adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Aprel 2019 17:52
23802
MƏDƏNİYYƏT

ŞƏHRİZADIN... TARZƏN RAMİZ QULİYEV NAĞILI

OXUNUŞCADAHA ŞİRİN, DAHA MƏNALI "MİN BİR GECƏ”HEKAYƏTLƏRİNİN

ÜSLUBUNASALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA


Şəhrizadbacısının və şahın böyük maraqla ona diqqət kəsildiyini görüb coşqun bir həvəsləsözünə davam etdi:

-Böyük Allaha, daha yaxşı məlumdur, Ramiz Quliyevin atası Əyyub ağanın (Allah ona rəhmət eləsin!)soy kökü nüfuzlu din xadimi İmam Museyi - Kazımın (Ə.) nəslinə bağlanan seyid Baba ağa olub.

SeyidBaba ağa (Ona salavat və rəhmət olsun!) bütün ömrü boyu xalq arasında özsanbalı, ağır oturuşu-duruşu ilə həmişə seçilmiş, hörmətli kişilərdən birisayılıb.

Buxoşsifət, pirani və nurani ağa Quranın şərhini, həm də şəriət və islamın əsaslarınıçox yaxşı bildiyinə görə din xadimlərinin mənəvi rəhbəri kimi el-obada böyükizzət sahibinə çevrilib. O, qapısıaçıqlığı və mehmannəvazlığı ilə cümlə məxluqatiçərisində ad çıxarıb.

Ağazəmanəsinin xoşbəxt, comərd insanlarından biri olub və özü də çox pak bir ömürsürüb. Minbərdə danışarkən cammatı öz halal zəhmətilə dolanmağa, nainsaf, əyriiş dalınca getməməyə, fəqir-füqəraya əl tutmağa çağırıb.

Adamlarda hamılıqla onu özlərinə pənahgah bilib, xətrini dünyalarca istəyib, yanına məsləhətəgəlib, çətinliklərini, sirlərini açıb ona deyiblər və həmişə dua eləyiblər ki,ömrü uzun olsun, çünki insaf-mürüvət sahibi, yaxşılıq mücəssəməsi sayılan buağır urvatlı kişi, heç zaman kin-küdurət nə olduğunu bilməyib.

Onun1897-ci ildə Bərdə şəhərinin Dəymədağlı kəndində dünyaya gəlmiş oğlu seyid Əsədağa (Onun ruhu şad olsun!) Ramizin atası Əyyub ağanın dayısı idi. Biləsiniz ki,Seyid Əsəd ağanın övladları, nəvələri, nəticələri və kötücələri bu gün də həminocağın ləyaqətli varisləridirlər.

Ramizməhz belə bir müqəddəs ocağın ən kamil yetişdirməsindən biri sayılırdı. Digər tərəfdəndə onun doğulub boya-başa çatdığı, səfalı yurd yerlərindən və mədəniyyət mərkəzlərindənolan, min bərəkətli, dili-dodağı nəğməli, cənnət Qarabağ torpağı!"Dünyanın ən böyük səs muzeyi", nəhəng musiqi salonu, muğam ocağıQarabağ! Azərbaycanın ürəyinin başı - Qarabağ!

Eləki, bu torpağa qədəm basırsan, yeri-göyü dinləyə-dinləyə gedirsən, sənə elə gəlirki, nəhəng bir musiqi salonuna daxil olursan.

Bubarədə istedadlı söz sərrafı şair Səyavuş Sərxanlı (Onun ruhu şad olsun!) çoxgözəl yazıb:

"Düz-dünyaoxuyur burda! Torağaylı zəmilər, şəkərli-şərbətli üzümlüklər, qırqovullu meşələr,kəklikli sıra dağlar oxuyur. Yerdəağaclar, göydə quşlar oxuyur. Çaylar - simfoniyalar, qayalar - neylər, bulaqlardumduru zəngulələr, aylı gecələr - zilə şəkilən bayatılardır, şərqilərdiburda..."

Elə istedadlışair Rasim Kərimli (Onun ruhu şad olsun!) də bu barədə gözəl söyləyib. Şəhrizadavazla bu şeri oxudu:


Nə üçün adınaqara deyirlər?

Üzün ki, həryanda ağdı, Qarabag.

Cənnət də,behişt də bir əfsanədir,

Özgə birbaxçadı, bağdı Qarabag.


Gül açıb arzusueşqin, zəhmətin,

Minbaşda tacı var burda şöhrətin.

Birşah əsəridir o, təbiətin,

ArandıQarabağ, dağdı Qarabag.


"Segah"xəyallıdı, "Şur" həvəslidi,

"Qatar"qanadlıdı, "Rast" nəfəslidi.

Üzeyirbəstəli, Bülbül səslidi,

MuğamatXanının taxtı Qarabağ.


Cavanşirqılınclı, nər biləklidi,

Nüşabəkamallı, şir ürəklidi.

Natəvanqəzəlli, xoş diləklidi,

Mahallariçində mahdı Qarabag.


Qeyrətocağıdır əzəl yaşından,

Biraslan boy atır hər qarşışından.

Seyretdim hüsnünü dağlar başından,

Minqollu-budaqlı tağdı Qarabag.

Azərbaycanınmusiqi konservatoriyası Qarabağın əzəmətli toy sarayı hesab edilən Ağdam -Ramizin anadan olduğu bu şəhər isə, sanki o dünyada vəd olunan behiştin özüdür!Ömür sürməyə bu torpaqdan yaxşı, buradan bolnemətli yer mən hələ indiyənəcəneşitməmişəm.

Qayğısızuşaqlıq çağları və hamının yüksək dərəcədə hörmət etdiyi qocalığı ardınca gətirənəməksevən gənclik illəri bu şəhərdə necə də gözəl bir səadətlə keçib gedir!

Bərəkətligeniş çöllər, səxavətlə mükafatlandırılmış zəhmətin işıqlı sevinci, ailə dairəsindəkeçirilən istirahətin şirin zövqü insanın ürəyini necə də xoş hisslərlə nəşələndirir!

Allah-təalamöcüzə yaratdığı bu diyara heç nəyini əsirgəməyib ürəyinin istəyindən də çoxverib: bal kimi şirin səs, şəkər və qaymaq qarışıq danışıq dili və məcun,loğman hava. Füsunkar yaraşığa malik imarətləri olan və tamam yaşıllığa bürünmüşAğdam ancaq bağ-bağatın qoynunda nəfəs alır.

Şəhərininsanları ağılda, elmdə çox mahirdir, onları sözlə söyləmək çətindir. Bu yerlərindağları, dəniz kimi geniş və mavi dərələri, yerin sinəsindən çağlayıb çıxan göybulaqları ilə bu adamların saf, sadə təbiətləri arasında xoş, mehriban ahəngdarlıqduyulur. Onların qəlbi təbiətin ecazkar gözəllikləri ilə dopdoludur.

Yurdunsakinləri ən qonaqpərəst adamlar adı ilə məşhurdurlar. Bu da səbəbsiz deyil,çünki onlar qonağı elə bir səmimiyyət və səxavətlə qəbul edirlər ki, çox vaxtbu israfçılığa gətirib çıxarır. Süfrələrinin bəzəyi də həmişə bişirdikləri kəklikli- turaclı - qırqovullu plov olur (Qarabağlıların da ki, kəklikli - turaclı -qırqovullu plovuna tay nə söz!). Xülasə, bu torpağın övladlarının işgüzarlığı,qonaqsevərliyi, comərdliyi, qəhrəmanlığı da heç bir söhbətə, yazıya sığandeyil.

Buməqamda bir cəhəti də vurğulayım: azərbaycanlılarda yumora güclü meyl var. Bir-birlərinin söhbətlərinə xoşu olanağdamlılarda isə bu meyl xüsusilə daha güclüdür. Bu insanlar məclislərinin heçbirini də gülüşsüz və zarafatsız keçirməzlər.Onların cahıl-cuhullarının dilxoşluğa həvəsi bu sözdən deyil.

Gözəllikdə, qəşənglikdəmisli-bərabəri olmayan imarətlər şəhəri Ağdam buludların piyaləsindən doyuncasu içdiyinə görə yamacları yamyaşıl, düzənlikləri çəmənzardır.

Bu yerlərdəkibaharın dünyada misli yoxdur. Gül-çiçəklə dolu ot dizə qalxır. Ağaclar çiçəkləyir...Çaylar daşır... Və burada ən gözəl baharxörəyi - təzə göyərib qalxmış yabanı şomudan, quzuqulağından, gicitikəndənbişirilmiş kükü sayılır.

Şəhər baharlibası geyinəndə əsl gülüstanı xatırladır. Təbiətin belə çağlarında gümrahbağlarda meyvələrinin ağırlığından budaqları az qala yerə dəyən ağaclara qonmuşquşlar cəh-cəh vurur, bülbüllərin, qumruların səsi hər tərəfi başına alır,ağaclarda ürəyin istəyən qədər dəymiş meyvə olur, gözəllərin al yanaqlarına xəcalətverən qıpqırmızı qızılgüllərin, alov kimi şəfəq saçan bənövşələrin, qara gözləriilə həmin qızılgülləri seyr eləyən nərgiz çiçəklərinin müşkü-ənbər ətri adamımin bir xəyala daldırır.

Bubağ-bağatlarda axan şırşır bulaqların qəndab təki suları Səlsəbil (müsəlmanlarınrəvayətinə görə cənnət bulağıdır) kimi dadlıdır. Hələ desən nəğmə oxuyan quşların səsi! Musiqialətlərinin səsindən də həzin olan bu səslər sanki dil açıb danışır, gözəllikeşqindən divanə olanları ovsundurur.

Səhərdən axşamadəkşəhərin müxtəlif yerlərindən mahnı və musiqi sədaları eşidilir. Bu mahnılarduyğularının açıqlığı, yumşaq lirikası, daha aydın və hissiyyatlı koloriti iləfərqlənir.

Bu şəhərbaşdan-başa muğam ocağıdır və onun "çınqılları" Azərbaycandan çox-çoxuzaqlarda məclislər isindirib, könüllər həyəcana gətirir. Ağdam musiqibahadırlarının beşiyi və "cəngi" meydanı sayılır.

Sözümün davamıolaraq əlavə edim ki, bütün günü - səhərdən axşamadək elə bir ev olmaz ki,oradan musiqi alətlərinin - tarın, kamançanın, qabalın, pianinonun nəvazişli,oynaq, səmimi melodiyaları eşidilməsin, kimlərinsə sərbəst, yüngül, cingiltili,şaqraq və valehedici zəngulələri, Təsnim (müsəlman əfsanəsinə görə cənnətbulağıdır) sularından şirin, incə, qüdrətli, gözəl, səslə, coşqunluqla, yüksəktəsirlə, demək olar ki, vəcdlə ürəkdən oxuduğu mahnılar, şikəstələr, muğamlarŞuşanın məşhur Zarıslı qaymağı və ya Kəlbəcərin Sarı yer yaylağının kəhrəbabalı kimi eşidənlərin çanına yayılmasın.

Onlara qulaqasdıqca, deyirsən bəs səslər dünyanın o tayından, yəni bizə məlum olmayan ayrıbir aləmindən gəlir. Özü də nə qədər möhkəm adam olsa belə, bu səslər onun ürəyiniyumşaldıb muma döndərər.

Dahilər dahisiÜzeyir Hacıbəyli (Onun ruhu şad olsun!) nahaq yerə, havayı söyləməyib ki,Qarabağda hər evdən bir Məcnun çıxarmaq olar.

Mən oxumuşam ki,Allah vergisi olan yüksək fikirlər sahibi şair Şahmar Əkbərzadə (Onun ruhu şadolsun!) bu səltənət barədə gözəl bir şer yazıb. "Allahın qüdrətiqarşısında hər şey acizdir!" söyləyən Şəhrizad həmən şeri oxdu:


Yastı təpələrin,zümrüd düzlərin,

Arxamdadayanan uca dağımdır.

Sənin torpağınıdiz çöküb öpmək,

Mənimvüqarımdır, ucalmağımdır...


Muğam ocağıdırAğdamım mənim,

Səslər bu məkandasanki bal dadır.

Şerlər pərisiXurşudbanunun,

Müqəddəs türbəsi,ruhu burdadır.


Qarabağ,ana yurd, beşiyim mənim,

Qartalxəyallarım göyündə süzər.

Sənəürəyimin paytaxtı desəm,

NəTəbriz inciyər, nə Bakı küsər...

Bəli,Allahın böyük qüdrətindən və inayətindən idi ki, istedadlarla bol olan bu şəhəringündüzləri minbir sirli mahnılarla və muğamlarla nəfəs alır, gecələri əsrarəngizmelodiyaların və təranələrin qoynunda şipşirin röyalara baş qoyub yatırdı...

Şəhrizadbu yerdə səhərin açıldığını görüb öz nağılını yarımçıq qoydu.

Sonra onlaryatdılar, padşah səhər gedib ədalət taxtında əyləşdi, qoşun, vəzir-vüzəra gəldilər,divan adamla doldu. Padşah gün batanacan divan işlərinə baxdı, kimini qulluqdançıxartdı, kimini qulluğa götürdü, qadağalar qoydu, əmrlər verdi. Sonra divandağıldı, Şəhriyar şah da gəlib öz otağına - Şəhrizad xanımın yanına girdi və gecə düşənədək vəzirin qızı ilə məhəbbətlisaatlar keçirdi.

(ardı növbətisayımızda)