adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Iyul 2019 09:55
22881
ƏDƏBİYYAT

Şahnaz ŞAHİN: ÖZÜNDƏN QAÇIŞ

"Bir nəfərqədim Yunan filosofu Falesdən soruşdu:

-Hamıüçün ümumi olan nədir?

-Ümid.

-Bəs ənçətin şey nədir?

Öz-özünüdərk etmək....”

Növbəti essemin adını ağ vərəq üzərinəyazıb kənara çəkilirəm...Eləcə hardan başlayacağımı düşünə-düşünə gecəniyarıdan keçirirəm..Sonra da "ta yox,bu gecədən keçdi..get yat..”deyən daxili səsətərəf dönürəm:

-Düz deyirsən,özündən qaçmağın bir yolu da elə məhz yuxu deyilmi...!?

Yatmaq və xoşuna gəlməyən,səni incidən nə və bəlkə də kim varsa müvəqqətidə olsa unutmaq ..!Tərslikdən belə vaxtlarda yuxu da ərşə çəkilir..Beynimdə aləmbir-birinə dəyib,bütün sistem həmin o qaçışı planlamaqla məşğuldu,amma hara,necə?..Axıonsuz da bütün gedişlər dönüşə hesablanıb,onda əgər elədirsə gərək getməyinə dəyə!....Yadımabir bayatı düşür:

Əzizim su dayandı,

Sal getdi,su dayandı.

Eşq dərdinə su tökdüm,


Alışdı su da yandı...

Bax,bu da özündən qaçmağın eşq forması...

Sabah şənbəgünüdü,yığışıb bir sakit yerə getsəm dünya dağılmaz ki...Təklifim qəbulolunur...

Səhərobaşdan hazırlaşıb respublikamızın cənub istiqamətinə yol başlayırıq.Bəlli məsafədənsonra rahat yola çıxırıq,hərəkət istiqaməti birtərəfli olan bu təzə salınmışasfalt yol birbaş cənub rayonlarına aparır,olduqca rahat və komfortludur,sürət dəsaatda 120 km.Bir anlıq qəlbimdə qürürla"Yaşa,var ol,Azərbaycan..”kəlmələri işıqlanır...Mənzil başına rahatçatırıq,Masallı ərazisində gecələmək üçün yolboyu adama gəl-gəl deyən "Ailəviistirahət mərkəz”lərindən birinin reklam lövhəsinin göztərdiyi tərəfə dönüb meşəniniçinə qədər irəliləyirik.Burda "domik” deyilən taxta evlər tikilmiş vəqonaqların istirahəti üçün şərait yaradılmışdır....Ətrafdan arası kəsilmədənbir "musiqi” eşidilir,susmaq bilmir,lap adamın beyninə işləyən bu səsin sahiblərisən demə cırcıramalar imiş!!Meşəni başına alan xoşbəxt həşaratlar gecə-gündüz bilmədən oxuyurlar!Yadıma"Cırcırama və Qarışqa”nağılı düşür...”Hə,hələ yaydı,kef edin,qışda yemolmayanda gedib Qarışqaya yalvaracaqsız-"deyə ürəyimdə onlarla bir zarafat daedirəm..Yol qırağı yerləşdiyindən keçən maşınların səsi məni özümdən qaçdığımbu yerdə özümə qaytarır,başqa əlac yoxdu,yenə qələm-kağızda gəzirəmdincliyimi..Bu sətirləri də Talış meşələrinin dərinliyində,Talış dağları iləüzbəüz əyləşib yazıram..

...Bəsözündən qaçış nədir,nədən qidalanır,insan hansı hallarda ona ehtiyac duyur?..Həddənartıq psixoloji yüklənmə,müxtəlif növ sinir sarsıntıları,düşdüyü və kritikhesab etdiyi vəziyyətdən çıxış yolunun olmaması fikri,bədbinlik,xəstəlik və buzaman kiməsə yük olma düşüncəsi və s...Adam yaşadığı ərazidən başqa yerə gedəndəbir az qərib olur sanki,onda dostlara ehtiyacı daha da artır..Bayaqdan buzonada olduğumu bilən yerli tanış,doğma insanlar axtarır bizi..Fikrimdən ƏliTudənin

"Dost əllərdən yapışmasa neylər əlimiz...”misrasıkeçir..İnsan həyatında elə anlar olur ki,sanki əli-qolu bağlı,üçürüm qarşısındatək qalmış kimi hiss edir özünü.Bu zaman öz özü ilə,səhvləri,günahları ilə üzbəüzqalır həm də..Darıxır,sıxılır,vəziyyətdən çıxış yolları arayır..bu zamanyaranır özündən uzaqlaşmaq,qaçmaq istəyi..Olub olacaqları qəbullanmaq üçüninsanın yaş faktoru,yaşam tərzi,içindəki azadlıq duyğusu,keçdiyi həyat yolu vəqazandığı təcribə yetəri qədər əhəmiyyətlidir.İnsan içində bu və ya digər səbəbdənyaranan boşluqdan can qurtarmaq üçün qaçmağa qərarlıdır və elə qaçır da!İnsanbu zaman qorxur,özünü itirməkdən qorxur...Amma kim ki,özüdür,onlar qorxmur..Qaçır,kimimusiqi dinləməyi,kimi səfərə çıxmağı,kimi də heç vaxt qapısını açmadığıdost-tanışını seçir.İnsan nə qədər yetkin və təcrübəlidirsə aldığı yaralarınağrıları nisbətən az olur,vay o günə ki,gənc və təcrübəsiz ola,onda yaralardaha dərin,ağrıları isə dözülməz olur.. Bir filosof əminliklə söyləyir ki,sizyaralarınızdan qorxmayın,Gün işığı məhz həmin yaralardan süzülür ruhunuza...Məncədə!..

Hər yarpaq bir can kirəsi,

Axdı,qurudu şirəsi.

Fırlanır bu Yer kürəsi

Bir payızın başına!..(Ş.Ş)

....Masallıdan Yardımlıya yetənədək yolun sağ vəsolu ailəvi istirahət mərkəzlərinin müxtəlif səviyyəli reklamları ilə süslənib,axtardığım"Yanardağ” istirahət və müalicə mərkəzinin reklam lövhəsi isə solğun və köhnə olduğundan yanından bir neçə dəfə obaş bu başa keçib getsək də görməmişdik...Nəhayət tapdıq.(Amma bu ara çaşıbmühafizə kəməri bağlamadığımızdan yol polisinin də nəzərindən qaçmadıq...)

Bu əsil möcüzədir!Kənarları daşla hörülmüş,mənbəyiniisə dağların ta başından alan bulaq 70-80 dərəcədə yerin təkindən qaynayaraq çıxır,artığıda axaraq yan tərəfdən gedən çaya tökülür.Burdaca tikilib əhalinin istifadəsinəverilmiş ”İstisu” müalicəvi mərkəzinin işçisi yaxınlaşıb əlavə məlumatlarverir.Suyu min dərdə əlac olan bulaq suyunun tərkibi alimlər tərəfindən öyrənilmiş,birçox kimyəvi elementlərlə,o cümlədən kükürdlə zəngindir,bunu daşların üstündəkiçöküntü və onun xüsusi iyi də təsdiq edir.Eyni zamanda suya qaz daqarışdığından od vuranda yanır. Elə bulağın adı da burdan alınıb.Mərkəzdə dəri,sümük-oynaq-əzələ,sonsuzluqvə s xəstəliklər uğurla müalicə olunur!

Axşamüstü isə yolumuzü Yardımlı ərazisindəki "Təkdamşəlaləsi”ndən salırıq.Təbii bulaq suyu dağların arasından süzülərək burda böyükvə kiçik deyilən iki şəlalə əmələ gətirir.Suyu da ki,tərtəmiz,buz kimi sərin..Deyəsənözündən qaçmağıma dəyərmiş..Bu zaman Oşo yadıma düşür:

-"Əgər Himalay dağlarına gedib tənhaqalırsınızsa,bir musiqi notu kimisiniz,əgər böyük dünyada yaşayıb kiməsəbağlısınızsa ,onda da musiqinin bir notu kimisiniz.

Əgər sizdünyada və ondan kənardasınızsa və əgər siz Himalayı ürəyinizdə daşıyırsınızsasiz not yox,harmoniyasınız...

Həyatdaha mürəkkəb olanda daha yüksək harmoniya yaranır!..”

Bəli,mən artıq harmoniya olmağa yaxın yerdəyəm!..Axşamnaharını da elə burdaca edib geri-bir gecəlik evciyimizə dönürük...Səhər yeniyol başlayacağam,ta üzü İranla sərhəddə dəyənədək bu yerləri gəzmək keçirkönlümdən...

...P.s Özündən qaçmağın ən təhlükəli isə yoluintihardı..Demişdim axı,bütün yolların dönüşü var,elə intiharın da..Amma birbaşqa şəkildə!...

Elə yol seçək ki,özümüzə qayıtmağa yolumuzqalsın...özü də sağ-salamat,arınmış,yetkin və güclü qayıtmağa ..!

İstəsən neçə səbəb

Tapılar ayrılığa.

Hər an açıla bilər

Qapılar ayrılığa.

Bax.mən elə bu səhər

Ayrılıqdan gəlmişəm.

Bəlkə elə sən özün

Ayrılıqdan ölmüsən...

Sözün ən şirini də

Acısı da ayrılıq.

Yolların uzaqğı da

Yaxını daayrılıq.

Tutar gur yağış kimi

Ömrümüzü bir anda.

Çirpilar qırma-qırma

Üzümüzə dumanda.

Yığışıb köç edərik

Bir həzin ayrılığa..

Bir üzüm sevgiyədi,

Bir üzüm ayrılığa!...(Ş.Ş)

İyul,2019


18 iyul2019 "Ədalət”