adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Aprel 2019 16:07
20270
MƏDƏNİYYƏT

ŞƏHRİZADIN... TARZƏN RAMİZ QULİYEV NAĞILI

OXUNUŞCADAHA ŞİRİN, DAHA MƏNALI "MİN BİR GECƏ”HEKAYƏTLƏRİNİN

ÜSLUBUNASALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA


MİNALTINCI GECƏ

gəldikdəDünyazad üzünü bacısına tutub dedi:

-Baci can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılını davam etdir.

Şəhrizadda bacısına cavabında dedi:

-Şahım icazə versə, davam etdirərəm.

Padşah buyurdu:

-Danış.

Qıznağılın ardını danışmağa başladı:

-Qibleyi-aləm sağ olsun, belə rəvayət eləyirlər ki, beş illik ali təhsildənsonra Ramiz Quliyev yetkin ifaçı tarzən kimi Üzeyir Hacıbəyli adına AzərbaycanDövlət Konservatoriyasını tar və dirijorluq ixtisasları üzrə qırmızı diplomla -Fərqlənmə diplomu ilə bitirdi.

Konservatoriyanıbitirib müstəqil sənət yoluna qədəm qoyduğu ilk illər Ramizin həyatına bir çoxgözlənilməz yenilklər gətirdi. Həmin illər onun nəinki Azərbaycanda, hətta onunsərhədlərindən uzaqlarda şöhrət qazandığı illər oldu və yorucu, lakin nəticəetibarilə mühüm olan konsert səyahətləri üçün yol açıldı.

Digərtərəfdən də Ramizin eyzən ixtiyarında olan itaətkar melodik ilham və daiminkişaf edən ifaçılıq texnikası onu böyükuğurlara səslədi. O, xalq və klassik musiqinin qaynar bulağından bəhrələndikcəyeni-yeni müvəffəqiyyətlər əldə etdi.

Yunanalimi Sokrat (Onun ruhu şad olsun!) belə bir kəlam söyləyib ki, 12 yaşından 16yaşına qədər yeniyetmə, 16-dan 21-ə qədər gənc, 21-dən 28-dək cavan olan hərbir insan 28-dən sonra artıq öz sözünü deyən adam olmalıdır.


Buhəqiqəti dərk edən Ramizin yaşının 28 olmasını gözləməyə sabri çatmadı. Elə 27yaşında (hərçənd ki, 15 yaşında "Şur" ansamblının tərkibində Moskvadaçıxış eləmişdi) öz sözünü geniş mənada ölkə səviyyəsində dedi - 1974-cü iliniyun ayında Zaqafqaziya musiqiçilərinin Yerevanda keçirilən "SayatNova" adına musabiqəsində onun ifasında yüksək şövqlə və həvəslə səslənən"Eşqinlə", "Ah çəkmədim" və başqa əsərlər öz səmimiliyi vətəsirliliyi ilə münsiflər heyətinin üzvlərinə və dinləyicilərə fövqəladə dərəcədəxoş gəldi, onların dərin marağına səbəb oldu.

İfadakıhisslərin oynaqlığı, musiqi obrazlarının zənginliyi və rəngarəngliyi ilə bərabərgənc tarzənin şəxsi keyfiyyətləti - ehtiraslı enerjisi, cəsarəti, hissiyyatınınqüvvəsi də daha kəskin surətdə nəzərə çarpdı.

Azərbaycantarına məxsus parlaq ənənələrə böyük ustalıqla yanaşması və bunların vasitəsilətarın ifaçılıq imkanlarının genişliyindən bacarıqla istifadə etməsi nəticəsindəyüksək və həm də bənzərsiz bir sənətkarlıq məharətinə nail olan Ramiz Bakıyamüsabiqənin qalibi kimi Qızıl medalla qayıtdı. Həmin ilin oktyabrında isə...

O,bir payız günlərində Moskvanın Mərkəzi İncəsənət İşçiləri Evində başlananestrada artistlərinin beşinci Ümumittifaq müsabiqəsində SSRİ-nin hər yerindən gəlmişmin nəfərdən çox ifaçının sırasında həyəçanlı dəqiqələr keçirdi.

Konsertlərzamanı gurultulu alqışlar, səhnəyə çağrışlar, əzəmətli təzimlər, yorğunluq, əllərinvə nəzərlərin görüşməsi, fikrlərin ilk sözdən, narahatlıqların ilk sədadan başadüşülməsi, qaynar Moskva küçələri, qızıl payızın hənası ilə xınalananqollu-budaqlı ağaclar, axşam səmasında buludların arasından parıldayan ulduzlar- bütün bunlar gənc tarzəni həyəcanlandırmışdı.

Buhəyəcanlar musiqidə öz əksini tapdı, Ramizin barmaqları altında qəribə vəecazkar melodiyalara çevrildi, minlərlə dinləyicinin qəlbində dərin kök saldı.Bunlar yalnız başlanğıc, böyük və uzun həyat yolunun və hisslərin rəhni idi.

Ramizinifalarındakı poetik məhəbbətin gözəlliyi isə nə kitablardan, nə də alovlufantaziyadan doğurdu. Bu alov xoşbəxtlik və iztirabın qəlbdən vurub çıxartdığıalov idi!

Omüsabiqədə hər dəfə estradaya (səhnəyə) çıxıb tarı sinəsinə sıxanda sonsuz mürəkkəbnotlardan və templər haqqında göstərişlərdən ibarət olan partituranı canlı,vahid musiqi əsərinə çevirirdi.

Tarzənmənimsədiyi çox sərrast və dəqiq ifaçılıq üslubunu, diqqətlə seçdiyi,cilaladığı müxtəlif səciyyəli ştrixləri məharətlə işə salır, melodizmlərə, rəvanintonasiyaya, qəfil, təbii keçidlərə, yığcam gəzişmələrə, registrqarşılaşdırmalarına, rəngarəng metro-ritmə, forma yetkinliyinə və digər zəruricəhətlərə xüsusi əhəmiyyət verirdi.

Ramizinifasında psixologizmə çox güclü meylin olduğunu duymaq heç də çətin deyildir.Elə bil tarın üzünə çəkilmiş pərdə Ramizin öz ürəyinin pərdəsi idi, ona görə dəo, qəlbindəkiləri, çaldığı muğamın, musiqinin sanki psixoloji məzmununu açıbdinləyiciyə, tamaşaçıya olduğu kimi çatdırırdı.

Onunvirtuoz çalğısı başlıca olaraq bədii obrazın dərinliyinə yönəlirdi.Ehtirasların zahiri ifadəsi Ramizdə tamamilə yox dərəcəsində idi. Lakin bununlayanaşı hiss, emosiya, necə güclü olursa-olsun, həmişə ağla, idraka, məna və məzmunatabedir. Dinamik gərginlik texniki əyləndirici keyfiyyətdə, emosiyaların gərginliyində,coşqunluqda verilmir. Odur ki, Ramizin çalğısında obrazlar müstəsna dərəcədəparlaq dır.

Tarzəninçalğısı paytaxt dinləyicilərini misilsiz dərəcədə ovsunlayırdı. Onlar belə birqüvvə, belə bir qızğınlıq, belə bir cəsarətli vüsət gözləmirdilər. Sürətli vəcoşqun ifanın başlanğıcından tamaşaçılar bütün varlıqlarında elə bir təlatüm,elə bir həyəcan və sevincdən doğan elə şirin duyğular yaşayırdılar ki, gözəllikinsan qəlbini bir anda çulğadıqda bu hisslər onu bürüyür.

Ramizçalıb qurtarıncaya qədər qətiyyən qımıldanmırdılar. Cuşə gəlmiş tamaşaçılaronun ifa etdiyi əsərlərin səmimiliyini və bəşəri məzmununu, zərifliyini və gözəlliyinidərk edib çox qızğın minnətdarlıqla dəyərləndirirdilər.

Yekunturunda - Moskva Dövlət Estrada Teatrının ağzınacan dolu tamaşaçı saloninda 75nəfər musiqiçinin, dirijorun, musiqişünasın, rejissorun və ölkənin neçə-neçəadlı-sanlı sənətkarlarının daxil olduğu münsiflər heyətinin qərarı iləistedadlı, əməksevər gənc tarzənə ətirli gül çələngi və "Xalq çalğı alətlərindəifaçılıq müvəffəqiyyətlərinə görə" Ümumittifaq müsabiqəsinin qiymətlilaureat diplomu verilir.

Butəntənənin canlı şahidi olan Ümumittifaq müsabiqəsində xalq çalğı alətləri üzrəmünsiflər heyətinin sədri, RSFSR-in xalq artisti Nikolay Çaykin (Onun ruhu şadolsun!) Ramizin ifaçılığına olan heyrətini gizləyə bilməyərək ürək sözlərinibelə ifadə edir:

"Onunincə musiqi duyumu, dünya xalqlarının folklorunu həssaslıqla hiss etməsimüsabiqə zamanı özünü aydınca göstərdi. Məni gənc tarzənin çalğısındakı obrazlıifa tərzi, məlahətli ahəng, yumşaq tembr xüsusilə heyran etdi. İnanıram ki, buistedadlı ifaçı bundan sonra da tarın imkanlarından daha da rasional istifadəedəcək və zəngin səs palitrası yaradacaqdır".

SSRİxalq artisti, Akademik Rus Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və başdirijoru Nikolay Nekrasov (Onun ruhu şad olsun!) isə Ramiz barədə belə deyir:

"RamizQuliyev adi ifaçı deyil. Onun barmaqları oxuyur. Yüksək ifaçılıq mədəniyyətinə,zəngin improvizə qabiliyyətinə malikdir. Hər dəfə onun bizimlə çıxışı AkademikRus Xalq Çalğı Alətləri Orkestrinin ifaçıları üçün əsl bayrama çevrilir".

1.137nəfər müsabiqə iştirakçısı sırasında qazanalımış bu müvəffəqiyyət və azmanmusiqişünasların yekdil tərifi o demək idimi idi ki, sənət yarışmasında Ramizqarşısında duran ümumi məsələləri həll edibdir?

Yox!Müsabiqə axtarışların, sənət uğurunun yekunu deyildir. O, daha çox gələcəkböyük sənət uğurlarının başlanğıcı idi!

Ölkənintanınmış musiqi xadimləri tərəfindən Ramizin ifaçılıq qabiliyyətinin çox sərrastbir surətdə bu cür yüksək səciyyələndirilməsi və dəyərləndirilməsi onun həmvətənlərinin,ilk növbədə pərəstişkarlarının qəlbini sonsuz fərəh və iftixar hissi iləcoşdururdu. Bu uğurlar Azərbaycan tar ifaçılıq sənətinin sabahkı gününə,Ramizin özünün sabahkı, lakin hələ başlanmamış günlərinə yönəldilmişdi.

Onunürəklə çaldığı və müsabiqədə qiymətvericilər tərəfindən səmimi qarşılananmusiqi əsərləri - Montinin "Çardaş"ı, Adil Gərayın"Qaytağı"sı və "Orta Mahur" muğamı hakim mövqe tutdu, qəlblərivaleh etdi.

MüsabiqəninMoskva radiosu ilə "efirə" verilən proqramında Baltik dumanlarınınörtdüyü Kalininqraddan tutmuş Berinq boğazınadək, hərəkət edən "Şimalqütb" stansiyasından tutmuş isti və rütubətli Astarayadək on milyonlarlaadam Ramizin ifasını dinlədi. Gənc tarzənin parlaq sadəlik və dərin təsirləçaldığı əsərlər yüksək dəyərləndirildi. Müsabiqəona haqlı şöhrət qazandırdı. Onun adı ölkədəböyük qələbə ilə səsləndi. Bəlkə də həyatında heç zaman ... Ramiz müəllifmənliyindən bu qədər zövq almamış və təsirlənməmişdi.

Ramizinçalğısını canlı və təsirli intonasiyalar ehtiyatının xəzinəsi adlandırsaq,onun ifaları da - muğamları da, xalq vəbəstəkar mahnıları da hər şeylə müqayisəedilməz səmimiliyi, hərarəti bu xəzinədən alırlar, bunlarsız Ramiz Quliyevin sənətinitəsəvvür etmək olmaz.

Onun çaldığı bəstəkarmahnıları, tar ilə orkestr üçün konsertlər gözlənilməz mükəmməlliyi və dinləyicinivaleh edən təsir qüvvəsi ilə fərqlənir.

Azərbaycan LKGİMK bürosunun qərarına əsasən ədəbiyyat və incəsənət sahəsində 1978-ci il üçünrespublika Lenin komsomolu mükafatının laureatları sırasında tarzən, ÜzeyirHacıbəyli adına Dövlət Konservatoriyasının baş müəllimi Ramiz Quliyevin də adıvardı. Tarzən bu şərəfli ada 1976-1978-ci illərdəki konsert ifaçılıq fəaliyyətinəgörə layiq bilinib.

Bir az da irəligedib deyim ki, o, Azərbaycan SSR AliSoveti Rəyasət Heyətinin Fərmanı ilə musiqi ifaçılığı sənətinin inkişafındaxidmətlərinə görə 1982-ci ildə "Əməkdar artist", 1988-ci ildə isə"Xalq artisti" fəxri adlarına da layiq görülüb.

İnsanın həyatındaelə günlər, aylar, illər olur ki, ötüb keçirlər, sonralar heç bir zaman bu günlərixatırlamırsan. Elə günlər, aylar, illər də olur ki, xatirdən silinmir. Onlar səninhəyatına daxil olur, nə isə bir cizgisi, bir rəngi ilə xəyalında, beynində həkkolub qalır..

Şəhrizad bu yerdə səhərin açıldığını görüb özsöhbətini yarımçıq qoydu.

(ardı növbətisayımızda)