Şair Çingiz Əlioğlu "Qonşunun iti"ni təqdim etdi

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan” klubundaşair Çingiz Əlioğlunun "Qonşununiti" kitabının təqdimatı və imza günü keçirilib. Adalet.az xəbər verir ki, tanınmış qələmadamlarının qatıldığı tədbirdə Belarusun Azərbaycandakı səfiri NikolayPatskeviç də fəxri qonaq qismində iştirak edirdi. Tədbiri giriş sözü ilə açan xalqyazıçısı, AYB-nin sədri Anar Çingiz Əlioğlu yaradıcılığını yüksəkqiymətləndirərək, şairin özünəməxsus üslubunun həmişə oxucular tərəfindənmaraqla qarşılandığını bildirib.
Səfir N. Patskeviç çıxışında qeyd edib ki, Çingiz Əlioğlubu gün Belarusda ən çox çap olunan və sevilən Azərbaycan şairlərindəndir. Ç.Əlioğlu iki ölkə arasında ədəbi-mədəni əlaqələrinin daha da inkişaf etməsinəböyük töhfələr verib: "Bu gün müasir dünyada sülh ən vacib amildir və onun təminatında yaradıcı insanların üzərinəböyük yük düşür. Cünki dünyada sülhü ən yaxşı bərqərar etməyə ədiblərin,ümumilikdə yaradıcı insanların gücü çatır. Onların yazdığı şeirlər, əsərlər,musiqilər insanları sülhə, dostluğa, tolerantlığa səsləyir”.
Dahasonra səfir Belarus prezidenti Aleksandr Lukaşenkonun Ç.Əlioğlununtəltif edilməsi ilə bağlı fərmanını oxuyaraq, şairə orden təqdim edib. Qeydedib ki, Ç.Əlioğlu bu mükafata iki ölkə arasında mədəni və humanitar əlaqələrininkişafına, Belarus mədəniyyətinin və ədəbiyyatının təbliğinə, informasiya vəmətbuat sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəsinəgörə layiq görülüb.
Səfirə, Belarus xalqına və rəhbərliyinə təşəkkürünübildirən Ç. Əlioğlu bu ölkəylə tanışlıq tarixinin 1986-cı ilətəsadüf etdiyini bildirib. O vaxtdan bəri dəfələrlə Minskdə olduğunu, oradakitablarının dərc edildiyini diqqətə çatdıran şair Belarusda daimi əməkdaşlıq etdiyi qələm dostlarınında çox olduğunu deyib.
Qeyd edək ki, Ç. Əlioğlunun "Səni ulduza tapşırdım”adlı kitabı belorusca işıq üzü görüb. Şairin bu günə qədər isə "Nikbinlik”, "Yollar, vağzallar”,"Soraqladı sevgi məni”, "Bürkü”, "Qobustan ritmləri”, "Şeir yaza bilmirəm”, "Çərçivə”adlı kitabları işıq üzü görüb.
"Qonşunun iti” adlı kitabı datədbirdə iştirak edən millət vəkili, filologiya elmləri doktoru Nizami Cəfərov, xalq şairiSabir Rüstəmxanlı, şair-publisist Seyran Səxavət, yazıçı Natiq Rəsulzadə vəbaşqaları çıxış edərək şairin yaradıcılığı yüksək qiymətləndiriblər. Qeydediblər ki, hələlik sonuncu olan bu kitabı da həmişəki kimi orijinallığı,özünəməxsusluğu, ideya zənginliyi ilə diqqət çəkir.
Təqdimat mərasiminin sonunda Ç.Əlioğlu kitablarınıimzalayaraq oxuculara təqdim edib.