adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Fevral 2020 09:12
133801
MÜSAHİBƏ

Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”

Son 200 il ərzində erməni millətçi-şovinistlərininAzərbaycan xalqına qarşı apardığı təmizləmə, soyqırım siyasətinin ən dəhşətli nəticələrindənbiri də Xocalı faciəsidir. Müsahibim, Xocalı şəhər sakini Ceyran Ələkbər qızı Əzizovailə söhbətimizə də bu istiqamətdə başladıq. İlk sözü də bu oldu ki, aradan uzunillər keçməsinə baxmayaraq, dövlət bayramlarında, özəl günlərdə atəşfəşanlıqüçün atılan toplar, fişənglər onu 28 il əvvəlki kimi həyəcanlandırır,sarsıdır:” O an elə bil geriyə dönürəm, uçum-uçum uçalanıram, ürəyim şiddətlədöyünür, çox çətinliklə özümü ələ alıram”. Tanıtım üçün bildirim ki, Ceyranxanım 1964-cü ildə anadan olub. Orta məktəbi doğma kəndində başa vurub. 1989-cuildə qonşusu, Xocalı dəmir yolu tikintisində krançı işləyən Vasif Məmmədovlaailə həyatı qurub. 1990-cı ildə ilk övladı dünyaya gəlib.

28 il geriyə

Bura qədər sakit-sakit danışan həmsöhbətimin gözlərini sanki bir qatı dumanaldı. Bəlkə də, danışdıqca elə o illərə qayıtmışdı.

- Lap 1989-cu illərin sonundanbaşlayaraq ermənilərin hücumlarına tez-tez məruz qalırdıq. Təsərrüfatla, gündəlikişlərilə məşğul olan sadə sakinləri atəşə tutur, yaralayır, öldürürdülər.Otardığı sürüsünü oğurlayıb aparırdılar. Xüsusən ermənilər Noraguhkəndindən Xocalıya tərəf atəşidayandırmırdılar. Ona görə də rayonun kişiləri camaatı müdafiə etmək üçünpostlar qurdular, hər gün axşam saatlarından səhərə qədər həmin postlarda növbətutdular, el-obanı xain basqınlardan qorudular.1991-ci ildə Xocalıda özünümüdafiə taboru yaradıldı. Tabor silah-sursatla təminolunduqdan sonra həyat yoldaşım Vasif Məmmədovvə eyni zamanda əli silah tuta bilən hər kəs həmin taborda ermənilərə qarşıdöyüşə atıldılar. Azərbaycanın Milli Qəhrəmanı, "Mixaylo" kimitanınan mayor Tofiq Hüseynov tabora komandir təyin edildi.Yeri gəlmişkən, Tofiqmənim bibim oğluydu. Onun sayəsində Noraguh və Mehdikənd kəndində yerləşən erməniquldurlarının artilleriyası "Alazan" qurğusu ilə partladıldı, fermadarmadağın edildi. Buəməliyyatdan sonra ona mayor rütbəsi verildi. Mixaylonun sonuncu döyüşüXocalıda 26 fevralda oldu.O,neçə-neçə dinc sakini təhlükəsiz yerə çıxara bildi. Son nəfəsinə, sonuncu gülləsinəqədər vuruşan Tofiq onlarla erməni quldurunu məhv edib, son anda sonuncuqumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni faşistlərinidə partlatdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin..


-Hadisələringərgin zamanında orada təxminən nə qədər əhali vardı, camaat çox idimi, sıx idimi?

-Ermənilər də hər vəchlə çalışırdı ki, Xocalını ələ keçirsin.Cünki Xankəndi ilə Əsgəranarasında yerləşən Xocalı Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlılarınyaşadıqları ikinci böyük yaşayış məntəqəsiydi. Həm 1990 -cı ildə şəhər statusualmışdı, həm də burda əhalinin sayı 7 mini keçmişdi. 1988 -ci ilin sentyabrın18-də Xankəndindən, 1988-ci ilin noyabrında Ermənistandan qovulmuş azərbaycanlılarınəksəriyyəti, 1989 - cu ildə Fərqanədən qovulmuş nə qədər məhsəti türkü vardısa,hamısı burada məskunlaşmqaışdılar. Maraqlıydı ki, o çətin
günlərdə camaat bir-biri ilə o qədər doğmalaşmış, o qədər mehribanlaşmışdı ki,sanki yaxın qohum-əqrabaydılar. Xəstələnən, yaralanan olanda bir-birindən qayğılarınıəsirgəmirdilər.

-Dinc sakinlər kəndi tərk etmək, müharibəzolağından uzaqlaşmaq haqqında düşünürdülərmi?

-Bilirsiniz ki, Dağlıq Qarabağda yeganə təyyarə meydanı da Xocalıda yerləşirdi.Erməni silahlı qüvvələri Xocalını hər tərəfdən mühasirəyə almışdılar, yolları,keçidləri tutmuşdular. Şəhərin quru yolla xarici aləmlə əlaqəsi kəsilmişdi.Elektrik enerjisi yox idi. Əlaqə 1991- ci ilinnoyabrından etibarən ancaq radio-telefonla və mülki vertolyotlarla idi. 1992 -ci ilin yanvarın 28-də ermənilər tərəfindən bizim Mİ-8 markalı mülki vertolyot vuruldu. Vertolyot gözümüzün önündə iki yerə bölündü və yerə düşdü. Vertolyotun içərisindəki insanların qışqırtısıhələ də qulağımdadır. Çox dəhşətli mənzərə idi.40-dan artıq qarabağlı həlak olduqdan sonra Xocalı şəhəri ilə hava əlaqəsi də kəsildi. Xocalınınerməni kəndlərinin əhatəsində olması, yaxınlıqdakı azərbaycanlılar yaşayan kəndlərin(Malıbəyli, Quşçular) əhalisinin kütləvi qətli və kəndlərindən didərginsalınması camaatımızı narahat edirdisə də, heç kim yerindən tərpənmir, müharibəzolağından uzaqlaşmağı düşünmürdülər.



-Bayaq sözarası dediniz ki, siz soyqırımındanbir az əvvəl evinizi tərk edib Ağdama gəlmişdiniz....

- Qazımızı, işığımızı kəsdilər. Qaranlıqda qaldıq. Çörək sexlərinigeneratorlarla işlətmək istədilər, o da alınmadı. İş o yerə çatdı ki, Xocalıyaheç bir yardım gəlmədiyindən şəhərdəki çörək sexləri evlərə qablarda xəmirpaylamağa başladılar ki, acından ölməyək. Xəmiri ocaqda qızardıb qənaətləuşaqlara verirdik. Əli silah tutan kişilər hamısı səngərlərdə idi. Soyuq qışgünlərində səngərdəkilər gündən-günə xəstələnir, azyaşlılar qızdıqmadan yanır.Körpələrin qızdırmasının qarşısını almağa heç bir dərman da yox. Allahın ümidinəqalmışdıq.Fevralın12-sisaat 10-aişləmiş Xocalıda evlər iriçaplı silahlardan atəşə tutuldu. Evlərin divarlarınasöykənib qaldıq ki, güllə dəyməsin. Güllələr yağış kimi yağırdı evin içərisinə.Heç kimin sağ çıxmaq ehtimalı yox idi. Bizimkilərdə silah yox idi. Təqribən 10adamdan birində silah var idi. Elə o ərəfələrdə ikinci övladım dünyaya gəlmişdi.Qeyd edim ki, evimiz Xankəndi-Şuşaşosse yolunun düz üstündəydi. Yaxınlığımızda başqa ev-ailə də yox idi.Vasif də postdan gec-gec gəlirdi və mən 2 körpə ilə o tənha yerdə həyəcankeçirməyə başladım. Xüsusən, ən çox qorxduğum məqam kəşfiyyata gələn ermənilərinəlinə keçmək idi. Böyüklərin məsləhəti ilə faciədən 13 gün əvvəl 13 fevralda mənivə uşaqlarımı vertolyotla Ağdama göndərdilər. Kaş ki, getməyəydim... (ağlayır)


-Həyatyoldaşınızın ölüm xəbərini nə vaxt aldınız?

-Fevralın 14-dən 26-dək AğdamdaXocalı ilə əlaqə saxlamaq üçün xüsusi qərargahyaradılmışdı.Həmin qərargahın qarşısında yatırdıq. Hər an xəbər gözləyirdik, amma heç nədemirdilər. Hər gün Xocalıya poçta zəng vururdum, qonşularımıza zəng vururdumki, həyat yoldaşımdan, hamilə bacımdan, qohumlarımdan xəbər bilim. Fevralın25-də Xocalı polis şöbəsinə zəng vurub həyat yoldaşımı soruşdum, çünkiyoldaşımın ağciyərində problem var idi. Qonşularımızdan biri gəlib telefondadedi ki, həyat yoldaşım postdadır, vəziyyəti yaxşıdır. 26 fevralda isə Ağdam məscidinin qarşısında meyidlərin arasındaVasifi axtarırdım və...Ay Allah!!Mənə doğma-əziz olan insanların başına nələr gətirmişdibu xain ermənilər..Soyulmuş ... dəriləri, kəsilmiş əzaları, yandırılmış cəsədlərigörəndə huşumu itirdim.

-Tanıdıqlarınızdan-yaxınlarınızdan kimləri gördünüz?

-Qadınların ah-naləsi bəlkə də, Allahın yanına gedib çıxırdı. Elə orda eşitdim ki,qohumum Firəngül Kərimovanın əvvəl döşünü, sonra qulaqlarını kəsiblər. Sonragözlərini çıxarıblar, daha sonra da bədənini doğrayıblar. Sinif yoldaşım, milliordunun əsgəri Hidayət Eyvazovun da başını kəsibilər. Cəbrayıl Rəcəbovu əsiralıb əl-ayağını məftillə bağlayıb, sonrada üstünə benzin töküb yandırmışdılar.Həyat yoldaşımın silahdaşları Təvəkgül, Yelmar milli orduda döyüşürdü. Həmingün ermənilər onları da yandırıblar. 1988-ci ildə Göyçə mahalından ermənilər tərəfindəndidərgin salınmış, Xocalıya pənah gətirmiş Narxanım xalanın həyat yoldaşı 45yaşlı Məmməd Məmmədovu, oğlu Söhbəti vəhşicəsinə qətlə yetiriblər. QonşumuzŞuxaddin Abışovanın 3 övladının hər üçünü də- Etibar, Habil, Mobil işgəncələrləöldürmüşdülər. Şuxəddin xala o hadisədənsonra özünü bir otağa həbs etdi və 20 ildən sonra elə o otaqda da öldü. AmmaTelmanla qardaşı Fazilinin işgəncəylə öldürüldüyü, başlarının kəsildiyi deyilsədə, yaxınları indiyə kimi onların meyitini ala bilməyiblər.Camaatın çıxarılmasında xüsusi fəallıq göstərmiş Azərbaycanın Milli QəhrəmanıFüzuli Rüstəmovun nəşini gördüm. İlahi o məscidin həyətində nələrə şahidolduq... O gecə ümumilikdə 68 qohumumu itirdim. Martın 2-də gecə Xocalıdan 86meyit yüklənmiş "Kamaz" gəldi və nəhayət, Vasifin cəsədini tapabildik:qarnıcırılmış, boynu qırılmış vəziyyətdə, qolunda güllə yerləri . Onu Ağdam rayonunun Tərneft kəndində torpağatapşırdıq. 1993-cü ildə orada işğal olundu. Düz 28 ildi əzizlərimin qəbriniziyarət edə bilmirəm. O boyda nəsildən bir qəbir var - Bakıda Şəhidlərxiyabanında Milli Qəhrəman Tofiq Hüseynovun qəbri. Qalan əzizlərimizin meyitlərindənxəbərimiz yoxdur.


-çkünlüyün acıları ilə harda tanış oldunuz?

- Əvvəl Naftalana, sonra Sabribada üz tutduq. Öhdəmdə iki azyaşlıkörpə ilə çox çətin günlərdən, ağır imtahanlardan ecdim. Bunabaxmayaraq, övladlarımın xatirinə mübarizə etmək, ayaqda qalmağa borclu idim. Öncə ali təhsil almaq üçün 1996-cı ildə BakıDövlət Universitetinin qiyabi hüquq fakültəsinə daxil oldum. Ondan iki il sonra Azərbaycan Respublikası Ədliyyənaziri Südabə Həsənovanın tapşırığı ilə Sabirabad rayon Notariat kontorunda məsləhətcivəzifəsinə təyin edildim. Elə orada yerləşən Güdəcühür köçkünlər qəsəbəsindəevlə təmin olundum.Yenə də deyirəm , bütün əzab-əziyyətlərə baxmayaraq Vasifinyadigarlarını böyütməli idim və böyütdüm.



-Bəs, Bakıya hansı səbəbdən gəldiniz?

-Böyük oğlum Bakıda, kiçik oğlum Mingəcevirdə ali məktəbə daxil oldular. Məcburqalıb, mən də Bakıya köçməli oldum. 2007-ci ildə çox axtarıb arayandan sonraSabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı Evtikmə Kombinatına məxsus İstirahətmərkəzindəki təkadamlıq evlərin birində yerləşdik. Elə indiyənə qədər də burdayaşayırıq. Min cür əziyyətəqatlandım bu "domik”də.Ömrümü aldı , məni xəstə saldı bu dar, rütubətli, uçuq-sökük, şəraitsizdaxma... Hər iki oğlumun səhhətində də bu daxmanın izləri var. İndidə nəvələrimo zülümü çəkir.Mən rahat ömür yaşamadım, övladlarımda ...indi də nəvələrim...

-Ürəyinizdə hansısa arzunuz qalıb?


- Bir ana kimi övladlarımdan çox razıyam, onları bütün çətinliklərə rəğmən böyüdülər,ailə sahibi oldular. Amma ən böyük arzum hələ ki, ürəyimdədi. Vasifin və minlərlə şəhidimizinqanı töküldüyü o torpaqları murdar ermənilərin tapdağından xilas olduğu günügörmək nəinki arzumdu, həmdə amalımdı, yaşamaq səbəbimdi. O torpaqlar azad olunan gün şəhidlərimizinqisası alınan gündür. Ailəlikcə ən böyük arzumuz ordumuzun qələbə bayrağınıŞuşada, Laçında , Xocalıda dalğalanması- dır. Məncə, bütün Azərbaycan xalqı ogünü ümidlə gözləyir.

-Ceyran xanım, kolletivimizadından sizin və eyni zamanda xalqımızın Qələbə arzularının tezlikləreallaşmasınıi diləyirik!Müsahibəyə görə də, sağ olun!


Əntiqə Rəşid

.