adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 May 2016 12:42
17907
MƏMLƏKƏT

Şadlinskilər və Şəddadilər kimlərdir?!

Azərbaycanın Gəncə, Goranboy, Qarabağ və Qərbi AzərbaycanınVedi, Divin bölgələrində yaşayan Şadılılar (Şadlinskilər və Şəddadilər) kimlərdir?!

Tarixiqaynaqlardan məlumdur ki, Azərbaycan ərazisində bir çox tayfalar, qəbilələr,eləcədə bir çox dinlərin və millətlərin nümayəndələri yaşayıblar.

935-ciildə Şadılılar Araz və Kür çayları arasında, antik dövrdə "Antopatan”adlanancoğrafi bölgənin quzeyində yerləşən və daha sonra "Aran” adlanan bölgədə,951-1064-cü illərdə hökmüdar olmaqla, 1174-cü ilə qədər bir dövlət – "Şəddadilər”dövləti yaratdılar. Bu dövrdə Şaddadilərin ağsaqqalı Şadı bəyin oğlu Məhəmməd Divinxalqının dəstəyi ilə bölgəni ələ keçirib 951-ci ildə müstəqillik elan etdi.

(Vəli Saltik – "Şadilər və Köçkiriler”,2011-ci ilAnkara)


1174-cüildə gürcülər Qafqazda yaşayan xaçpərəstlərlə birləşərək Şəddadiləri məğlubetdilər. Bu zaman Şadılıların əksəriyyəti Gəncə və Qarabağ bölgələrindən qonşudövlətlərə – Türkiyənin Bingöl-Kığı, Tunceli-Mazagirt, Kars, Şanlıurfa,Kahraman-Maraş və Azərbaycanın Xorasan bölgələrinə, Qara dəniz sahillərinə köçetdilər, sonralar 1198-ci illərdə Qərbi Azərbaycanın Vedi, Divin bölgələrindəyaşayan Şadılıların əksəriyyəti İraq və Suriya bölgələrinədə köç etdilər. Vantarixi yazarına görə Şadılılar əslən türk olub 4 qardaşdan törəyiblər:

1. Cəlaladlı qardaşdan törəyən Cəlalilər – Van və Bəyazitdə yerləşiblər;

2.Heydər adlı qardaşdan törəyənlər– Tunceli, Kığı Ağrı tərəfdə yerləşiblər;

3. Miladlı qardaşdan törəyənlər – Millilər adı altında müxtəlif bölgələrdə yerləşiblər;

4.Şadi adlı qardaşdan – Şadılılar əmələ gəlib. Şadılılar müxtəlif bölgələrdə yaşayırdılar. Beləliklə, Şəddadilərdövləti iflasa uğrayandansonra dünyanın bir çox bölgələrinə dağılıblar.

Birçox tayfalar və millətlər əslən türk olan Şadılıların kürd və başqa tayfalardanolduqlarını sübut etməyə çalışırlar. Ancaq tarixi faktlar göstərir ki, Şadılılarınbaşçısı Şadi bəyin tərəfdarları eləcə də, onun davamçılarından olanFidulin və digərləri,türklərlə birlikdə başqa dövlətlərlə vuruşmuşlar, hətta Şəddadi dövlətinin çətinvaxtlarında türklərin onların köməyinə gəldikləri tarixçilər tərəfindənyazılır.

Ancaqbəzi insanlar Səlahəddin Eyubinin kürd olduğunu deyirlər və bunun da guya onun özünündilindən yazıldığını qeyd edirlər. Əslində isə tarixdən və bizim nəslimizin əcdadlarındanməlumdur ki, Qərbi Azərbaycanın Divin, Vedi bölgələrində o dövrdə yaşayan Şadılılarməhz Gəncədə Mərkəz olmaqla Şəddadilər dövlətini yaradan Şadılılar olmuşlar.1130-cu ildə Səlahəddin Eyubinin babası Şadı oğlu Eyub tayfası ilə birlikdəqırğından xilas olmaq üçün Divin şəhərini tərk edərək İraqa gediblər. O tayfaBağdadda Bəhruzun qulluğuna qatılıblar. Onlara Turqut qalasını qorumaq həvaləolunub (V.Minorski, səh. 131).

1198-ciildə Şadi bəyi Şahin Şah gürcülərlə müharibədə uduzur və Şəddadilər dövlətitamamilə çökür. Bu tarixdən sonra Ani gürcü kraliçası Tamaranın tabeliyinəkeçir və Şadılıların bir hissəsi Xorasana köçür.

ŞadılılarGəncədən də Xorasana köçməyə məcbur oldular. O vaxtlar Şah İsmayıldan sonra Səfəvilərtaxtına sıra ilə:

1) ŞahTəhmasib (1524-1576);

2)ŞahMəhəmməd (1576-1587);

3) ŞahAbbas (1587-1628)padşahlıq ediblər.

ŞahAbbasın dövründə o ölkəni qorumaq üçün Azərbaycandan qaçmış Şadılıları və kürdlərisilahlandırıb sərhədə yerləşdirirdilər. Onların əksəriyyətini məcbur edirdilərki, şiyəliyi qəbul etsinlər. Burada yerləşdirilən qaçqınlar bir-birinin dilinivə adət ənənələrini qəbul edirdilər.

Budövrdə Gəncədən gəlmiş Şadılıların əksəriyyəti Xorasan əyalətinin Dağan vilayətininYusifcanlıobasında anadan olmuş Şadılı elinin ağsaqqalı – İbrahim xan, Şadılı elinin elbəyivə şah Abbasınsərkərdəsi olmuşdur. Sonralar İbrahim xanın oğlu Cəfərqulu bəyŞadılıya Şah Abbas tərəfindən xan rütbəsiverilib. Daha sonralar isəCəfərqulu xan Şadılı Şadılı elinin elbəyi və Nadirşahin sərkərdəsi təyin edilib.

(ƏnvərÇingiz, "Şadlı eli” 1 (33.2010, səh.51))

Cəfərquluxan Şadılının Nəcəfəli xan Şadılı adlı oğlu olub.

SonradanSəfəvilər dövləti müharibələri uduzduğuna görə yenədə köçkünlər XorasandanTürkiyəyə və Qərbi Azərbaycanın Vedibasarbölgəsinə, bəziləri isə Gəncəyə, onun yaxınlığındakı Goranboy bölgəsinəvə Bərdə bölgəsinə köç ediblər. Maraqlı hal orasıdır ki, Şadılılar istər Xorasanbölgəsində, istər Türkiyədə və ya Suriyada yaşadıqları yerlərə və kəndlərə Şadılıadı vermişlər.

Sonradanbu adlar bir az təhrif olunsada "Şidli”, "Şadılı”, "Şatırlı”, "Şəddadi”adlarını saxlamışlar. 1400-cü illərin axırı 1500-cü illərin əvvəli və yaaxırlarında Vedibasar bölgəsinə qayıdan Şadılıların haqqında mən "Şadlinskilər”,(Şəddadilər və Şadılılar) kitabında ətraflı yazmışam. Vedibasara qayıdanŞadılılarınbəziləri xan, bəzilərisultan və sonradan bəy tituluna layiq görülüblər.Mən Vedibasar Şadılılarının səcərəsini qısa da olsa oxuculara çatdırmaq istəyirəm 

Səcərə 2

1500-cüilin axırında Cəfərqulu xanın övladları Xocasandan Qərbi Azərbaycanın VediMahalına köç edirlər. Nəcəfəli xanın oğlu Cəfərqulu xanın nəvəsinin BinnətalıSultan adlı oğlu yenidən Vedi Mahalında Şadılıları bir araya toplayıb. OnunAslan Sultan və Fətixan adlı iki oğlu dünyaya gəlib.

Səcərə 3


Buoğlanlar böyüyərək Vedi Mahalında hörmət sahibi olublar. Böyük oğul – AslanSultan Vedi çuxuruna rəis olub. Fətixan isə Vedibasar bölgəsində su təsərrüfatıməsələlərinə sahib çıxıb. Sonralar "Gülüstan” və "Türkmənçay” müqavilələrininiştirakçısı olan Aslan Sultan Şadılı böyük nüfuz sahibi olub və 1808-ci ildərus canişini Paskeviçlə görüşüb. Və o dövrdə o, İmperator qoşunlarının bu bölgədəyaşayan türkləri qırmasına yol verməyib. Bir müddətdən sonra Aslan SultanŞadılını Vedi Mahalına yenidən rəis təyin ediblər. Beləliklə, rus işğalıdövründə bizim Şadılı nəslinin soyadını Şadlinskilərə dəyişiblər. Ona görə də mənVedibasar elində yaşayan Şadlinskilər səcərəsini qısaca da olsa oxuculara təqdimedirəm .

Səcərə 4

Sovethakimiyyəti qurulduqdan sonra ermənilər Mikoyanın, Tovmosyanın, Myasnikyanın vəBaqramyanın təsirləri altında, bilavasitə onların havadarlıqları və iştiraklarıilə yenidən Qərbi Azərbaycanda yaşayan azərbaycanlıları mərhələ-mərhələ özdoğma ata-baba yurdlarından didərgin salmağa başladılar. Bu sürgünlər 1917-1920,1931-1944 və 1948-1951-ci illərdə ermənilər və Lenin-Stalin-Mikoyan rejimivasitəsilə həyata keçirildi. Nəhayət, 1988-1990-ci illərdə Moskvada SSRİ-nin rəhbəriMixail Qorbaçovun əlaltı köməkçiləri olan Şahnazaryan və Aqanbekyanın, eləcə dədigər erməni diktatorlarının təsirləri altında bilavasitə Qarbaçovun başçılığıilə 200 mindən artıq azərbaycanlınişgəncələrə uğradaraqQərbi Azərbaycandan qovdular,Ermənistanda tam etnik "təmizləmə”apardılar. Onlardan çox hissəsi Bakı-Şirvan-Muğanbölgəsinə,bir hissəsi isə Amur vilayətinə köç etdilər. Şadlinskilərin böyük əksəriyyəti1948-ci ildə, qalan hissəsi isə 1988-ci ildə ata-baba yurdlarından didərgin düşərək,indiki müstəqil Azərbaycanın bütün bölgələrinə və Rusiyanın şimal hissəsinədağıldılar. Statistik məlumatlara görə, bizim nəsildən olan 10 mindən çox ailəAzərbaycanda dağınıq şəkildə müxtəlif rayonlarda yaşayırlar. Mən əminəm ki,vaxt gələcək biz yenidən Dövlət başçımız İlham Əliyevin uğurlu siyasəti nəticəsindəQərbi Azərbaycana – öz ata-baba yurdumuza qayıdacağıq.

Onagörə də mən Azərbaycan xalqını və bütün Şadlinskiləri hörmətli Prezidentimizİlham Əliyevin ətrafında sıx birləşməyə və torpaqlarımızın azad olunmasıuğrunda mübarizəyə çağırıram.

Vaqif Şadlinski

Əməkdar elm xadimi, professor