“Şəhərin qış gecələri” tamaşası yenidən göstəriləcək
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının hazırladığı ən yeni tamaşalardan olan "Şəhərin qış gecələri” adlı tamaşa növbəti dəfə martın 31-də teatrsevərlərin ixtiyarına veriləcək.
Mədəniyyət Nazirliyindən verilən məlumata əsasən, xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur.
Səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqü Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə və Ramiq Nəsirov rol alıblar.
Digər Xəbərlər
03 May 2024 21:51
Türkiyənin Qara dənizi “2024-cü ildə ziyarət edilməli ən yaxşı yerlər” siyahısında - FOTOLAR
03 May 2024 17:24"Xoreoqrafiya sənətinin aktual problemləri"nə həsr olunmuş III Beynəlxalq simpozium keçirilib
03 May 2024 16:01“Uğurun Zirvəsi 2” tədbiri keçirilib - FOTOLAR
03 May 2024 11:27İçərişəhərə giriş məhdudlaşdırılacaq
01 May 2024 11:14