb varkən niyə özünə qəsdiseçəsən? Sadəcə həyatın dirənən yerində hövsələli davranasan gərək, atlanıbbaşqa körpüyə keçməyi bacarasan və düşünürəm yaşamaqdan gözəl heç nə olabilməz. Şair demiş böyük bir ciddiyətlə yaşayacaqsan.


- Hazırda əyalətdə yaşayırsan. Orda mühit necədir? Kimləri oxuyursan?Bir günün necə keçir?

- Burda mühit adına heç nə yoxdur. Heç bilmirəmFüzilidə yazan, ədəbi prosesi daima izləyən adam varmı? Rast gəlməmişəm. Ancaqözüm öz gücümə nəsə eləməyə çalışıram. Hazırda üstünlüyü Azərbaycanədəbiyyatına vermişəm. Paralel dünya ədəbiyyatından da oxuyuram. Məsələn, buyaxınlarda öz ədəbiyyatımızdan C.Cabbarlının, Cavidin seçilmiş əsərlərini,dünya ədəbiyyatından A. Platonovun "Kotlovan” romanını oxumuşam. Çalışdığımqədər günümü mütaliə ilə keçirirəm.

- Sonda zarafatyana bir sual: Hələ də ədəbiyyata gəlib çıxabilməmisən?

-Yox, hələ yoldayam.


Söhbətləşdi:Oğuz Ayvaz