adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Oktyabr 2019 13:35
30564
MƏMLƏKƏT

ŞƏHİD OLMAQ ÖLMƏK DEYİL, DÜNYA BOYDA ÖLÜMSÜZLÜK...


















Şəhid olmaq-bu torpağıürəyində qucaqlamaq,

Vətən daşın xəzinətəkvarlığıyla ovuclamaq.

Düşmənini yox etməyəgözündə qılınc saxlamaq!

Şəhid olmaq-bir arzuyaçatmaq üçün,

Min arzunun yollarınıaçmaq üçün,

Varlığıyla Vətən olmaq,Vətən demək, Vətən sevmək!

Kim sevəcək bu Vətəni,biz sevməsək?

Kim deyəcək düşmənlərəsözümüzü, biz deməsək?

Şəhid olmaq xəyanətədözümsüzlük,

Şəhid olmaq-mən demədənVətən deyib,

Sinəsini bu torpağa sipəredən bölümsüzlük!

Şəhid olmaq ölməkdeyil,

Dünya boyda ölümsüzlük!

Bəli, ölümsüzlüyə gedənyolun yolçuları heç zaman qəhrəman olmaq arzusunda olmurlar. Onları ölümsüz edənamalları, məqsədləri olur. Belə bir məsəl var, deyir - igid insan təhlükədənqorxmayan yox, təhlükəyə qalib gəlmək istəyən adamdır.

Həyatını, ailəsinidüşünmədən təhlükənin üstünə getmək ancaq əsl Vətən oğluna xas olan cəhət olabilər. Həmin an ancaq bir şey fikirləşir Vətən oğlu - təhlükəni dəf etmək!

Vətən oğlu! - Butorpaqda doğulub boya-başa çatan hər kəs Vətən oğludur. Pisi də, yaxşısı da.Necə deyərlər beş barmağın beşi də bir olmaz.

Dar gündə alçaqlı,ucalı onlar hamısı Vətən üçün birləşir. Düşmənin başını əzmək üçün düyünlənmişyumruğa dönür.

Bir də əsl Vətənoğulları, övladları var. Onlar öz mənliyi, əxlaqı, xarakterləri ilə ayrıcalıq təşkiledirlər.

Kapitan Ceyhun Orucəliyev- indi bu adı çoxları tanıyır. Mən də onu 2014-cü ilin aprel ayından tanıyıram. Ammaonu mən şəhid adıyla tanıdım. Həmin gün - 2014-cü il aprelin 7-də ürəkləri göynədənbir xəbərlə başladı bu tanışlığım.

"Azərbaycanla Ermənistan cəbhəsinin Füzuli istiqamətində minapartlaması nəticəsində Azərbaycan ordusunun zabiti, kapitan Ceyhun Orucəliyev vədaha 2 əsgər şəhid olub." Və elə həmin an da bildim ki, Ceyhun Orucəliyevşəxsiyyətinə, sənətinə dərin hörmət bəslədiyim şair Xanəli Kərimlinin qardaşıoğludur. Təəssüfləndim. Amma təəssüf etsəm də, bu heç nəyi dəyişdirmirdi. Artıqalışmaq istəmədiyimiz bir şeyə alışmışdıq biz. Butorpağın say-seçmə oğulları düşmən tərəfindən seçilərək, öldürülürdü. Gahsnayper gülləsinə tuş gəlir, gah minaya düşür, gah da azğın düşməni qanına qəltanedərək şəhid olurdular.

Bəlkə də onlar şəhidadı qazandıqları üçün mən demədən, Vətən deyib düşmən üstünə, təhlükəyəatıldıqları üçün bizə say-seçmə görünürlər. Qəhrəmanlar, şəhdilər adilikdənyüksəkliyə ucaldıqları üçün əbədi həyat qazanır. Biz Cəfəri də, Zamini dəYusifi də, Mübarizi də, onlarla, yüzlərlə oğullarımızı da belə itirmişik. Yoxitirməmişik. Onların timsalında biz qəhrəman şəhid oğullu Vətənə sahib olmuşuq."Can Vətən əmanəti"-deyənlərin əmanətidir bu torpaq!

1983-cü ilin 31oktyabrında Şahbuz rayonunun Mahmudoba kəndində Pirəli dayının ailəsindədünyaya göz açıb Ceyhun. Uşaqlığı bütün kənd uşaqları kimi Şahbuzun dağlarında,düzlərində keçib. Vətən sevgisini də qocaman dağların ab-havasından alıb. Bəzənqoyun-quzu dalınca qaçdığı, çaylarında, göllərində balıq tutduğu, gül-çiçəktopladığı bu qaraca torpağın şəhid qurbanı olacağını düşünmədən yaşamışdı budağ kəndində. Ceyhunun o zaman elə uşaq çağlarından düşündüyü zabit, hərbçiolmaq istəyi idi. Bu istək onu Cəmşid Naxçıvanski adına liseyin Naxçıvanfilialının kursantı olmağa gətirib çıxardı.

Hərbi liseydə aldığı dərslər,keçdiyi təlimlər Ceyhunun Vətən sevgisini, vətənpərvərlik duyğularını daha da mətinləşdirdi.2001-ci ildə ulu öndər Heydər Əliyevin Naxçıvana növbəti səfəri zamanı gənc,şivərək oğlan olan Ceyhun CəmşidNaxçıvanski adına hərbi liseyin ilk kursantı kimi orada iştirak etdi. Bu günsosial şəbəkələrdə hər kəsin eşitdiyi bu 2 dəqiqəlik çıxışda Ceyhun Orucəliyevmənliyini, xarakterini, vətənpərvərliyini aydın xarakterizə edir. "Biz vətənimizə sadiq olacağıq,yurdumuzu işğaldan azad edəcəyik"- deyən və çıxışını bir şeir parçası iləbitirən Ceyhun yəqin ki, 13 il sonra qəhrəman kimi Azərbaycanın azadlığıuğrunda şəhid olacağını, bir ata-ananın oğulluğundan çıxıb Vətənə oğulolacağını düşünməmişdi. O, bir əsgər, bir zabit, bir hərbçi kimi Vətənqarşısında and içmiş və andına sadiq qalmışdı. 2005-ci ildə Azərbaycan Ali Hərbiməktəbini bitirən Ceyhun Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi xidmətəbaşlamışdır. Hər zaman komandanlığın hörmətini qazanan, layiqli xidmətinə görətəşəkkürlər, təltiflər alan Ceyhun döyüş bölgəsini bir an da olsun tərk etmədi.İnsanın həqiqi gücü biləyində yox ,diləyindədi deyiblər. Özünü Vətən torpağına əmanət edən Ceyhunun budünyada iki övladı -Duyğu və Aylini əmanət qalıb. Atalarının getdiyi yolun qiymətinionlar böyüdükcə anlayacaq. Şəhidliyin hər kəsə nəsib olmadığını yaşa dolduqcabaşa düşəcəklər. Mən inanıram, onlar atalarının adına layiq övlad olacaqlar.

Kapitan Ceyhun Orucəliyev ölümündən sonra AzərbaycanRespublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasındaxüsusi xidmətlərinə, xidməti vəzifəsini və hərbi hissənin qarşısında qoyulmuştapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə "Hərbi xidmətlərə görə"medalı ilə təltif olunub.

Şair Məmməd Tahir ölməzşəhidimizin xatirəsinə "Qanadı yanmış pərvanə" adlı poema həsr edib.Poemanı oxudum və onun son sətirlərini sizinlə bölüşmək istədim:

Xırdalanda bir məzarvar..

Şəhid məzarı...

Sinəsi dağlar körpəsi,

Bir gözü yaşlı yarı..

Durmuşam o məzarınönündə

Sinəmdəki qəmi ürəkoynadır..

Gözümdəki nəmi küləkoynadır...

Hava aydın, günəşli,

Torpağı odlu-atəşli,

Hamı əkində-biçində,

Hamının içində yananbir şam,

Gözlərində inam...

Göyərər səhər, axşam

Bu məzarın üstündə

Vətənin uzanmış qolu...

Bu yol Vətən üçün

Bu yol insanlıq yolu...

Bu yurd o qədər ucadır

Dərdini kimsəyə bildirməz.

Bəzən içində ağlar,

Vətən göz yaşı tökməz..

Vətən içində ağlar,

Vətən döyüşməyə igidistəyir,

Yolunda ölməyə şəhidistəyir.

Şəhid olmasaq sən, mən

Böyüməz torpaq, ucalmazVətən!

Bəli, Vətəni ucaltmaqüçün, Vətəni yaşatmaq üçün yüzlərlə şəhid verdik. Biz bu şəhidlərin qısasınınecə alacağıq? Mümkün olan nədir? Mümkün olan torpaqlarımızın işğaldan azadolunmasıdır. Qəhrəman vətən oğullarının həlak olduğu yerdə onların qürurunu, əzmini,hərbi qüdrətə doğru gedəcək yolunu göstərəcək heykəlləri qoyulmalıdır. Vətəninazadlığı Ceyhun kimi oğulların əvəzidir.

Onlar bu gün də bizimyanımızdadır. Onlar azadlıq mələyi kimi hər zaman başımızın üstündə dayanıblar.Fikirlərimi türk şairi Nihal Atsızın vətənpərvər bir şeiri ilə sona çatdırmaqistərdim.

Qəhrəmanlıq nə yalnız

Bir yüksəliş deməkdir.

Nə də yıldızlar kibi

Parlayıb sönməməkdir.

Sızlarsa da könüllər

Şəhidlərin yasından,

Qoşar addım getməli

Onların arxasından!

Qəhrəmanlıq, içərək

Ani ölüm taşından

Irəliyə atılmaq və

Sonra dönməməkdir.

Ruhun şad olsun,elimizin igid şəhidi!


Təranə Əliyeva,

Naxçıvan