adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Aprel 2019 15:48
21846
MƏDƏNİYYƏT

ŞƏHRİZADIN... TARZƏN RAMİZ QULİYEV NAĞILI

OXUNUŞCADAHA ŞİRİN, DAHA MƏNALI "MİN BİR GECƏ”HEKAYƏTLƏRİNİN

ÜSLUBUNASALINMIŞ LİRİK SÜJETLƏR ƏSASINDA


MİNYEDDİNCİ GECƏ

gəldikdəDünyazad üzünü bacısına tutub dedi:

-Baci can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılını davam etdir.

Şəhrizadda bacısına cavabında dedi:

-Şahım icazə versə, davam etdirərəm.

Padşah buyurdu:

-Danış.

Qıznağılın ardını danışmağa başladı:

- Baş üstə,gözüm üstə. Şah sağ olsun, insanın həyatında elə günlər, aylar, illər olur ki,ötüb keçirlər, sonralar heç bir zaman bu günləri xatırlamırsan. Elə günlər,aylar, illər də olur ki, xatirdən silinmir. Onlar sənin həyatına daxil olur, nəisə bir cizgisi, bir rəngi ilə xəyalında, beynində həkk olub qalır.

Ramizin də həyatındabelə yaddaqalan günlər çox, lap çox olub. Mən indi onların bir neçəsi barədədanışacağam. Bu qəhrəmanımızın yaradıcılığına daha dərindən bələd olmaq üçün əlbəttəki, çox vacibdir.

Əvvəlcə virtuoztarzənin çalğısına münasibəti ifadə edən çox həyəcanlı və təsirli epizodlardanbirini xüsusi olaraq nəql edəcəyəm. Sonra isə onun yadda qalan günləri haqdasöhbətimi davam etdirəcəyəm.

1976-cı ildəTürkiyədə qastrol zamanı İstanbulun ən böyük konsert salonlarından birindəRamiz görkəmli bəstəkar Cahangir Cahangirovun (Onun ruhu şad olsun!) məşhur"Ana" mahnısını özünəməxsus ustalıqla, təravət və şirinliklə çalandansonra - əslində buna heç çalğı da demək olmazdı, çünki tar sanki dil açıboxuyurdu - qoca, ağbircək bir ana səhnəyə çıxıb tarzənə ürəkdən minnətdarlığınıbildirir və ehtiram əlaməti olaraq onun mizrab tutan barmaqlarını öpmək istəyir.Bundan utanan Ramiz qoymur, əllərini arxasında gizlədərək qadını fikirindənbirtəhər daşındırır və tanımadığı qoca ananını qucaqlayıb ona xitabən söyləyirki, mahnını onun üçün yenidən çalacaq. Qadın heyrətini bildirir. Ramizin busözləri isə tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanır.

Qoca ana Ramizdənmizrabını yadigar istəyir. "İntihar etməyə qərar vermişdim. Düşünürdüm ki,dünyada maraq qalmayıb. Demə, bir insan oğlunun barmağından bu cür sehrlənməkolarmış, yenidən dünyaya bağlanmaq olarmış.Öləndə övladlarına vəsiyyət edəcəyəm ki, məni axirət dünyasına yolasalanda gözlərimə torpaq tökməsinlər, bu möcüzəli mizrabı gözümün üstünəqoysunlar" - deyir.

Bu epizodİstanbulda çıxan "Axşam" qəzetində "Sehirli barmaqlar" adıilə çap olunmuş məqalədə çox təsirli bir dillə təsvir olunub. Bu da bəstəkar qəlbininehtişamı, tarzən ürəyinin böyüklüyü, sənətin möhtəşəmliyi və əzəməti!

İndi isə Ramizinüç ən vüsətli qastrolu barədə yığcam danışım.

1987-ci ilinoktyabrında Səmərqənddə keçirilən III Beynəxalq Musiqi Simpoziumunda məruzə vəməlumatlarla yanaşı xalq musiqisi, bəstəkarların əsərləri də səslənirdi. Amma ərzinhər yerindən buraya gəlmiş dünya şöhrətli alimlərin, bəstəkarların, musiqiçilərindiqqətini daha çox Şərq incəsənətinin incisi olan muğam daha çox cəlb edirdi.

Simpoziumdaifaçılar arasında ən yüksək yerə Ramiz sahib oldu. O, bu beynəlxalq tədbirinbütün iştirakçılarını və tamaşaçıları sözün həqiqi mənasında heyrətləndirdi.Tarzən musiqinin bütün janrlarında - həm solo, muğam ifaçısı kimi, həm muğamüçlüyünün tərkibində və həm də simfonik orkestrin müşayiəti ilə solist kimiçıxış etdi.


Ramiz ilkkonsertdə çox mürəkkəb olan "Orta Mahur"u çaldı. Tarzənin dərinmusiqi yaddaşı, möcüzəli və təsirli barmaqları sayəsində ifa edilən bu ecazkarmuğam hamını sehrlədi.

Muğamın tədqiqiilə məşğul olan alimlər, musiqişünaslar ifa zamanı Ramizin melodiyaya yenixallar əlavə etmək, musiqini daha da məlahətli səsləndirən gəzişmələrdənistifadə etmək üçün müəyyən sərbəstliyə yol verdiyini anlayanda isə son dərəcə təəccübləndilər.

Sonrakı konsertlərdəRamiz kamançaçlan Şəfiqə Eyvazova (Allah ondan razı olsun!) ilə bərabərSadıqcan muğam üçlüyünün tərkibində xanəndə Alim Qasımovu (Allah ondan razıolsun!) müşayiət etdi.

Yeri gəlmişkənbildirim ki, muğam üçlüyünün digər iki üzvünün - kamançaçalının və xanəndəninxüsusi təqdimata ehtiyacları yoxdur. Çünki onlar Azərbaycan milli musiqiifaçılığının görkəmli sənətkarlarıdırlar.

Növbəti dəfəRamiz simfonik orkestrlə birlikdə bəstəkar Ramiz Mirişlinin (Onun ruhu şadolsun!) tar üçün konsertini çaldı. Və... Azərbaycan xalq musiqisinin gözəlliyivə tarzənin yüksək ustalığı hamını elə vəcdə gətirdi ki, tay bu, o sözdəndeyil.

Leninqaradlı(Sankt-Peterburq) sənətşünaslıq doktoru, Ümumittifaq Folklor Musiqi Bürosunun vəYUNESKO yanında Büynəlxalq Milli Musiqi Şurasının üzvü, xalq musiqisinin tədqiqatçısıİzaliy Zemsovski (Onun ruhu şad olsun!) öz heyranlığını belə ifadə etdi:

"Çox şadamki, simpozium sayəsində Ramiz Quliyevinyaradıcılığı ilə tanış ola bildim. Onun çıxışı sensasiya idi və dinləyiciləri,münsiflər heyətini riqqətə gətirdi. Gizlətmirəm, o cümlədən, məni də".

Məşhur almanmusiqişünası, ənənəvi musiqi şurasının və musiqi cəmiyyətinin prezidenti YurgenŞtokman (Onun ruhu şad olsun!) isə fikrini bu cür söylədi:

"MənHumboldt Universitetində (ADR) işləyirəm. Azərbaycan xalqının klassikmuğamlarına yaxından bələdəm. Səmərqənddə ilk dəfə olaraq istedadlı tarzənRamiz Quliyevin ifasında çox mürəkkəb muğamların parlaq, heyranedici çalğısınıeşitdim. Onun ifası barədə yalnız məftunluqla danışa bilərəm. Ümid edirəm ki,tezliklə yenidən Azərbaycana gələ biləcək, orda Ramiz Quliyevlə yaxından tanış olacağam və bu viruozun ifa tərziniöyrənəcəyəm".

Əlcazairlimusiqişünas alim Əl Səid Ciddi (Onun ruhu şad olsun!) öz duyğularını beləaçıqladı:

"İlk dəfədirki, mən bu musiqi alətinə - tara qulaq asıram və qeyd etməliyəm ki, cənab RamizQuliyev qeyri-adi ifaçılıq bacarığına malik sənətkardır. Onun solo ifası mənəxüsusi təsir bağışladı. Tarla simfonik orkestr üçün konsertin ifası olduqcaxoşuma gəldi"

Tanınmış fransızmusiqişünas alim, YUNESKO-nun Ümumdünya folklor musiqi şöbəsinin baş direktoruJan Dürinq (Onun ruhu şad olsun!) isə ürəyindəki xoş sözləri dilinə belə gətirdi:

"FransadaMilli Elmi Mərkəzdə işləyirəm və Strasburq Universitetində dərs deyirəm. İranmusiqisi sahəsində mütəxəssisəm. ona görə də Azərbaycan musiqisini vəmuğamlarını sevirəm. Ramiz Quliyevin ifası mənə xüsusi təsir bağışladı. Onunifası gözəl improvizasiyası, novator xarakteri ilə fərqlənir. Azərbaycan musiqisinin sehri və dərinliyi,Ramiz Quliyevin məharəti Henri, Qlassi, Etel, Raim, Spitzer, Karl SiqnetovRinzer kimi (Allah onların hamısına rəhmət eləsin!) məşhur musiqişünaslarındiqqətini dönə-dönə özlərinə cəlb edib".

Görkəmli türk bəstəkarıAdnan Sayqun (Onun ruhu şad olsun!) isə belə söylədi:

"Həyatımdaçox tar dinləmişəm, amma böylə çalğı, böylə tar dinləmədim. Ramiz bəy tardakıifanı elə bir halə gətirmişdi ki, - buçox çətin işdi. Bədiilik, ustalıq və virtuozluq baxımından onun ifası bənzərsizdir.Bilirəm ki, tarda ən mürəkkəb muğamları çalmaq mümkündür, lakin Ramiz bəyinifasında simfonik orkestrlə konsert eşitdikdə heyran oldum. O, qədim millimusiqi alətinin yeni imkanlarını açıb göstərdi. Belə ustad sənətkarına görə mənAzərbaycan xalqını ürəkdən təbrik edirəm".

Bu cür çoxsaylırəylərdən biri - əlcəzairli musiqişünas alim X.Monser (Onun ruhu şad olsun!)dedikləri də diqqəti cəlb edir:

"Mən bu alətinsəsini ilk dəfə idi ki, dinlədim və onun imkanlarına mat qaldım. Virtuoz RamizQuliyevin ifasında muğamlar çox gözəl idi. Simpoziumda ifa olunan tar iləsimfonik orkestr üçün konsert ilə bir daha sübut etdi ki, Ramiz Quliyevin şəxsindəAzərbaycan xalqı bədii, estetik və virtuozluq keyfiyyətlərini özündə təcəssümetdirən gözəl sənətkara malikdir".

Möcüzələr şəhərindəkisimpoziumun "ayağı" sayalıoldu. Ramiz heç güman etməzdi ki, onun Səmərqənd səfəri sən demə, Amerikaya qədər uzanacaqmış.

Simpozium başaçatan günü YUNESKO-nun Beynəlxalq Musiqi Cəmiyyətinin vitse-prezidenti EdvinqKristiesen (ABŞ) və Jan Dürinq (Onların ruhları şad olsun!) Ramiz QuliyeviAmerika Birləşmiş Ştatlarında keçiriləcək Beynəlxalq festivala dəvət edirlər.

YUNESKO-nun xəttiləSəmərqənd simpozimuna gələn dünya şöhrətli musiqiçilərdən ibarət münsiflər heyətivideolentə köçürdükləri konsertlərə təkrar baxıldıqdan sonra yekdillikləsehirli üçlüyü sənət yarışının qalibi sayırlar. Jan Dürinqin imzası ilə buvirtuoz tiroya Amerika Folklor Musiqisi Cəmiyyətinin 100 illiyinə həsr olunmuşBeynəlxalq festivalında iştirak etmək üçün YUNESKO-nun rəsmi vəsiqəsini verirlər.

Dünyanın mötəbərmusiqi sərraflarının yüksək rəyinə əsasən 1988-ci ildə virtuoz trionun "fəqərəsütunu" Ramiz Quliyev, iki qardaşın bir bacısı kamançaçalan ŞəfiqəEyvazova və bənzərsiz xanəndə Alim Qasımovdan ibarət Sadıqcan muğam üçlüyü -milli musiqinin üç yanar qəlbi, üç oxuyan ürəyi Amerikaya - Beynəlxalq festivala yola düşür.

Görəsən Azərbaycanmusiqisinə amerikalıların münasibəti necədir? Odlar diyarından olan sənətxadimləri bu sualdan bir qədər narahatçılıq hissi keçirsələr də, ancaq onların əlindəiki tutarlı fakt vardı. Birincisi bu idi ki, ötən əsrin 60-cı illərinin əvvəllərindəölməz, əfsanəvi və ecazkar Azərbaycan bəstəkarı Fikrət Əmirovun (Onun ruhu şadolsun!) "Şur" simfonik muğamı Hyu-Yorkun və Bostonun konsertsalonlarında böyük uğur qazanmışdı.

İkincisi,sensasiya xarakterli bir informasiya səfər ərəfəsində onların ümidlərinəqol-qanad vermişdi - ölkənin mərkəzi qəzetlərinin səhifələrindən oxumuşdularki, 1977-ci ildə amerikalılar "Boyacer" kosmik gəmisində yerdənkənarsivilizasiyanın sakinləri üçün milyard il ömrü olan və qızıl suyuna tutulmuşvallar qoymuşlar. O valların birinə qara zurnada çalınan Azərbaycan musiqisiyazılıbmış.

Deməli okeanın otayında Azərbaycan xalqının musiqi yaradıcılığına hörmət vardır və hətta çoxböyükdür. Bu hörməti sənətçilər elə təyyarədən düşən andan hiss ediblər.

Festivalınaçılış günü azərbaycanlı peşəkar artistlərə çox yüksək şərəf nəsib olur. Beləki, YUNESKO-nun qərarına əsasən Sadıqcan muğam üçlüyü ilk çıxışı ilə festivalıntəntənəli açılışını edir. Mübaligəsiz demək olar ki, onların ifası o qədər yüksək təsir bağışlayır və uğurqazanır ki, sonrakı turlarda iştirak etmədən sehirli muğam üçlüyü birbaşa yekunkonsertlərinə buraxılır.

Eyni zamanda Azərbaycandangəlmiş musiqiçilərin ifaçılığına böyük marağın və məhəbbətin nəticəsi olaraqartistləri müxtəlif auditoriyalara, hətta Amerika senatorlarının yığıncaqlarınada konsert verməyə dəvət edirlər.

Ramizin bədii rəhbəriolduğu sehirli muğam üçlüyünün müvəffəqiyyəti o dərəcəyə yüksəlir ki, ölkənin ənməşhur və nüfuzlu mətbuat orqanları - "Nyu-York tayms" və"Nyu-York post" qəzetləri, eyni zamanda "Amerikanın səsi"radiosu öz redaksiyalarında dəfələrlə azərbaycanlı musiqiçilərlə söhbətləraparır, görüşlər keçirir, müsahibələr dərc edirlər.

Bakıdan olanmahir musiqiçilər Amerikaya yola düşəndə bəlkə heç ağıllarına da belə gətirmirdilərki, dünyanın bu nəhəng ölkəsində ifalarını çox yüksək dəyərləndirəcək,festivalda iştirak edən yüzlərlə kollektiv arasında məhz Sadıqcan muğamüçlüyünün çalğısını "möcüzə" adlandıracaq, onları fəxri kürsünün ənyüksək pilləsində xüsusi diplomla təlfif edəcəklər.

Ramizi isəxüsusi diplomla bərabər, həm də daha bir sürpriz gözləyəcəkdi! Bu sürprizfestivaldan sonra baş tutacaqdı: virtuoz sənətkar, Smitson Folklor Proqramlarıİnstitunda iki il tar dərsi deməyə dəvət olunacaqdı!

"Azərbaycandangələn trionun çıxışları yalnız ABŞ dinləyiciləri üçün deyil, həm də festivaldaiştirak edən 42 ölkənin bütün nümayəndələrinin hamısı üçün ali mükafatoldu". - Təntənəli bağlanışdan sonra ABŞ Beynəlxalq folklor musiqisifestivalının baş direktoru Robert Adamsın (Onun ruhu şad olsun!) dediyi bu sözlərisə Sadıqcan muğam üçlüyünün virtuoz ifaçılarının qəlbində böyük fərəh hissidoğururdu. Onlar bunu birbaşa milli musiqiyə, Azərbaycan xalqının dühasına və təxəyyülünə verilən böyük qiymət kimi başadüşürdülər.

1989-cu ilinyazında Ramiz Yaponiyaya - bu gündoğar ölkənin məşhur "Minyon"firmasının aprel-may aylarında təşkil etdiyi "Böyük İpək Yolu"festivalına qastrol səfərinə yola düşür. Hər dörd-altı ildən bir keçirilən bufestival adətən 40 gün çəkir.

Yaponların beləbir sözü var, deyirlər ki, onların ölkəsi Tokiodan (Şərq paytaxtı) başlayır.Ramiz də qastrola Tokiodan başlayır və bütün adalarda davam edir.

Çinin, İranın,Misirin və bir çox şərq ölkələrinin musiqiçiləri ilə bərabər Ramiz solist kimiYaponiyanın 30-dan artıq müxtəlif şəhərində və adalarda bir-birindən maraqlı,geniş və rəngarəng proqramlarla kosertlər verir. Motsartın konsertini,"Karmen" operasından antraktt, Listin "Rapsodiyası"nı,"Yevgeni Onegin" operasından valsı, Azərbaycan bəstəkarlarının mahnıvə konsertlərini, əlbəttə, ilk növbədə bir-birindən gözəl və təsirli muğamlarıyapon dinləyciləri gurultulu alıqşlarla qarşılayır, ölkənin bütün qəzetləriRamizin virtuoz sənətkarlığı barədə tərif dolu rəylər, resenziyalar dərc edirlər.

Tarzənin böyükilhamla və şövqlə çaldığı muğamları dinləyicilər xüsusi heyranlıqla alqışlayır,öz məhəbbətlərini uzun sürüən alqışlarla izhar bildirirlər. Müxtəlif ölkələrintamaşaçıları və dinləyiciləri kimi yaponlar da Şərq klassik musiqisi incilərininbelə yüksək sənətkarlıqla ifasına heç cür biganə qala bilmirlər.

Ramiz"Böyük İpək Yolu" festivalının qalibi kimi qiymətli mükafatla Vətənəqayıdır.

Bəli, qastrollarbir-birini əvəz edir və tarzən Almaniyanın, İraqın, İranın, Misirin, Suriyanın,Afrika respublikalarının, İngiltərənin, Fransanın, Amerika BirləşmişŞtatlarınnın, Pakistanın, Əfqanıstanın, Hindistanın, Banqladeşin,Hollandiyanın, İsveçin, Belçikanın, Almaniya Demokratik və Fedarativrespublikalarının, Türkiyənin, Orta Asiya respublikalarının və dünyanın adını çəkəbilmədiyim ən məşhur şəhərlərində qastrol zamanı həmişə tamaşaçıları yalnıznuğam incilərini misilsiz ustalıqla ifa etməsilə deyil, həm də parlaq konsertproqramları ilə valeh edir.

Şərqin, Qərbin,Avropanın, Latın Amerikası ölkələrinin dinləyiciləri təsəvvürlərinə belə gətirəbilməzdilər ki, milli çalğı aləti olan tarda orkestrin müşayiəti ilə bəstəkarlarınəsərlərini belə parlaq şəkildə ifa etmək olar. Ağlagəlməyən müvəffəqiyyətlər, əcnəbilərinAzərbaycan xalq musiqisinə sonsuz marağı Ramizi heyran edirdi. Dinləyicilər onuayaq üstə xüsusi məftunluqla, səmimiyyətlə və çılğıncasına alqışlayır, tarzəniuzun müddət səhnədən buraxmırdılar.

Qəzetlər Ramizinkonsertləri barədə tərifli rəylər dərc edir, ustad tarzənin virtuoz ifasınıxüsusi olaraq vurqulayır, onu "ŞərqinPaqaninisi" adlandırırdılar.Əfqanıstan qəzetləri isə azərbaycanlı ifaçını yüksək qiymətləndirir,Ramizin barmaqlarını "Şərqin ən şirin barmaqları" kimi dəyərləndirirdilər.

Hər yerdəqazanılan yüksək müvəffəqiyyətlər, Azərbaycan xalq musiqisinə olan dərin maraqRamizi ruhlandırır və sübut edirdi ki, əsl gözəllik, xeyirxahlıq, sülh vəinsanpərvərlik üçün ərzin bütün guşələrində insanların ürəkləri həmişə açıqdı.

Mətləbdən uzaqdüşməyim. İndi sizə Ramizin ifa etdiyi muğamlardan bəhs edim.

Əvvəla bunudeyim ki, Azərbaycan xalq musiqisinin müxtəlif janrları içərisində muğamlar -muğam janrı əsas və görkəmli yerlərdən birini tutur.

Muğamat azərbaycanlılarınzövqünü oxşayan dərin məzmunlu, füsunkar bir musiqidir. Xalq onu çox sevir vəasanlıqla dərk edir: hətta xüsusi musiqi təhsili olmayanlar da muğama müəyyən dərəcədəbələd olur, onu hər hansı bir çalğı alətində, mükəmməl olmasa da, əzbərdənçalır və yaxud da zümzümə edə bilir. Bu, muğamların Azərbaycan xalqına çoxyaxın və doğmadan da doğma olduğunu göstərən faktlardan biridir...

Şəhrizad bu yerdə səhərin açıldığını görüb özsöhbətini yarımçıq qoydu.

(ardı qəzetin

16 aprel tarixlisayında)