adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Aprel 2019 18:14
22771
MƏDƏNİYYƏT

ŞƏHRİZADIN... TARZƏN RAMİZ QULİYEV NAĞILI

OXUNUŞCADAHA ŞİRİN, DAHA MƏNALI "MİN BİR GECƏ”HEKAYƏTLƏRİNİN

ÜSLUBUNASALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA


MİNDOQQUZUNCU GECƏ


düşdükdəDünyazad üzünü bacısına tutub buyurdu:

-Bacı can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılın ardını danış..

Şəhrizadda bacısına cavabında dedi:

-Şahım icazə versə, davam etdirərəm.

Padşah buyurdu:

-Danış.

Qıziltifatla dilləndi:

-Baş üstə, gözm üstə! Şah sağ olsun, mən bu gecə, inşallah, sizə Azərbaycan musiqisində daha çox inkişaf etmiş"Segah" muğamı və onun Ramiz Quliyev tərəfindən bənzərsiz ifaolunması, tarzənin özünün daxili aləmini və təkrarolunmaz, orjinal üslublu ifatərzinin həzin lirizm çalarlı ecazkar incəliklərini gözəl əks etdirməsi barədəbir qədər ətraflı danışacağam.

Ərzedim ki, azəri musiqisində "Segah"ın əsas etibarilə üç növü var:"Zabul - segah", "Xaric segah" və "Mirzə Hüseynsegahı". Bunlardan əlavə "Segah" daha iki variantda da çalınıboxunur. Həmin variantlar bunlardır: "Orta segah" və "Yetimsegah".

Adlarınınmüxtəlif olmasına baxmayaraq, bunların hamısı eyni muğam olub, bəzi xüsusiyyətlərinəgörə bir-birlərindən fərqlənirlər.

Ramizinbütün "Segah"ları poeziyanın az miqdarda ifadə edə bildiyi, muğamınisə əsl ifadəçisi olduğu hiss və həyəcanlar üçün gen-bol yol açır. Burada insanın ən gizli, ən incəduyğuları tarın ecazkar dili ilə əks olunur.

Ramiz kədərin,hicranın, ayrılığın qanına boyanan səsini çalır "Segah"da. Bu səsinhay-harayından az qalır ki, tarın çanağı partlaya. Tarzən heç kəsi təqlid etmədənözünü təqlid eləyir, özünü çalır. Simlər od tutub alışır, onu çalan barmaqlarıqarsalayır (alazlayır).

"Ürək kədərinin"yanıqlı əks-sədası kimi səslənən, insanı lərzəyə salan hüzünlü hisslərlə doluolan "Segah"ın melodiyası, getdikcə qəlbini geniş açaraq kədərin"eyş-işrət" məclisində "əhval-ruhiyyələrin dəyişmə"xarakterini mizrabın sızıltılı qəlbi ilə əks etdirir. "Alovlu qəlbə"malik tardan coşqunluğu, ehtirası və duyğuları hər kəsə aydın və yaxın olan,sevinc və mərhumiyyətlərə cavab verən, çox səmimi, canlı insan səsi eşidilir.

Bu barədə Allahvergisi olan böyük şair Səməd Vurğun (Onun ruhu şad olsun!) gözəl deyib. Şəhrizadavazla şairin bu şerini oxudu:

Yenə"Zabul-segah", yenə o nalə,

Bir qaranlıqçökür qəlbə, xəyala.

Nə qədər yaralıbarmaqları var...

Belədir sevdayadüçar olanlar.

Bəzən də gecələrsəhərə qədər

Dinib-danışdıqcao sarı simlər

Xəyala qərq olurbütün asiman

Böyükyaranmışdır əzəldən insan.

"Segah"Ramizin qəlbində çox şeylərin qaynayıb daşdığı musiqi etirafıdır. Bu etirafda səslərvasitəsilə, mizrabın qəlbi, pərdələrin harayı ilə öz istəyini verirsən, necəki, lirik şair şerləri vasitəsilə öz hisslərini ifadə edir. Burada fərq yalnızondan ibarətdir ki, ürəkdə yuva quran hisslərin minlərlə müxtəlif anını əksetdirən muğam , daha qüdrətli vasitələrə və daha incə dilə malikdir.Bizi özünəcəlb edən və insanın qəlbinə işləyən bu muğam elə dərindir ki, onu unutmaqolmaz.

Bir məsələni dədeyim, məqsədim var. Musiqi nəzəriyyəsinə görə, hər hansı əsər, melodiya yaxudmahnı müxtəlif tonlarda - ucalıqlarda çalınıb oxuna bilər ki, buna da tonallıqdeyilir. Bu qayda ilə muğamların hərəsi müəyyən bir əsər olduğu üçün onların damüxtəlif tonallıqlarda çalınıb oxunması tələb olunur.


"Segah"muğamı da ucalıq etibarı ilə müxtəlif pərdələrdə çalınıb oxunmaqla özününtonallığını yaradıb. Bu muğamı Azərbaycanda beş tonallıqda ifa olunur: kiçikoktavadakı si mayeli "Xaric segah", birinci oktavadakı mi mayeli"Orta segah", birinci oktavadakı lya mayeli "Mirzə Hüseynsegahı", birinci oktavadakı re mayeli "Segah" və birincioktavadakı sol mayeli "Yetim segah". Biləsiniz ki, Yaxın və Orta Şərqölkələrinin heç birində "Segah" muğamının müxtəlif adlarla bu qədərtonallıqda ifa olunmasına təsadüf edilmir.

"Segah"muğamının Azərbaycan xalq musiqisində müxtəlif mayelərlə çalınıb oxunması heç dətəsadüfi deyil. Bu hal "Segah"ın Azərbaycan musiqisində bir səciyyəvimuğam kimi inkişafı nəticəsində özünün məqam-tonallığını yaratmasından irəli gəlir.Lakin bunlardan hər biri quru səs sırası şəklində olan qammalar deyil,"canlı", emosional cəhətdən dolğun olan melodik məqamlar - muğamlar şəklindəmeydana çıxıır.

Ramiz"Segah" muğamında şirin barmaqları ilə insanları həyəcanlandıranhissləri elə bir ustad dolğunluqla əks etdirir, sənətkar onu ilhama gətirənsevginin, məhəbbətin, vüsalın, qəlbini yandırıb göynədən hicranın"portreti"ni elə həqiqi boyalarla verir ki, bunlar sözün əsl mənasındadinləyicini valeh edir.

Bu, nəyaradıcılıq dağının təpəsi, nə də bu dağın yüksək yeridir, bu, onunyaradıcılığının zirvəsi, ən yüksək nöqtəsidir!

"Segah"muğamı Ramizin ən səmimi, ən poetik ifaları sırasındadır. Və bu ifa barədəyazılmış ürək sözlərini oxuduqca bircə anlıq düşünürəm ki, əgər artist qəlbininilham adlandırılan vəziyyəti... fasiləsiz davam etsəydi, bircə gün də yaşamaqmümkün olmazdı. Simlər qopar və tar sınıb xıncım-xıncım olardı!

Danılmaz həqiqətdirki, Ramiz tarda "Segah"ı çox əla çalır. Lakin bu muğam həmişə mənə ürəkçıxıcıbir təsir bağışlayıb. Mənə həmişə elə gəlib və indinin özündə də elə gəlir ki,tarın içində məhəbbət bəlasına giriftar olmuş bir aşiqin ürəyi var, yarınvüsalına qovuşmadığına görə bu ürəkdən daima yanıqlı bir inilti qopur və həminzavallı aşiq onu səs çıxartmağa məcbur edən zalım tarzənin əlindən zara gəlib...

Ramizin sehirlitarında olan hikmət barədə istedadlı şair Rasim Kərimlinin (Onun ruhu şadolsun!) yazdığı şer də çox gözəldir. Şəhrizadavazla bu şeri oxudu:

Sinən gözəlliklərxəzinəsimi,

Bahar nəsimimi əsərtarında?

Günəşmiboylanar, Aymı üfüqdən,

Buludmu səbrimikəsər tarında.

Şaxtamı hardasabağları vurar,

Fitnəmi qeyrətinqəsdinə durar?

Xəzanmı güllərivaxtsız soldurar,

Qönçəmi saralar,küsər tarında?

Arazmı ağlayar,Kürmü çağlayar?

Həsrətmi,hicranmı sinə dağlayar?

Durnamı göylərdəayaq saxlayar,

Sonamı göllərdəüzər tarında?

Qartalmı göylərinbağrını dələr,

Bülbül avazımıbağdan yüksələr?

Maralmı dəstəyləbulağa gələr,

Kəklikmi dağlarıbəzər tarında?

Hünərmi sevinər,vüsalmı gülər,

Zülmətmisovuşar, danmı sökülər.

Göylərdən yerənurmu tökülər,

Ceyranmı"ox kimi süzər" tarında?

Buludmu dağılar,sellərmi daşar,

Bahar təravətmi,ətirmi saçar,

Arzular, diləklərçiçəkmi açar,

Gözəllər incimidüzər tarında?

Koroğlu düşməndənqisasmı alar,

Nüşabə kamalı zəfərmiçalar,

Nizami zəkası şəfəqmisalar,

Füzuli şəkərmi əzərtarında?

"Segah"mı,"Hicaz"mı, "Hisar"mı yanar,

"Qatar"mı,"Şahnaz"mı ərşə dayanar,

"Mahur"mu,"Çahargah"mı, "Şur"mu oyanar,

"Rast"mıtufanlara dözər tarında?

Leylilər, Məcnunlarməhəbbətimi,

Babək qılıncınınəzəmətimi,

Bu ana torpağıntəravətimi,

Yaşayar tarında,gəzər tarında.

Bəs onun ifaetdiyi "Segah"lardan birində - "Xaric segah"da Ramizin müvəffəqiyyətinişərtləndirən başlıca səbəb nədir? Musiqi pərəstişkarı olaraq mənim fikrim belədir:Hamı kimi Ramiz də "Xaric segahı" zildə, qəbul edilmiş pərdədən vəregistrdən başlayır və bir ideyanın - əsasmusiqi fikrinin inkişafını izləyir, bütün diqqətini obrazın səciyyəsinin təcəssümünəyönəldir. Lakin eyni zamanda qabil tarzən ilk mizrabdan "mən"indəkiorjinal oxşarsızlıqları bacarıqla, səliqə ilə, zövqlə nümayiş etdirməyəbaşlayır.

Musiqişünas XanəliQuliyev (Onun ruhu şad olsun!) demişkən, "dərhal hiss edirsən ki, Ramizinqarşısında mürəkkəb, çətin təfsirçilik məqsədi, məsələsi durur. Doğrudan davirtuoz musiqi ifadəliyi formaları və priyomları, onların müxtəlif dramaturjirolu və əhəmiyyəti hələ zil "Xaric segah"da diqqəti cəlb edir.

Tarzən obraztamam hasil olunana qədər muğamın bu hissəsində seçilmiş ştrixlərin dəqiqliyi,bunların müvəffəqiyyətlə qarşılaşdırılması və əlaqələndirilməsi ilə fərqlənəngözəl tematik inkişaf üslubu nümayiş etdirir".

Bu üslub tarınyüksək registrdə necə də tükənməz imkanlara malik oldugunu bir daha aşkaraçıxarır. Burada bir cəhət xüsusi vurğulanmalı və təqdirə hal sayılmalıdır ki,zil "Xaric segah"da Ramiz virtuoz gəzişmələrə deyil, "mənşəyi,özəyi eyni olan melodik parçaların variantlı inkişafına, onları tez-tezbir-birilə qarşılaşdırmağa, beləliklə də intonasiyaların, kiçicik melodikdönüşlərin və bəzəklərin mürəkkəbliyi və zənginliyinə əsaslanan müxtəlifliyingözəl, təbii vəhdətinə güclü meyl göstərir".

Bu müvəffəqiyyətişərtləndirən digər bir cəhət də var, o da bundan ibarətdir ki, Ramizin ifazamanı "bədii fikrin hərtərəfli açılmasına, obrazın parlaqlığına, həqiqiliyinə,geniş miqyasda inkişafına və buinkişafın intensiv dinamikliyinə və məqsəduyğunluğuna çalışmasıdır".

Bunun nəticəsidirki, Ramiz həmin ifada registr təzadlarından, yəni eyni kiçik melodik parçanıgah aşağı, gah da yuxarı registrdə səsləndirmək, bədii fikri yığcam gəzişmələrdəinkişaf etdirərkən cingənə simlərdən fon kimi istifadə etmək sayəsində çoxorjinal, effektli ahəng yaradır.

Onun mizrabının"ürəyindən su içib" qanadlanan səslərin dinləyiciyə bağışladığı təsiriartıran ən qüdrətli amil yüksək bədiilik, incə zövq və əsl ilham məhsulu olançalğıda aydın və səlis ifadə qabiliyyətidirsə, digər məziyyətlərindən biri dətar ifaçılığının ən mürəkkəb və çətin priyomlarına mükəmməl yiyələnməsidir.

Ramizin ifaçılıq məharətinə xas olancəhətlərdən danışarkən mən bu məqamda burada vacib və əhəmiyyətli bir məsələyətoxunaraq, tarda sərbəst çalmağın zəruru şərtlərindən sayılan əllər və barmaqlarməsələsini qüdrətli şahımızın nəzərinə çatdırmağı lazım bilirəm.

Qeyd etdiyim bucəhət çalğı zamanı barmaqların tarın üzərində qayda ilə yerbəyer edilməsilə - yənidüzgün applikatura ilə çox əlaqədardır. Tar çalanın əlləri nisbətən böyük,barmaqları uzun və güclü olmalıdır.

Musiqiprofessoru Əfrasiyab Bədəlbəyli (Onun ruhu şad olsun!) bu barədə belə yazıb:"Tarçı, məsələn, "Orta segah"ı çalarkən birinci barmağını (tardabirinci barmaq şəhadət barmağına, ikinci - orta barmağa deyilir. - R.H.) ağsimin birinci oktavada fa pərdəsi üzərində möhkəm saxlayaraq ikinci barmağısarı simdə re pərdəsinə və nəhayət, üçüncü barmağı sarı simdə mi pərdəsinəbasıb sarı simdə ikinci və üçüncü barmaqlarla sərrast trel (trel, musiqidə bəzəkçisəslərin əldə edilməsi üçün istifadə olunan müxtəlif priyomlardan biridir. -R.H) vurmağı bacarmalıdır.

Tarda "Ortasegah"ın yaxşı ifası üçün bu applikaturaya riayət etmək mühüm şərtdir.Barmaqları qısa və gücsüz olan tarçılar "Orta segah" çalırkən buapplikaturanı dəyişdirməyə (yəni birinci barmağı ağ simdə sol notası, ikincibarmağı sarı simdə mi pərdəsi və üçüncü barmağı fa pərdəsi üzərinə qoymağa) məcburolurlar ki, bu heç də düzgün applikatura sayıla bilməz".

Allah-təala (O,böyükdür, şəni də çoxdur!) Ramizin əllərini elə bil yalnız tar çalmaq üçünyaradıb. Ustadın Şuşadan olan tar müəllimi Məmməd (Onun ruhu şad olsun!) bunuduyub öz üzərinə düşən ilk vəzifəyə - Ramizin əllərinin çalğı zamanı düzgünqurluşunu təmin etməkdən ibarət olan vacib cəhətə xüsusi diqqət yetirib. Müəllimşagirdinin tarı dürüst tutması üçün ona yaxşı və düzgün quruluş verib.

Yeri gəlmişkənbir məsləni də vurğulayım. Çalğı zamanı tarzənin iki əli arasındakı münasibətin- yəni sağ əli ilə sol əli arasındakı müvazinətin də böyük əhəmiyyəti var. Təcrübəgöstərir ki, əlləri "çəp" tarzən öz texnikası üzərində nə qədərçalışırsa çalışsın, onun ifası mütləq qüsurlu olacaq. Çünki ya sağ əl sol əlinbarmaq texnikası ilə "ayaqlaşa" bilməyəcək, ya da sol əl mizrabınayrı-ayrı ştrixləri (musiqi səslərinin çalğı zamanı uzadılıb davam etdirilməsiüçün tətbiq edilən üsullardan biridir. Bu üsul çalğıçının əsas etibarilə sağ əlininəməliyyatı ilə əlaqədardı. - R.H) taraz gəlməyəcəkdir.

Ramizin isə hələ kiçik ikən Ağdamda kəsb etdiyi tar məktəbio qədər dürüst və möhkəm əsaslar üzərində qurulub ki, o mizrab tutan əli ilə nəqədər mürəkkəb ştrixlər işlədirsə işlətsin, sol əllə sağ əl arasındakı həmsazlıqvə son dərəcə dəqiq müvazinət daim sabit,daim pozulmaz qalır.

Hansı muğamı vəya rəngi çalırsa-çalsın, onu dolğun və ifadəli bir şəkildə dinləyiciyəçatdırır. Tutarlı və gözəl mizrabları o qədər samballı və aydın səslənir ki,onun tarın bütün imkanlarından bacarıqla istifadə etdiyinin şahidiolursan. Xanəndəni "oxutmaq",onu ruhlandırıb cuşə gətirmək tarzəndən qüvvətli bir bilək, həm də xüsusi məharəttələb edir.

Bu sənətkarlığınnədən ibarət olduğunu aydınlaşdırmaq üçün bir cəhəti qeyd etməliyəm. Məlum birhəqiqətdir ki, tarzənin xanəndə ilə çalması solo çalğıdan fərqlənir. Elə tarzənlərvar ki, onlar yaxşı solo çalsalar da, xanəndəni oxutdurmaqda çətinlik çəkirlər.

Yaxud əksinə, bəzəngörürsən ki, xanəndəni yaxşı oxuturan bacarıqlı bir tarzən, solo çalarkən dinləyiciniqane etmir. Lakin Ramiz öz yaradıcılığında bu iki cəhəti bacarıqla uzlaşdırmışsənətkardır.

Onun çalğısınıuzun illərdən bəri maraqla dinləyən sənət dostları yaxşı bilirlər ki, o,muğamları gözəl solo ifa etməklə yanaşı, xanəndələri də bacarıqla oxutdurabilir. Məhz elə bütün bunlar da Ramiz Quliyev ifaçılığının ən dəyərli məziyyətlərindənbiridir.

Bu barədə SSRİxalq artisti, Sosialist Əməyi Qəhrəmaı, bəstəkar Fikrət Əmirov (Onun ruhu şadolsun!) belə deyib:

"RamizQuliyevin ifası öz rəngarəngliy bənzərsizliyi parlaq virtuozluğu, lirikduyumluluğu, təsirliliyi və emosionallığı ilə fərqlənir, dinləyicini heyrətə gətirir".

Təkcə xalqmusiqisini deyil, bununla bərabər klassik bəstəkarların yaratdığı müasir musiqiəsərlərini də ifa etmək və hər iki sahədə eyni dərəcədə müvəffəqiyyət qazanmaqaz-az ifaçıya nəsib olan sənət xoşbəxtliyidir. Bunun üçün tarzən çox genişyaradıcılıq diapazonu, hər iki sahəyə dərindən bələd olmaq qabiliyyəti, nəhayət,böyük artist üçün son dərəcə mühüm olan yüksək peşəkarlığı və bacarığı ilə fərqlənməlidir.Dediyim bütün bu keyfiyyətlərin hamısı Ramiz Quliyevin bənzərsiz sənətində cəmlənib.

Şəhrizad bu yerdəsəhərin açıldığını görüb sözünü qurtardı.

(ardı növbətisayımızda)