adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Noyabr 2017 18:25
31653
ŞOU-BİZNES

Şakira Avropada konsertlərini təxirə saldı - SƏBƏB?

Məşhur kolumbiyalı pop ulduzu Şakira Avropada bir sıra konsertlərini təxirə salıb.

Adalet.az-ınməlumatına görə, buna müğənninin səs tellərini zədələməsi səbəb olub.

Əvvəlcə Şakiranın noyabrın 8-nə Kölndə təyin edilmiş konsertinin təxirə salınması barədə məlumat verilib. Daha sonra müğənninin Paris, Antverpen və Amsterdamdakı konsertlərinin də təxirə salındığı bildirilib.

Şakira özü bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.