Şairə 110 min dollar atdılar - Bakıda
Bakıda şairə qarşı dələduzluq edilib.
Adalet.az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü German Əli oğlu Hüseynov polisə ərizə ilə müraciət edərək bildirib ki, 1965-ci il təvəllüdlü Valeh Vəli oğlu Rüstəmov onu aldadıb iş qurmaq adı ilə 30 min ABŞ dollar pulunu alıb. Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.
G. Hüseynov dələduzluğa məruz qalması faktını təsdiqləyib. O bildirib ki, əslində ona 30 min yox, 110 min dollar ziyan dəyib. G. Hüseynov dələduzluğa məruz qalması ilə bağlı yaxın günlərdə detallı açıqlama verəcəyini bildirib.
Qeyd edək ki, German Hüseynov şair-publisistdir. O, "656№-li qatar”, "Könlüm sevgi zindanı”, "Ruhum Ağdamda qaldı”, "Bu il də tut yemədik”, "Əzizbəyov küçəsi ev 57”, "Sən mənim əbədi məhəbbətimsən” adlı şeir kitablarının müəllifidir.
Digər Xəbərlər
04 May 2024 20:37
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 13:58Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - VİDEO
04 May 2024 10:28Beyləqanda dörd narkotacir ələ keçdi
03 May 2024 16:04Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48