adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Aprel 2019 17:52
23804
MƏDƏNİYYƏT

ŞƏHRİZADIN... TARZƏN RAMİZ QULİYEV NAĞILI

OXUNUŞCADAHA ŞİRİN, DAHA MƏNALI "MİN BİR GECƏ”HEKAYƏTLƏRİNİN ÜSLUBUNASALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA


"Bilik- öyrənməkdən, düşüncə - təcrübədən, dərakkə- fikirləşməkdən meydana gəlir, onların da olduqları, birləşdikləri yerağıldır.

Buüç keyfiyyət kimdə birləşmişsə, o adam kamildir!"


"Minbir gecə"dən.


"Mənhəmişə öz qarşıma bir məqsəd qoymuşam ki, həyatda bu şeylərə nailolmalıyam və nail də olmuşam".


RamizQuliyev, tarzən,Xalqartisti, Dövlət mükafatılaureatı, professor.


PRELÜDVƏ YA... FİKRİNAÇILIŞI

...QüdrətliAllah-təalanın (O, böyükdür, şəni də çoxdur!) tədbiri və inayəti budur ki, bunağılı oxucular üçün ilk olaraq öz qısa giriş sözlərimlə mən başlayım. Məbudumun kərəminə min şükürlər olsun. Həyatdaən yaxın, ayrılmaz dostum, sirdaşım və pənahım məni Yaradan qadir və qahirAllaha bu işi sadə qələm sahibi olan bir bəndəsinə rəva bilib razılıq verdiyinəgörə sidq ürəkdən razıyam və mehriban pərvərdigarıma minnətdaram.

Möhtərəm oxucu!(Allah sizdən razı olsun!). La ilahə illəllah, Məhəmmədən rəsullillah! İnsanhansı işə girişsə, o gərək bu işi bütün varlığı Yaradanın ecazkar, ülvi və müqəddəsadı ilə başlasın. Buna görə birinci olaraq söhbətə başlamaq mənim üzərimədüşdüyündən Yaradanın gözəl adı ilə danışmaq istəyirəm.

Qoy İlahininpak, əziz ismini eşitməklə ona olan ümidimiz sarsılmaz bir zəmin üzərində qərartutmuş kimi, möhkəmlənsin, onun adı hər gün dilimizdə mədh olunsun.

Beləliklə, Məhəmmədin,Əlinin (Allah onların ikisinə də rəhmət eləsin!) adlarını çağırıb "Allahü-Əkbər"deyirəm. Hamı kimi, mən yetim bəndəsini də öz pənahında saxlayan sahibi-aləmlə- Böyük Allahla (Şükür onun kərəminə!) razi-niyaz eyləyib onun lütfilə ağbirçək,ipək nənələrimizin söyləgiklərinə rəğmən, şirin-şəkər bir söhbətin YOLuna sözünilk cığırını salıram.

Lakin şərəfliömrünün kövrək cığırları böyük yola çıxan, özü isə bütöv həyat amalı və nurlu əməlləriilə insanlığın, şəxsiyyətin, ləyaqətin, sənətin işıqlı YOLuna çevrilən mötəbər,nüfuzlu bir bəşər övladı haqqında dadlı-tamlı, pardaqlanan daha geniş söhbətiisə sizə mənim saldığım söz iziylə Yaradanın inayəti sayəsində addımlayan əsrarəngizvə sirli-sehirli "Min bir gecə"nin möhtəşəm xanım baş qəhrəmanı Şəhrizad danışcaq...

MİN BİRİNCİ GECƏ

və... Şəhrizadnövbəti nağılı bitirib qurtarandan sonra Şəhriyar şah gün doğanacan yatdı. Ayöz evinə - Şərəfan bürcünə gedib Günəş Məşriqdən çıxaraq hər tərəfi nura qərqeləyəndə o, "İqamətgahı-səadətə" - divanxanaya ("divanxana"sözü burada saray əyanlarının "yığıncağı" mənasında işlənibdi) gəlibhəşəmət yerində, taxt-səltənətində əyləşdi.

Şahın yaxınadamları hökmdarın başına ulduzlar Ayın ətrafına toplanan kimi toplandılar.Saray əsilzadələri, əyanlar, əmrlər, canişinlər şahın hüzurunda - hər biriadına-sanına müvafiq yerdə dayanıb-durdular. Vəzir-vəkil onun sağında-solunda əyləşdilər.

Şəhriyar şah günbatanacan burada ədalətlə divan qurdu, kimini qulluğa təyin etdi, kiminiqulluqdan çıxartdı, kiminin günahından keçib bağışladı, əmrlər verdi, qadağalarqoydu. Günəş Məgribdə qüruba enəndən sonra şah divan işlərini qurtarıb hərəmxanasına- öz böyük imarətinə gəldi.

Bu imarət gözoxşayırdı. Divarları tamam qiymətli daş-qaşdan, yaqutdan, qızıl-gümüşdənhörülmüşdü. Döşəmələri büllurdan, əlvan rəngli zəbərcəddən, firuzədən idi. Pəncərələrvə qapılar səndəl və əzvay ağaclarından düzəldilmişdi.

Şah qədəmlərinivəzirin qızı, gözəllikdə misli-bərabəri olmayan Şəhrizadın otağına atdı. Dünyagözəllərinin sərtacı, xumargözlü, qələmqaşlı Şəhrizad əyninə qırmızı rəngliköynək geyinib, səna izarına bürünmüşdü, pambıq kimi ağ bədəni qırmızı köynəyininaltından özünü büruzə verirdi. Boynunda saf qızıldan xünk vardı. Bu xünk döşlərininarasınacan sallanırdı, alnına bir çəngə kömür kimi zil qara saçları tökülmüşdü.Bu qara saçlar və onların uzunluğu zülmətli gecəni andırırdı. Onun çöhrəsininşüası ayı, ulduzları kölgədə saxlayırdı.

Şəhrizadın gözəlliyininheç bir qüsuru, nöqsanı yox idi. Səhər günəşinə bənzəyən bu qız naz-qəmzəsata-sata ceyran kimi bu tərəfdən o tərəfə çevrilib qələm qaşları və kirpikləriilə ürəkləri yaralayırdı. Üzündəki təbəssümü görüb göyün məşəli buludlarınarasına girmişdi. Gözləri iri, yanaqları girdə idi. Püstə dəhanındakı dişləriinci, mirvari danələrinə bənzəyirdi, qızdan ətrafa xoş ətir yayılırdı.Yanağının üstündə ənbər kimi rayihə saçan bir xal vardı ki, şair bu barədəyaxşı deyib:

Nə qədər gözəldiro qəddü qamət!

Bulud saç, ayqabaq! - görən olur bənd.

Qınama üzündəqara xalını,

Qara xal bəxşedir ağ üzə ziynət!

Başqa bir birşerdə isə şair belə deyib:

Gözəlliyi oqızın yanına gətirdilər,

Gözəllik yerədikdi xəcalətdən gözünü.

Dedilər:"Görürsənmi bunun bərabərini?"

Gözəllik təkraretdi "Xeyr. Xeyr!" sözünü.

Bəli, gözəlllərgözəli, ağıl və hikmət sahibi Şəhrizad kiçik bacısı Dünyazadla birlikdə idi.

Otaqda yerə zinətliipək parçalar, əlvan naxışlı xalçalar döşənmişdi, divarlara üstündə heyvan, quşşəkilləri olan qiymətli zərxaralar vurulmuşdu. Təsvir olunan quşların,heyvanların bədənləri qızıldan, gümüşdən, gözləri mirvaridən, yaqutdan düzəldilmişdi.

Pəncərələrəmirvarilə haşiyələnmiş pərdələr asılmışdı. Bura elə cah-cəlalla, hər cürədaş-qaşla, ləli-bədəxşanla bəzədilmişdi ki, elə bil cənnətin ən yaraşıqlı xiymələrindənbiri idi. Baxan heyran olurdı. Açıq-aydın görünürdü ki, otağın görkəmindən xoşbəxtlikyağır.

Şah qızlarısalamlayıb, üzlərinə gülümsədi, hörmət eyləyib şirin sözlər dedi, onlar beləcəoturub söhbət elədilər.

Axşam düşəndə Şəhriyarkənizlərə əmr elədi şamları, çıraqları yandırsınlar, masanı gətirsinlər. Onlarda gedib saf qızıldan hazırlanmış, daş-qaşla zinətləndirilmiş masanı gətirdilər,onun üstü Allahlara layiq müxtəlif xörəklərlə dolu idi. Süfrədə ürəyin istəyənhər cür ləziz təam var idi və təamların hamısı da qızıla tutulmuş çinibuludların içində idi.

Qızıl aftafa-ləyəndəəl suyu verildikdən sonra süfrə başında oturdular.

Kənizlər onlara əlləriniqurulamaq üçün üç dənə qar kimi ağ, zərif qətifə gətirdilər. Qətifələrdən eləqızılgül iyi gəlirdi ki, hər yeri gül ətri bürüdü. Kənizlər masanın üstündənbir neçə qəşəng gümüş gülqabı götürdülər, bunlardan biri gülabla, biri narınc,biri yasəmən suyu ilə, o birilər də başqa ətirli sularla dolu idi. Kənizlər ətirlisuları onların üstünə çilədilər.

Şah və xanımlarqədərincə yeyib özlərini tamam bərkitdilər, üstündən ətirli müşk qatılmış suiçib əlhəmdülillah dedilər. Qab-qacaqlar yığışdırıldı. Kənizlərin gətirdiyiqızıl aftafa-ləyəndə hamı əlini-ağzını yuyub ipək dəsmalla quruladı. Sonra kənizlərmasanın üstünə qızıl, gümüş, büllur qablar, həm də hər cür gül-çiçək, içindəmüxtəlif çərəz, şirniyyat olan məcməyilər düzdülər. Buxurdanlarda ətirliotlar-müşk, quru əzvay, ənbər yandırdılar.

Şərab dolu piyalələrpaylandı. Şah öz piyaləsindəki şərabı içdi. Sonra Şəhrizada və Dünyazada da içməyəixtiyar verdi. Aybənizli kəniz udun simlərini köklədi, dizinin üstünə qoyub,onun üzərinə ana öz körpəsinin üzərinə əyilən kimi əyildi, udun on dörd pərdəsindəgəzən barmaqlar elə nəğmələr oxumağa başladı ki, tay nə deyim...

Simli alətdəsehkar, əfsunlayıcı beşik mahnısı kimi aram, oxşayıcı və layla çalan ritmləreşidildi. Qulluqda müntəzir dayanmış başqa bir kəniz isə udun həzin sədalarıaltında xanımlara şərab payladı. Onlar gecəyəcən deyib-güldülər, şer oxudular -ürəkləri şad oldu - ürəkləri birləşdirənə şükür olsun!

Bax belə! Eləki, gecə-gündüzü idarə eyləyən Mikayılın istirahət saatları başlandı, soyuq vəquru Zühəl ulduzu çıxdı, məxluqat yuxuya getdi, hər iki dünyanın sahibi, həyatınatası və hakimi Allah onların hamısının üstünə qara, ulduzlu pərdə çəkdi vəqıvrımsaçlı

MİN İKİNCİ GECƏ

gəldi, eyş-işrətinşirin bir aləmində - şərabdan sonra məstliyin ilk dəminın çatan çağındaDünyazad üzünü Şəhrizada tutub istəyini dilə gətirdi:

- Baçı can, indinağıl danışmağın lap əsl məqamıdır. Səndən iltimasım budur, lütf elə, uzun gecənibaşa vurmaq üçün bizə xoşagələn və ürəkaçan nağıllardan birini danış qulaqasaq, söhbətindən mənfəətbərdar olaq. Sənin rəvayətlərin çox şirindir.

Dünyazadınsözünü şah da qüvvətləndirdi:

- Mən də istəyirəmmənə elə bir nağıl danışasan ki, onu ömrümdə indiyənə qədər eşitməmiş olum.

Şəhrizadiltifatla cavab verdi:

- Əgərqibleyi-aləm, bəxtiyar şah rəhm eləyib məni öldürməsə, sağ qalsam, bu gecənağılların parlaq aləmi, qədim rəvayətlərin sərt və ağır təsviri, şərqfantaziyasının alovlu, oynaq və rəngarəng duyğuları əvəzinə sizə indiyənəcəntanımadığınız elə bir məşhur tarzən haqqında hekayət ərz edəcəyəm ki, hələ beləsinieşitməmisiniz. Dediklərim əlbəttə, heç şübhəsiz, ürəyinizi açacaq, ruhunuzuoxşayacaq!

Yuxusuzluq xəstəliyindənəziyyət çəkən padşah bu sözləri eşitdikdə onu dərin maraq hissi bürüdü.Özlüyündə fikirləşdi: "And olsun Allaha, mən bu gecə tarzənlə bağlı Şəhrizadınnağılını eşitməyincə, onu öldürməyəcəyəm".

Dünyazad Şəhriyarınkeçirdiyi halı duyub dilləndi:

- Bacı can, səniAllaha and verirəm, gecəmizi qısa eləmək xatirinə, o tarzən barədə hekayəti bizəsöylə.

Şəhrizad şahınhüzurunda təzim edib, ona ürəyi dələn bir baxışla nəzər salaraq, sarayxanımlarına xas olan incə nəzakətlə və şirin lətafətlə:

- Qüsursuzşahımız iltifat göstərib nağıl etməyə icazə versə gözlərim üstə, bu ünlü sənətkarbarədə sidq-ürəkdən və məmnuniyyətlə, böyük həvəslə danışaram. - dedi.

Şah vəzirinqızından bu sözləri eşidəndə qalxıb əyləşdi (o, mütəkkəyə dirsəklənmişdi), gözəlbir nağıla qulaq asacağına sevinib vəcdindən razılıq əlaməti olaraq başını yellədi.Yəni buyur: "De gəlsin, ay Şəhrizad xanım, sənə nağılı söyləməyə icazəverirəm, çünki dünyaca məşhur olan həmin musiqiçi haqqında eşitməyi və bilməyimən də çox istəyirəm"...

...Aybənizli kənizindizinin üztündəki udun on dörd pərdəsində gəzən barmaqların fəqan edib oxuduğunisgilli nəğmədən qopan, acı bir hicrandan və uzaq bir vüsal həsrətindən həzin- həzin danışan səslər pərdə-pərdə, sakit-sakit axıb gəlirdi.

Gecə aydınlıqidi, kainat mavi tülə bürünmüş kimiydi. Ay işığının gözəlliyi, gecənin səssizliyisarayın baxçasındakı qızılgüllərin, yasəmənlərin ətrinə qarışaraq qəlbə axır,adama anlaşılmaz qərib duyğular təlqin edirdi.

Şəhrizadın gözləriqabağında gecənin ulduzlarla dolu ucsuz-bucaqsız okeanı açılırdı. O, başını qaranlıqdasayrışan ulduzlara doğru qaldırıb elə titrək, həzin və məlahətli səslədanışmağa başladı, sanki gözəl bir mahnı oxuyurdu.

Bu andan etibarənonun söhbəti sehirli bir nağıla bənzədi: elə bil qarlı, soyuq qış gecəsidi,ağbirçək nənə nağıl danışır, sən də peçin yanındakı çarpayıda uzanıb istidənxumarlana-xumarlana, qulaqasırsan...

Şəhrizad aybənizlikənizə çalğını saxlamağı işarə edib, sözlərini nəcib ifadə ilə belə ərz eləməyəbaşladı:

- Baş üstə, itaətborcumdur! Qulağınız məndə olsun, diqqətinizi məndən əsirgəməyin. Hamımızın yiyəsi,hər şeyi dəyişdirən, amma özü dəyişməyən qüdrətli Allaha həmd olsun! Ağamız Məhəmmədpeyğəmbərə (Allah ona min rəhmət eləsin!) salavat!

Nağılabaşlamazdan əvvəl məşhur "Çitrasutra" poemasından hind mütəfəkkiri iləşahın söhbətindən kişik bir parçanı misal gətirməyim elə bilirəm ki, sizin üçündə maraqlı olar: Şah - Ey pak insan! Danış görüm, Allahın təsvirini necəyaradırlar? Mütəfəkkir - Ey böyük hökmdar, rəngkarlığın qanunlarını bilməyən kəstəsvirin xüsusiyyətlərini başa düşə bilməz. Şah - Rəngkarlığın qaydalarındandanış görüm... Mütəfəkkir - Rəqs elmini bilmədən rəngkarlığın qaydalarını başadüşmək olmaz. Şah - Əvvəlcə, rəqs elmindəndanış. Sonra da rəngkarlıq haqqında söylə... Mütəfəkkir - Musiqini bilməyən kəsrəqs texnikasını çətin başa düşər. Çünki musiqisiz rəqs qətiyyən mövcud olabilməz. Şah - onda əvvəlcə musiqi haqqında danış... Mütəfəkkir - Musiqi nəqməsiz,çalğısız anlaşılmaz...

Həqiqətən də Şərqmədəniyyət xadimlərinin hərtərəfli inkişafı onların sənətini əlvan rəng koloriti və dərin fəlsəfimahiyyətlə zənginləşdirib. Mən də sizə məhz belə bir görkəmli mədəniyyət xadimindən- duyğular vasitəsilə yaşanan obrazlar dünyasında Allahın işığını, nurunu Günəşşəfəqləri tək musiqinin melodiya çalarlarında insanların ürəyinə səpən ənfüsunkar bir tarzəndən bəhs edəcəyəm.

Ey bəxtiyar şahvə ədalətli hökmdar, Allah sənə nə qədər dünya var, ömür versin ki, həmişə kölgənbizim üstümüzdən əskik olmasın. Eşit, bil və agah ol: Belə rəvayət edirlər ki,hal-hazırda (Allah hər şeyi biləndir, ən qadirdir, ən rahimdir və ən səxavətlidir)bizim Hindistan və Çin adalarından lap çox-çox uzaqlarda, Günbatar tərəfdə,Odlar Yurdu adlanan, gecələri məhəbbət dolu Ayla, ulduzlarla yatıb, gündüzlərisevincli Günəşlə oyanan, daima bolluq içində şad-xürrəm ömür sürən, təbiəti də,insanları da gözəl, əliaçıq, şənlik sevən, qonaqpərvər, şeir-sənət, musiqiocağı Azərbaycan məmləkətinin ədalət, əmin-amanlıq, zövqü-səfa səltənəti, dəli-doluyağışlı, dəymə-düşər havalı, hirsli küləklərin cıdır düzü qədim Badu Kubədə -indiki Bakı şəhərində, dövrünə görə cəmi tar ifaçıları səfində tayı-bərabəriolmayan, məxluq tərəfindən sidq-ürəkdən bəyənilən, xoş xəbər-ətəri, adı, şöhrətiməqribdən məşriqəcən bütün ərzi dolanan Ramiz Quliyev (Allah ondan razı olsun!)ismində mahir, qəvi (güclü) bir tazən yaşayır.

Əgərunutmayıbsınizsa, altı yüz səksən dördüncü gecədə mən bu tarzənin nurlu vətənigözəl Azərbaycanın adını çəkmişəm və Xüzeymənin İkrimə ilə olan əhvalatındasonuncunun bu məmləkətə canişin təyin edilməsi barədə sizə danışmışam.

Elə buradaca mənbərdaşt eləyib filosofların, tanınmış şəxslərin fikirlərindən bir neçə kəlmə dəsöz demək istəyirəm. Düşünürəm ki, hikmətli sözlərin kim tərəfindən və nə zamansöylənməsindən asılı olmayaraq, onlara həmişə böyük mənəvi ehtiyac olub.

"Musiqi əslümumbəşəri dildir" - Bu fikir böyük alman yazıçısı və musiqişünası VeberKarl Mariyaya (Onun ruhu şad olsun!) məxsusdur.

Digər bir almanmusiqişünası Bax Vilhelm Firideman (Onun ruhu şad olsun!) bu fikrin təsdiqiolaraq deyib: "Musiqinin məqsədi qəlbləri riqqətə gətirməkdir". Rusyazıçısı Fyodor Dostoyevski (Onun ruhu şad olsun!) isə söyləyib: "Modalardəyişir, əsl musiqi isə əbədi yaşayır". Martin Lüter (Onun ruhu şadolsun!) belə deyib: "Musiqi ən gözəl möcüzələrlə dolu ilahi nemətdir".K.Silvestr (Onun ruhu şad olsun!) öz düşüncələrini belə əks etdirib:"Musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürününmusiqisidir".

"Musiqi -sözsüz, bəzən də çox dərin mənaları ifa edən nitqdir" - Bu sözlər də TomasKarleylnindir (Onun ruhu şad olsun!).

Dahi yunanfilosofu Platon (Onun ruhu şad olsun!) isə musiqi haqqında belə bir fikir söyləyib:"Musiqi əxlaqi qanundur, o, bütün dünyanı ilhama gətirir, qəlbə qanadverir, insan üçün zəruri olan kədərə və şadlığa səbəb olur".

"Ölüm həyatınson sözü olduğu kimi, musiqi də incəsənətin son sözüdür", - böyük HenrixHeyne (Onun ruhu şad olsun!) də belə deyib.

Biləsiniz ki,Allah-təala (Şükür onun kərəminə!) bu hikmətlər içində böyüyüb yetişən RamizQuliyevi sənətdə həmişə yüksəldib. Bu gün Azərbaycan tarının ən məşhur ifaçısıodur! Onun özü də, sənəti də milli instrumental ifaçılığı tarixində birfenomendir!

Geniş diapazonlunadir, ecazkar ifaçılıq qabiliyyətinə və yüksək səhnə mədəniyyətinə malik olanvirtuoz tarzən təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycan musiqixəsinəsini daha da zənginləşdiir.

Ramizin sədəflitarının özünəməxsus füsunkar, əlvan ifaçılıq çalarları, koloriti, yüksək bədiiliyi,bəşəri duyğularla aşılanmış melodiyaları mənəvi kamilliyə can atmaqda insanlarayaxından kömək edir.

Bu sədəfli tarinsanların ən ali hüquqları - xoşbəxtlik və sevgi hüquqları haqqında qüdrətlə,məhəbbətlə oxuyur. Onu heç bir qüvvə susdurmağa qadir deyil. Ona görə ki, butarın pərdələrində məğrur insani hisslər şəfəq saçır, öz şüası iləmilyon-milyon ürəkləri bəxtəvərlik, səadət, gözəllik işığına qərq edir.

Ramizdəehtiraslı, ruhi və yaxud buna bənzər başqa hissləri bütün fitrəti ilə özçalğısında əks etdirmək bacarığı var. O çalanda mizrabın və simlərin dediklərinəyaxşı qulaq asan, ifanı böyük şövqlə dinləyən tamaşaçılar tarın köksündən qopanhavaların dərinliklərinə varır, pərdələrdən qanadlanan ən şiddətli inilti səslərinədərin həyəcanla səs verirlər.

Dinləyiciləronun hər bir çıxışını intizarla gözləyirlər. Çünki, bu çıxışlar zamanı onlarfüsunkar çalğını, musiqnin yeni duyğularını və onun təsirli imkanlarını dahaaydın hiss edir və görürlər. Tarzən musiqi zənginliyi və bədii həqiqətivalehedici olan bu ifaları elə müqayisəedilməz istedad və gözəlliklə əksetdirir ki...

Hələ onun son dərəcəyüksək zövqlə və xüsusi səliqə ilə çox təmiz geyinməsi, tarına məxsusi qulluqetməsi, ali mədəniyyəti, səhnədə oturuşu, duruşu, biləklərini çirmələməsi, tarısinəsində həmişə vüqarla tutması adamı heyran edir. Bir sözlə, Ramizin sənətinidəyərləndirmək mahal işdir!

Ramiz Azərbaycanmədəniyyətinin inkişafında müstəsna xidmətləri olan çox böyük sənətkardır. O, Tanrı vergisi olandünya şöhrətli ifaçı, təkrarolunmaz səhnə ustalığı və unikal musiqi duyumunamalik tarzən, planetin ən yaxşı simfonik orkestrləri ilə misilsiz uğurla çıxışedən virtuoz musiqiçidir!

Dünyanın ən mötəbər səhnələrində Azərbaycanincəsənətini təmsil etmək hüququ qazanmış Ramizin hər bir konserti böyük mədəniyyəthadisəsi olaraq onun fitri istedadının yeni çalarlarını aşkar edir vəinstrumental tar ifaçılığına layiqli töhfələr verir.

Allah həmişə Ramizəöz amanında qərar verib, tar ifaçıları arasında ona bu cür uca məqam və mənsəbinayət eləyib. Onu sənətdə izzət və şan-şöhrət cah-cəlalına çatdırıb.

Bax, bu yerdə busözləri deyən qüdrətli fikir sahibi şair Məhəmmədhüseyn Şəhriyara (Onun ruhuşad olsun!) vergini Allah-təala verib:

"Tarix boyu yetişən min çeşidli qılınc, qəhrəman,şücaət, qələm, söz və saz ustaları kimi ustad Ramiz, sənin adını tarixdə görürəm.Təbrizdə qəlbimdə görürəm. Sənin kimi bir övlad yetişdirən ana bəxtiyardır. Səniyetirən vətən xoşbəxtdi. Tarının sədaları həmişə qulağımda səslənir.

Azərbaycanımizrabının gücü ilə dünyaya tanıdan oğul, səni bağrıma basıb gözlərindən öpürəm".

Ramizinbarmaqları çaldığı musiqi əsərlərini yüksək şeriyyətlə mənalandırır, musiqinitqinin ifadə etdiyi fikirləri dinləyiciyə çatdırarkən onun qarşısında hisslərinsonsuz ənginliklərini açır.

Ramiz Azərbaycanmusiqi mədəniyyətinin görkəmli xadimləri içərisində mahir bir sənətkar,istedadlı ifaçı və qabil tarzən kimi şərəfli yer tutur.

İndi isə əsas mətləbəkeçib, sizə bu qüdrətli sənətkarın həyat və yaradıcılığı haqqında bildiyimnağılı ən gözəl və yüksək ifadələrlə danışıram.

(ardı növbətisayımızda)