adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Aprel 2020 08:54
26011
ŞOU-BİZNES

Şəbnəmdən məsuliyyətsiz addım: Buna görə günahlandırıldı

Son günlər oğluƏlinin və üzünü göstərmədiyi "müəmmalı ər”inin fotolarını tez-tez paylaşmaqla məşğulolan müğənni Şəbnəm Tovuzlu sosial şəbəkədəbu dəfə də Əli ilə birlikdə görüntülərini paylaşıb.


Adalet.az xəbər verir ki, müğənni ötən gün marketdəalış-veriş zamanı çəkdirdiyi videonu instaqram hesabında paylaşıb. Videoda Şəbnəmmaska, əlcək hətta eynəkdən istifadə etdiyi halda, Əliyə heç nə geyindirməyib.Müğənni oğlunun maska və əlcək geyinmədiyini qeyd etsə də, izləyicilərin tənqidatəşinə tutulub. Belə ki, izləyicilər müğənnini hazırkı vəziyyətdə uşaqlamarketə getməsini və özü hərtərəfli qorunsa da, övladını maskasız və əlcəksizçölə çıxartmasını uyğun hal hesab etməyərək onu günahlandırıblar.


Əntiqə Rəşid