adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Fevral 2017 17:53
11207
ELM VƏ TƏHSİL

Şagirdlərin dostu olmaq zərurəti

Bakıdayerləşən 30-ya yaxın orta ümumtəhsil məktəblərində müşavirlərtəyin olundu. ASAN xidmətləTəhsil Nazirliyinin birgə həyata keçirdiyi"Məktəb müşavirləri xidmətilayihəsi Azərbaycan dövlət təshil sistemində ilksayılsa da buna oxşar təcrübə ümumtəhsil bazasında əvvəllər də tədbiq olunub. Uzunillər geniş abituriyent kütləsi toplamış Araz kurslarında hazırlaşanlarbilir ki, sözü gedən kurslarda "Abi”lər çalışırdılar. Məhz onlar abituriyentlərin dostu vəsifəsini daşıyırdılar. Valideyn–şagird-müəllim münasibətlərini nəzaratdə saxlayırlar.Asan xidmətin "şagirdlərin dostulayihəsi bu cəhətdən düzgün hesab oluna bilər ki, sözü gedən layihədə yaş məhdudiyyəti21-30 aralığındadır. Bu isə yeiyetmə və uşaqlar üçün"Abi”lik və yaxud "Abla” olmaq üçün kifayət edir. Bəzi tənqidi yazılarda müşavirlə şagirdləri kölgə kimi pusanlar adlandırılsalar daheç də belə bir halın şahidiolmuruq. Təhsilocaqlarında şagirdlərin dostu sayılan müşavirlərin fəaliyyəti təhsil sistemindəşəffaflığı və münasibətləri normallaşdırmaqistiqamətində mühüm addım hesab olunur. 

Ekspertlər də hesab edir ki, bu pilotlayihə həyata keçirildiyi ərəfədə Şagirdlərin psixoloji problemlərini, müəllim-şagirdmünasibətlərini üzə çıxarmaq üçün səmərəliaddımdır.

Keçmiştəhsil sistemində tez tez dərslərdə Nazirliyinintapşırığı ilə yoxlamaların gəldiyini və dərsin gedişatını müşahidə etmək üçünnümayəndələrin iştirak etdiyini xatırlayırıq. Sözügedən yoxlamaların da zamanla şəffaflığını itirtməsi təhsildə moderizasiya edilmənin vacibliyinigöstərdi. Məhz müasir dövrün innovativ tələblərini təmsil edə ASAN xidmətbununla kullikulum sisteminin hərtərəfli baxışını həyata keçirir.

Lakinlayihənin icrası bəzi suallar yaradır.Müşavirin fəaliyyəti digər vəzifələrdə - psixoloq, tibb bacısı, direktormüavini və sairdə kadr ixtisarı yaratmayacaq ki? Yaranmış "müşavirlik" sistemi Azərbaycantəhsilinə nə verəcək? Müşavir direktoru və ya onun müavinlərini əvəz edəcək vəzifəola bilərmi?

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, bir tərəfdən rasionallaşdırma vəoptimallaşdırma adı ilə təhsil sahəsində yerli-yersiz ixtisarlar edilir, digərtərəfdən əlavə ştatlar yaradılır: "Bunu necə başa düşmək olar? Əgər müşavirin əsasvəzifəsi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi vəpsixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyəmüəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərinaparılması olacaqsa, onda məktəbin direktoru, onun müavinləri, məktəbinpsixoloqu, həkimi, uşaq birliyinin rəhbəri, ən nəhayət sinif rəhbərləri,valideyn komitəsi nə ilə məşğuldurlar?” deyə sual edən təhsil ekspertininfikrincə, sadalanan bu inzibati heyətin subyektləri öz funksional vəzifəborclarını lazımi səviyyədə yerinə yetirmirlərsə, artıq bu məsələnin başqa tərəfidir.

Ekspertbildirdi ki, "Məktəblinin dostu”beynəlxalq təcrübədənqaynaqlanır və bunun gələcəkdə nə kimi effekt verə biləcəyi hələ ki, sualaltındadır: "Bu kimi xidmətlərə zərurət yaranması isə hesab edirəm ki, məktəbdənkənarvə sinifdənxaric işlər kimi mühüm komponenti arxa plana keçirib,bütün diqqətimizi dərsə, orta məktəbdə ali məktəbə yüksək bal toplamaq yarışınayönəltməyimizdir. Halbuki ümumtəhsil məktəbinin vəzifəsi şəxsiyyətyönümlü vətəndaşhazırlamaqdan ibarətdir. Belə çıxır ki, məktəblərimiz bu qədər çoxsaylıpersonalla öz vəzifələrinin öhdəsindən gələ bilmir və onların əlavə dəstəklazımdır. Hər halda yaranan yeni xidmətin vahid Nizamnaməsi ilə yaxından tanışolduqdan sonra daha konkret nəsə demək olar”.

Təshil üzrə Ekspert Kamran Əsədov isə düşünür ki, müşavirliksistemi Azərbaycan təhsilinə yeni nəfəs gətirəcək: "Bu sistem şagirdin məktəbdənkənarda vaxtını asudə keçirmək üçün köməklik edəcək. Şagirdlərlə mütəmadi işqurulacaq.Hesab edirəm ki, TəhsilNazirliyinin bu sistemi Azərbaycan təhsilinə yeni nəfəs gətirəcək. Əgər təhsilnaziri hansısa məktəbdə direktoru dəyişə bilmirsə, dolayısı ilə müşavir yolu iləbuna münasibət bildirirsə, şagirdlər arasında neqativ halların aradanqalxmasına, məktəb - müəllim, məktəb - şagird münasibətləri dəyişəcək. Məktəb 3kompanentdən ibarətdir. Müəllim, şagird və valideyn. Təəssüf ki, bu gün Azərbaycanməktəblərində bu kompanentlər bir-birindən aralıdır. Yəni valideynlərin çoxuuşaqla maraqlanmır. Çox vaxt müəllimlər valideynlərlə işləməyi bacarmır. Hesabedirəm ki, yeni yaranmış müşavirlik sistemi bu 3 kompanenti birləşdirəcək. Əgərbu sahəyə də əlavə məmurların təsir qüvvəsi olmasa, bu sistem yaxşı işləyəcək".


Mövzu ilə bağlı fikirlərini bildirən təhsilüzrə ekspert Məlahət Mürşüdlü də bildirib ki, sözügedənlayihədən müsbət nəticələr əldə oluna bilər: "Məsələ burasındadır ki, indiyədəkbu işi təhsil şöbələrində müfəttişlər və məktəb metodistlərinin həyata keçirməsinəzərdə tutulurdu.Buradaən mühüm məqam müşavirlərin həm də psixoloq vəzifəsinin yerinə yetirməsidir.Amma burada bir məqam var ki, indiyədək məktəblərdə psixoloq ştatını tutanlarpeşəkar olmayıblar. Onlar çox zaman məktəb direktorunun katibəsi funksiyasınıyerinə yetirirlər. Məktəblərdə psixoloq məsələsi problem olaraq qalır. Məktəblərinçoxu psixolji xidmətlə təmin edilməyib. Onların fəaliyyəti tamam nəzarətdən kənardadır.Bu gün artan "məktəbli intiharları"nın fonunda bu problem dahaqabarıq görünür. Ümid etmək olar ki, layihənin həyata keçirilməsi bu sahədə dəirəliləyiş yaradacaq və şagird-valideyn- müəllim münasibətlərini daha dayaxşılaşdıracaq”.

Eyni zamanda qeyd edim ki, ali təhsil ocaqlarındada oxşar təcrübə mövcuddur. Hər nə qədər vəzifələrinin lazımınca yerinə yetirməsələrdə ali məktəblərdə çalışan tyutor ekipajı tələbələrin dostu rolunu oynayırlar.Təhsil sistemində təcrübədən danışarkən şagirdlərin, abituriyentlərin yaxud tələbələrin dostları ən əsası onlardan yaşca böyük olmalıdırlar. Məhztyutorların bu sahədə uğur qazana bilmələridə gənc kadrların ekipajda yeralmasıdır.

Rüfət Soltan