adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Iyul 2018 10:14
87545
ƏDƏBİYYAT

Şair, qayalara, dağlara söykən! - Musa Yaqubun evindən reportaj

Açığı bumənim həm Buynuz kəndinə, həm də Musa Yaqubun evinə ilk səfərim idi. "Ədalət”çilərolaraq şairin ziyarətinə gəldik. Buynuza daxil olduq. Sağı-solu meşəlik olanyolla Musa Yaqubun evinin qarşısına çatdıq. Avtobusdan düşəndə içimdə qəribəbir həyəcan var idi. Düzdür, şairlə Bakıda bir dəfə görüşmüşdüm. Amma onunevində olmamışam axı. Mənim üçün bu dahi şairin ayaq basdığı, yaşadığı,yazıb-yaratdığı evə gəlmək xoşbəxtlik idi.

Qapısı açıqidi evin. Deyəsən, şairin qapısı gəlimli-gedimlidir deyə açıq qalıb. Bəlkə dəşeirlərindən də əlavə elə bu qapının açıqlığı şairi hamımıza sevdirəbilib. Bir-bir içəri daxil olduruq. Həyətdəbizi şairin oğlu Şəhriyar qarşılayır.

Həyət də,ev də şair üçün əsl şeir mənbəyidir. Elə bəlkə də şairin şeirlərindəki təbiət vəinsan əlaqəsi də məhz bu evdən, həyətdən doğulub.

Şəhriyarbəy bizi evə dəvət edir. Aqil Abbas başda olmaqla hamımız arxasınca evə daxiloluruq. Şair bizi görcək yerindən qalxır. Hiss elədim ki, onu yatan halda görməyimiziistəmir. Aqil müəllim şairi salamlayır, üzündən, əlindən öpür.


- Hər həftə şeirlərinizi "Ədalət” qəzetində çapedirik.

MusaYaqub zəif bir səslə "Sənə zəng vurmuşdum, açmadın” deyir.

- Şair, vallah, zəngin mənə gəlib çatmayıb. Bizimevdə bir az şəbəkə zəifdir. Zakir mənə zəng elədi, dedi ki, Musa Yaqub sənə zəngvurub. Sonra mən də sənə nə qədər zəng elədim, açmadın. Bax, indi durub ziyarətinəgəlmişik. Bu gördüyün adamlar hamısı "Ədalət”çilərdir.

Şairqırıq səslə "Sənin gəlişini elə gözləyirdimki, Aqil...” deyir və bir neçə dəfə təkrarlayır.


Aqil müəllimləşairin söhbəti yadıma bir şeyi salır. Məmməd Araz ömrünün sonlarında verdiyitelemüsahibələrin birində Musa Yaqubu ən yaxşı şairlərdən biri kimi təqdim edirvə onu qorumağı, qədrini bilməyi tövsiyə edir. İçimdə əmin oldum ki, MəmmədArazın ruhu şad oldu.

SonraAqil müəllim bizim qızları, Tahirəni, Tünzaləni göstərib deyir:

- Bax, yanına qəşəng qızlar da gətirmişəm. Hamısı səninqulluğundadı.


Hamımızgülüşürük, şair bir az həyəcanlanır, qımışır...pörtür. 80 yaşı haqlayan bir uşaqkimi.

Şairigörmək o qədər böyük sevinc idi ki, bu görüşü hamı əbədiləşdirmək istəyirdi.Hamı Musa Yaqubla şəkil çəkdirməyə can atırdı. Sözlə təbiətin şəklini çəkənşairlə şəkil çəkdirmək, elə təbiətin özü ilə şəkil çəkdirmək kimidi.


Şairinotağında sevinclə kədər bir-birilə qaçdı-tutdu oynayır. Bu qaçdı-tutdudadünyasını dəyişmiş yazıçı Eyvaz Əlləzoğlununnəvəsi Ceyran xalçanın üstündə babasına tərəf iməkləyir. İçimdən bir paxıllıqhissi də keçdi körpəyə qarşı.


İşyoldaşlarımızdan biri şairin önündə dizi üstə oturanda duruxdum. Əlindəkitelefonu, telefonla şəkil çəkməyi görməsəydimelə biləcəkdim ki, namaz qılmağa hazırlaşır. Adındakı müqəddəslik, şeirlərindəkisəmimilik onun ətəyində namaz qılmağa bəs edir.

İsmayıllımənim də ana-ata yurdumdur. Bu yurdun şairləri azdır, amma bircə Musa Yaqub bəsedir ki, hamını əvəz etsin. Açığı onunlaşəhərdəki görüşümüzdə şeir oxumağa çəkinirdim.Amma oxumuşdum. Bəyənmişdi! Bundan gözəl nə ola bilər ki?! İndi Musa Yaqubuntaqətsizliyini görmək necə kədərlidirsə,gözəl şeirləri bir o qədər xoşbəxttalehlidir! Çünki şair Poeziyamızı zənginləşdirə, şeiri insanlarasevdirə bildi.


Çoxmaraqlıdır ki, şairin böyrəyindəki daşları əməliyyatla çıxarılan zamanaralarından göy rənglisi də çıxıbmış. Bu mənə müsahibələrinin birində məlumumolmuşdu. Oxuyanda "bu dünyanın qara daşını bilmirəm, Musa əminin daşlarındanbir-ikisi göyərib” deyib gülümsəmişdim.

Açığışairi belə görmək məni çox kədərləndirdi. Oğuzla, Sübhanla həyətə siqaret çəkməyəçıxdıq. Oradansa qapının ağzına. Sayları 15-20 arası buzovlar keçirdiqarşımızdan. Necəsə oldu, buzovlardan üçü şairin evinin darvazasından içərigirdi. Nə qədər "ho, ho” elədik, dayanmadılar. Sonra birtəhər çıxartdıqbuzovları həyətdən. Sübhana dedim ki, görürsən də, illərdir şeirlərində bu təbiətiəks etdirən şairə təbiətin özü də necə mehribandı. Gülü də, çiçəyi də, arısıda, buzovu da. Elə bil, buzovlar da şairi görməyə can atırdı.

Sonrayenidən içəri daxil olduq. Şəhriyar bəylə söhbətləşməyə başladıq. O, öz dərdinibizə danışırdı.


- Şükür ki, indi bir az yaxşılaşıb. Əlimiziüzmüşdük. Yeni doğulan körpəyə də onun adını verdik. Heyf ki, biz insanların qədriniya xəstə ayağında olanda , ya da öləndən sonra bilirik.

Şəhriyarbəyin üzündə də kədərlə sevinc qaçdı-tutdu oynayırdı. O həm sevinirdi ki,atasının ziyarətinə bu qədər insan gəlib, həm də atasının taqətsizliyinə görə kədərlənirdi.

Onunlasöhbətimizi tamamlayıb yenidən evə daxil olduq. Musa Yaqubun elə bir siması varki, onda ağacların qocalmasını, saçlarında yarpaqların tökülməsini, gözlərindəGünəşin yavaş-yavaş batmağını görmək olur. Və o, aözını açıb bir bənd şeir deyəndəsimasındakı ağac ifadəsi cavanlaşır, yenidən yarpaqlayır.

Biz içərigirəndə Aqil müəllimlə Tahirə şairin qoluna girib onu ayağa qaldırmaq istəyirdilər.Ki, həyətə çıxarsınlar və sağollaşıb gedək. Amma nə qədər etdiksə, şairin gücüçatmadı. Və onların əlini buraxıb özünü divana atdı.


Və dedi:

- Çox təəssüflənirəm.

Bu Musa Yaqubun o böyük şairin qonaqlarını yola sala bilməmək, taqətsizlik təəssüfüidi.