adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Aprel 2019 14:42
30829
MƏDƏNİYYƏT

ŞƏHRİZADIN... TARZƏN RAMİZ QULİYEV NAĞILI

OXUNUŞCADAHA ŞİRİN, DAHA MƏNALI "MİN BİR GECƏ”HEKAYƏTLƏRİNİN

ÜSLUBUNASALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA


MİNON BİRİNCİ GECƏ


gəldikdəDünyazad üzünü bacısına tutub buyurdu:

-Bacı can, əgər yuxun gəlmirsə, yatmırsansatarzən haqqında nağılı bizim üçün qurtar.

Şəhrizadda bacısına cavabında dedi:

-Əgər şahım nağıl etməyə icazə versə, böyük həvəslə qurtararam.

Beləolduqda şah dedi:

-Nağıl etməyə icazə verirəm, çünki hekayənin axırını eşitməyi çox istəyirəm.

Qıziltifatla dilləndi:

-Baş üstə, gözm üstə! Şah sağ olsun, belə rəvayət edirıər ki, İranın Ərdəbil şəhərindəkonsertlər başa çatdıqdan dünya şöhrətli tarzən Şah İsmayıl Xətainin, onunbabası Şeyx Səfinin və Mir Cəlal Paşayevin atasının, eləcə də nasirin digər ailəüzvlərinin məzarlarına tər qızılgül dəstələri qoyub.

Cəmiyyətinhəyatında baş verən proseslərdən qıraqada qalmağı bacarmayan sənətkar kimi tarzəninictimai fəaliyyəti də təqdirəlayiqdir. Başdan-ayağadək musiqiçi olan Ramiz eynizamanda Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin fəxri vitse-prezidentikimi ictimai, mədəni həyatda cərəyan edən mühüm hadisələrə və taleyüklü məsələlərəhəmişə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirir və onun bu fəaliyyəti bütövlükdəazərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariznümunəsidir.

Humanizminvə ümumbəşəri dəyərlərin ülvi amallarını həmişə və hər yerdə qoruyan yüksək mənəviyyatamalik bu insan vətənpərvər və aydın düşüncəli ziyalı kimi xalqın dərin hörmətiniqazanıb. Onun ecazkar, cazibəlitarının qəlboxşayan, zəngin və mənalı musiqi cümlələri canlı lobbidi Azərbaycanüçün. Onun özünün yüksək dövlət rəhbərlərindən tutmuş ən adlı-sanlı elm, mədəniyyət,incəsənət xadimlərinə, iş adamlrına, sadə dövlət məmurlarına kimi hamınıntanıdığı bir şəxsiyyət olması musiqi ictimaiyyəti üçün böyük stimuldur.

Mədəniyyət MərkəzininPrezidenti, dünya şöhrətli yazıçı Çingiz Abdullayev (Allah ondan razı olsun!) məhzbu işıqlı keyfiyyətlərinə görə qüdrətli tarzənə Moskva şəhərində ötən ilin(2018) may ayında Ulu Öndər Heydər Əliyevin (Onun ruhu şad olsun!) adınıdaşıyan "Əbədi Lider" Fəxri Diplomunu və Qızıl Medalını təqdim edib.

Böyük ruhi aləmə,hakimanə təsir və cazibə qüvvəsinə və sonsuz nəzakətə malik olan bu sənətkarinsanlar arasında özünü çox sadə aparır və onda tez təsirlənən artistlərə xasolan özünü sevmək, tez incimək xasiyyəti yoxdur. Şübhəsiz bu ondan doğur ki,daxilən görkəmli pedaqoji bacarığa sahiblənmiş bu şəxsin bütün həyatı həm də nəcibbir məqsədə - tələbələrinin musiqi ilə maariflənməsinə həsr olunub. Uzun illərdirki, qabil tarzənin insanı valeh edən gözəl ifaçılıq məharəti ilə birlikdəpedaqoji fəaliyyəti də musiqi akademiyasınınhəyatına xüsusi və dərin bir poetik ruh gətirib.

Bu dahi əməksevərtarzən həmişə olduğu kimi, bu gün də gümrah yaradıcılıq ruhu, tükənməz enerjisivə əzmkarlığı, yorulmaz ifaçılıq fəaliyyəti ilə - xalqın mənəvi dünyasınınformalaşmasında müstəsna əhəmiyyət daşıyan muğam və tar ifaçılığı ənənələrinilayiqincə qoruyub yaşatmaqla bərabər, pedaqoji sahəyə də böyük qüvvə sərf edir,tədris prosesinin bütün məsələləri, problemləri daim onu düşündürür.

O, uzun illər ərzindəzəngin təcrübəsindən bəhrələnən və hamisi olduğu gənclər də daxil olmaqlaistedadlı tarzənlərin böyük ifaçı ordusunu yetişdirməklə yanaşı, Üzeyir Hacıbəyliadına Bakı Musiqi Akademiyasında musiqi maarifi, Azərbaycan mədəniyyətinin çiçəklənməsiuğrunda təqdirəlayiq pedaqoji işini uğurla davam etdirir.

Gənclərin onunlaişləməyə və ondan öyrənməyə daim can atması bir daha sübut edir ki, Ramiz bugün də müasirliyin nəbzini duyan əsl ustad olaraq qalır. Onun Azərbaycan və xarici bəstəkarların tar ilə fortepianoüçün işləyib köçürdüyü çox dəyərli əsərləri çapdan çıxıb. Ramiz Quliyev birsıra dərsliklərin, proqramların, elmi məqalələrin və metodiki tövsiyələrin müəllifidir.

Qibleyi aləm sağolsun! Professor Ramiz Quliyevin dünyaşöhrətli sənətkar Rəşid Behbudovla, Azərbaycanın ən görkəmli bəstəkarları,ustad xanəndələri, müğənniləri, musiqi xadimləri ilə yaradıcılıq əlaqələrindən,dünyanın yüzdən çox böyük şəhərlərinin möhtəşəm, əzəmətli səhnələrində yüksəkistedad və gərgin zəhmət bahasına qazandığı bir-birindən qiymətlimükafatlardan, üstəlik də onun sədaqətli ömür-gün yoldaşı, Bakı DövlətUniversitetinin müəllimi, biologiya elmləri doktoru, professor Hökümə xanımQuliyevanın elmi-pedaqoji fəaliyyətindən, sevimli övladları - musiqi sahəsindəxüsusi qabiliyyətə malik olduğuna görə adı gənc istedadların "QızılKitabı"na yazılmış, Azərbaycan Dövlət Opera və Balet Teatrının başdirijoru və musiqi rəhbəri, Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar artist,Beynəlxalq müsabiqələr və "Humay" Milli Mükafat laureatı ƏyyubQuliyeviin yaradıcılıq uğurlarından, Konstitusiya Məhkəməsinin məsul əməkdaşı,Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınındosenti, hüquq üzrə fəlsəfə doktoru Emin Quliyevin elmi araşdırmalarından, istəkligəlinləri - Bakı Dövlət Universitetinin doktorantı, bu yaxınlarda biologiya üzrəfəlsəfə doktoru adı almaq üçün dissertasiya müdafiə edəcək Rəna xanımQuliyevanın elmi məqalələrindən və istedadlı fırça ustası, Azərbaycan Rəssamlarİttifaqının üzvü Nərgiz xanım Quliyevanın Berlin, Vyana şəhərlərində və Parisinməşhur Luvr muzeyində böyük müvəffəqiyyətlə nümayiş olunmuş gözəl rəsm əsərlərininsənətkarlıq xüsusiyyətlərindən söhbət açsam gərək bundan sonra hörmətlişahımıza ikinci "Min bir gecə"də bəxş edəm.


Yalnız söbətiminsonu olaraq demək istəyirəm ki, qüdrətli tarzənin sənət fəaliyyəti hər zamandövlət başçısı tərəfindən daim lazımınca çox yüksək qiymətləndirilib. Belə ki,2007-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ona musiqi sənətinininkişafındakı xidmətlərinə görə "Şöhrət", inişil (2017) isə"Şərəf" ordeni verilib.İki il bundan əvvəl (2017) 70illik yubileyi ölkənin paytaxtı Bakı şəhərində - Mədəniyyət Nazirliyinin dəstəyiilə Müslüm Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında yüksək səviyyədəqeyd edilib.

Bu sanballıinsan, nurlu şəxsiyyət yaşının ixtiyar vaxtlarında da coşqun gənclik eşqi, tükənməzyaradıcılıq enerjisi ilə çalışır, işləyir, xalqa böyük mənəvi zövq verir.

Ömrününmüdriklik çağında - 72 yaşında da bütün qüvvə və bacarığını Azərbaycan mədəniyyətinininkişafı naminə sərf edən Ramiz Quliyevin nağılı başa çatır.

Son sözümdə məndən,geniş diapazonlu rəngarəng yaradıcılığı və virtuoz ifaçılığı professionallığınzirvəsi sayılan ustad tarzənə, incəsənətin ən gözəl incilərindən biri olan,qüvvətli istedada malik Ramiz Quliyevə Allahdan uzun ömür, can sağlığı, ailəxöşbəxtliyi diləmək qalır. Onun çox müqəddəs bir arzusu var qəlbində: 26 ildirki, məkrli düşmən tərəfindən odlara qalanan doğma Qarabağa, ana vətəni Ağdamagetmək, atalı-analı, uşaqlıq illərinin şipşirin xatirələrinə dalmaq, Qaraağacıqəbristanında uyuyan doğmalarının və əzizlərinin qəbrlərinə baş çəkmək, sonrada Ali Baş Komandan İlham Əliyevin (Allah onun ömrünü uzun eləsin!) müdriksiyasəti nəticəsində bu cənnət torpağın işğaldan azad olunmasını böyük xalqbayramı büsatına çevirən ağdamlıların qarşıında sədəfli tarını uzun illər yurdhəsrətindən yanıb-qovrulan sinəsinə basıb hicranın, vüsalın üverturası olan"Xaric segah" muğamını ifa etməkdir. Bu arzuya qovuşmaqda Allah onaöz inayətini əsirgəməsin! Amin!

Şah sağ olsun,ünlü sənətkar Ramiz Quliyev haqqında mənim bildiyim nağıl burada qurtarır.

Şəhrizad tarzənhaqqında elə sirayətedici şövqlə, elə məftunluqla danışırdı ki, Dünyazad Ramizəqibtə edirdi, həmin dəqiqədə bu Olimpə yanaşmağı və onun bütün sənət allahlarıilə tanış olmağı necə də arzulayırdı!

Buna görə dəbacısı hekayəti söyləyib başa çatdırqdan sonra Dünyazad öz duyğularını belə ərzelədi:

- Bacı can,Allah haqqı, bu çox gözəl, çox yaxşı, bu günə kimi danışdığın hekayətlərin içindətayı-bərabəri olmayan bir nağıldır. Dediyin sözlər necə gözəldir, insanın ürəyinəfüsunkar baxışlardan daha çox təsir eləyir. Min on bir gecədir ki, sən çox hörmətlişahımıza 230 adda - 34 nağıl, 36 hekayət, 153 əhvalat və 7 səyahət danışmısan.İndiyənəcən heç görməmişəm ki, qibleyi-aləm son gecələrdəki kimi sinədolusu nəfəsalsın. Ümidvaram ki, Böyük Allahın köməyi ilə şahla sənin aranda olan əhvalatınaxırı çox yaxşı olar, işin düzələr.

Bu nağılı eşidənşahın könlü açıldı, ona əzab verən yuxusuzluq, qəlbinin sıxıntısı yox oldu. Şəhriyarşah nə sənə, nə mənə, nə də Dünyazada, üzünü düz Şəhrizada tutub dedi:

- Səninistiqanlılıqla, nəcib ifadə ilə bu dediklərin tarzənin şəxsiyyətini,yaradıcılığını elə parlaq, elə müfəssəl, elə ləyaqət, səmimiyyət və qüvvətlə təsviredir ki, adam sənətin qüdrətinə heyran qalmaya bilmir. Allah haqqı, tarzəninnağılı o biri əhvalatlardan çox-çox yaxşıdır, onlardan maraqlıdır. Sənin canınıqurtarsa elə bu nağıl qurtaracaq!

Onlardan bu sözlərieşidən Şəhrizad ayağa qalxıb Şəhriyar şahın hüzurunda yeri öpərək ona öz diləyiniaçıqladı:

- Ey zəmanəninşahı, sən əsrlərdə və qərinələrdə bir dənəsən, mən sənin kənizinəm, budur, minbir gecə və on gecədir ki, mən keçmiş adamlar, qədim nəsihətlər və görkəmli sənətxadimi haqqındakı hekayətləri sənə danışdım. Sənin hüzurunda qibleyi-aləmdənbir şey istəməyə mənim ixtiyarım varmı?

Belə olduqda Şəhriyarşah izin verdi:

- Allahdan başqaheç kəsdə qüdrət və qüvvət yoxdur! Ey Şəhrizad, sən məni hökmranlıq arzusundanmərhum elədin, qadınları, qızları öldürdüyümə görə peşimançılıq çəkməyə vadaretdin. Sən məni ruhlandırdın, ürəyimə işıq verdin, bəsirət gözümü açdın. Qəlbimibürümüş zülmət sənin fərəhnak nurun sayəsində dağıldı. And olsun Allaha, məndənnə istəsən verəcəyəm! Məndən diləyin nədi? Nə məramın, arzun var deginən!

Qız cavabındadedi:

- Mənim şahənşahdanistəyim yalnız budur: səni Süleyman peyğəmbərin (Ona salam olsun!) üzüyündə həkkolunmuş Allah-təalanın o böyük adına and verirəm ki, məni öldürməkdən vaz keçəsən.

Bunu eşitdikdəşah dedi:

- Ey Şəhrizad, mənötən bu min on bir gecədə sənin nə qədər pak, nəcib, Allahdan qorxan adamolduğunu gördüm. Xüsusən də son on bir gecədəki musiqi və tar ilə bağlı etdiyinhekayətdə isə nə qədər ağıllı, geniş dünyagörüşlü, məlumatlı və xoşsöhbət birqadın olmağınla, nitq mədəniyyətinlə, danışmaq qabiliyyətinlə, dilavərliyinlə məniheyran etdin. Belə adamlar haqqındakı sənət söhbətlərini sonrakı xalqlar üçünnağıla çevirənə əhsən! Sənin dediklərin qızıl suyu ilə yazılıb xəzinədəsaxlanmalıdır. And olsun Allaha, heyrətamiz kamilliklə Ramiz Qulievin sənətiniobrazlı ifadələr vasitəsilə daha şirin, dərin mənalı və gözəl ifadə etdiyinüçün mən səni bu qüdrətli ifaçıya və onun ürəkdən çaldığı şirin və mehribanmusiqilərə bağışlayıram. Allah sənə, sənin kökünə və qol-budağına xeyir-bərəkətversin.

Bu sözlərieşidib Şəhrizad çox sevindi. Allah-təalaya daha artıq şükür elədi, ona səcdəqılıb (O, böyükdür, şəni də çoxdur!) dedi:

- Allahın tükənməzmərhəmətinə şükürlər olsun!

Sonra Şəhrizadşahın əllərini və ayaqlarını öpüb çox sevinərək Şəhriyara ürəkdən gələn minnətdarlığınıbildirdi:

- Allah səninömrünü uzun eləsin, Allah sənin şövkətini və əzəmətini daha da artırsın.

Şəhrizad bunlarıdeyərkən ulduzlar arasında Aya bənzəyirdi, ya da elə bil qızıl sapa düzülmüşmirvarilər içində tayı-bərabəri olmayan mirvari danəsi idi...

Bundan sonra şahtarzən barədə olan nağılın dəftərxanada əvvəldən-axıracan qızıl suyu ilə səlnaməyəyazılıb həmişəlik dövlət xəzinəsində saxlanılmağı barədə əmr elədi. Qoy ondan sonra gələn şahlaroxuyub görsünlər ki, Azərbaycan ölkəsində necə qüdrətli bir tarzən var və onunsənəti insanlara necə böyük zövq verir.

Şahın əmr elədiyikimi saray üləmaları tarzən Ramiz Quliyev haqqında olan nağılı qızıl suyu iləyazıb onu Şəhriyarın xəzinəsinə - xalqın ən yaxşı adamları barəsində yazılmışhekayətlərin arasına qoydular...

...Üzü səhərədoğru addımlayan bu gecəni vüsal gecəsi kimi ömürdən hesab etmək olmazdı. Bugecə gündüzdən daha çıraqban oldu. Bu çırağın işığını yandıran isə tarzən RamizQuliyevin şirin barmaqlarından süzülən təranələr idi.

Şahın sarayınışadlıq bürümüşdü. Bu şadlıq şəhərə yayılırdı. Səhər açılanda şah əmr elədi ki,car çəkilsin, hamıya xəbər verilsin: küçələr, qala bürcləri başdan-başa bəzədilsin!Bəli, təbillər çalındı, neylər səsləndi, şeypurlar gurladı, bayraqlar yelləndi.Adamlar ən yaxşı libaslarını geyib şəhərə çıxdılar.

Şəhriyar padşahşad və ürəyi xeyirxahlıqla dolu halda bütün vəzirlərinə, əmirlərinə və saray əyanlarınafaxir gözəl libaslar bağışladı, bəsdi deyincə onlara pul verdi. Şah heç kəsipul xərcləməyə qoymayıb xəzinə hesabına Şəhrizadın şərəfinə düz yeddi gün,yeddi gecə elə bir qonaqlıq məclisi təşkil elətdirdi ki, hələ ruzigarın gözüindiyə qədər belə büsat görməmişdi. Bu cür şənliyi bu günəcən nə dil deyib, nədə qulaq eşidib.

Hamı yeyib-içibşənlənirdi. Lütvi-səxavət göstərib ehtiraslı musiqi pərəstişkarı və"kasıb, zəhmətkeş və optimist nəslin" tanınmış kübar nümayəndəsi kimibəndənizə - yəni mənə də bir xüsusi namə yazıb, dua-sənadan sonra həmin ziyafətədəvət eləmişdilər. Yəni sözümün canıbudur ki, mən də orada idim, aş yedim, nə əlim batdı, nə ağzım daddı, nəgözüm doydu. Siz də eləcə yeyin, doyun. Vallah adamlar bu qonaqlıqda elə şadlıqeləyirdilər ki, onu ancaq yaxından görən bilərdi.

Ramiz Quliyevinnağılı camaat arasında da yayıldı. Şəhərin bütün çalğıçıları qonaqlıqda əsrarəngiztarzən haqqında nağılı eşidib lap şura gəldilər. Dəməşq udu, İran arfası, tatartütəyi, Misir kanonu, ərgənun, sənturə... dilləndi nə dilləndi.

Xanəndələr ürəkləçalıb oxudular. Sonra da şah kasıb-kusuba, dilənçilərə sədəqə payladı,dustaqların hamısını azad elədi. Yeddi gün, yeddi gecə dükanlar işlədi, şəhər bəzəkliqaldı, təbil, sinc çalındı...

...Bu fanidünyanın tərkin qılıb aləmi-əqdəsə (axirətə) səfər eyləyənəcən Şəhriyarla Şəhrizadşad-xürrəm yaşadılar. Vaxt çatanda Allah-təala onları lütf, kərəm və əfvdiyarına - cənnətə varid elədi. Qoy gözə görünən və görünməyən səltənətinsahibinə eşq olsun! O, canlıları xəlq eləyib, onlara ömür təyin eləyib.

Əbədi olan Allahdır, çünki o, başlanğıcıolmayan birinci və sonu olmayan axırıncıdır! Ramiz Quliyev hekayətindən bizə gəlibçatan sonuncuı sözlər bunlardı. Əsl həqiqət isə ancaq Allaha əyandır!

Bəli, qardaşımsizsiniz, görkəmli tarzən barədə nağıl burada qurtarır. Sadə söz adamı olaraqsizə Şəhrizadın nağılını ərməğan elədim.

Mən eşidənibudur, ancaq düzünü bircə Allah-təalanın (Şükür onun kərəminə!) özü bilir...

...Xülasə, hekayətimzinbu yerini öz milli nağıllarımızda olduğu təki başa vuracağam. Yəni bizimnağıllarda deyildiyi kimi göydən üç alma düşdü. Biri mənim, biri nağılı ipə-sapadüzənin, bir də özümün. Tapın görüm almalar kimə çatdı.

Əziz oxucular,kimlərəsə alma payının düşməməsindən siz Allah heç rəncidə də qalmayın. Bu məqamdaheç kəsə heç nə verə bilmərəm. Çünki...

Qələmə aldığımbu nağıldan mənə qazanc qalan qonarar da, ənam da, xələt də, bəxşiş də, qiymətlihədiyyə də (Allahın elçisi peyğəmbər salavatullahın özü də (Allah ona rəhmət eləsin!)hədiyyə sevərdi və qəbul eyləyərdi) ancaq və ancaq uşaqlıqdan məni aldadıb"başımı bişirən" bu yalançı almalardır. Və...

Bunu da biləsinizki, bu yalançı almalar bu gün də "başımı bişirə-bişirə" məni elədüzün düzündə qoyublar. Bəlkə də bu ondan irəli gəlib ki, mən həmişə düşünmüşəm:yaxşı işin müqabilində muzd tələb eləmək comərdlikdən uzaq işdir. Nə isə...

Siz də sağ olun,mən də sağ olum. Siz yüz yaşayın, mən iki əlli. Hansı çoxdu siz götürün, hansıazdı mənə qalsın.

Onlar yeyib-içibkefdə, damaqda oldular, siz də yeyin, için, kefdə-damaqda olun. Birlikdə muradhasil eyləyək, xeyirə rəhmət, şərə, mərdimazara lənət deyək. Onlar mətləb-muradlarınaçatdılar, biz də onlardan biri.

Və... sonda sizdəniltimasım budur: Şəhrizaddan yadigar qalan bu nağıIı aşqın-daşqın işiylə mafar(imkan) taparaq yüyürəppə (becid) qələmə alıb tamamlaya bilən və əməli-saleh Allah bəndəsi olan mirzəRafiqin də zəhmətini unutmayın.

P.S. VƏYA...

FİKiRİNBAĞLANIŞI

...RamizQuliyevin sədəfli tarında simlərin, pərdələrin şəkərdən də şirin Qarabağ ləhcəsində"danışan" muğamların, mahnıların və bəstəkar əsərlərinin özü birsirli nağıl, sehrli əfsanə olduğu üçün bilmək istəyirdim ki, onun bu dünyayasözü, qəsdi nədir?

Bu sözləri eşitməküçün isə gərək tarın qəm səsinə təkcə qulağınla qulaq asmayasan, həm də ürəyinləqulaq asasan.

Mən Allah təbarəkvə təalanın lütfü və inayəti ilə tarın qəlbindən axan duyğuları - RamizQuliyevin ürəyinin hərarətli yaşantılarını isə şiru eləyib az da olsa sözə düzəbildim.

Hakəza, cifaydaki, göydən düşən üç almanı düppədüz bölə bilmədim. Nə olar, qoy həmin almalarıda oxucuların özləri bölsünlər.

Bildiklərikimi!..

Aprel, 2019.