adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
16 Aprel 2017 14:57
224939
RUBRİKA

Şabranın ən ağır seyidi haqqında bilinməyənlər: Atalığı Ağ Seyidi niyə öldürmək istədi? (I hissə) - FOTOLAR

İstiqamət Şabran rayonunadır. Ağ Seyidin yaşadığıünvana. Deyilənə görə çox ağır seyid olub. Bircə dəfə əl çəkdisə,olacağına heç kəs şübhə edə bilməzmiş. Səfərimizdə sanki seyiddürüstlüyü, seyid dünyagörüşü və seyid dahiliyi anlayışlarını kəşfetdim. Məhz Ağ Seyid də belə şəxslərdən biri olub. Dəvəçikənddə birneçə seyid var. Ancaq hamısı Ağ Seyid Mir Ələkbəri əsas cədd sahibihesab edirlər. Onun daxilindəki vəhyin, uzaqgörənliyin şöhrətinəinki Şabran, hətta Dağıstana qədər gedib çıxmışdı. Yol boyunəvəsi Bəhruz İsmayılzadə ilə baba haqqında söhbətlər edirdik. Hissedirdim ki, ağanın böyüyüb boya-başa çatdığı Dəvəçikənddə hələ çoxəhvalatlar eşidəcəm. Səfərimizdən danışmamışdan əvvəl istərdim AğSeyid haqqında qısa məlumat verim.

Əsl adı Mirələkbər olub. 1915-ci ildə Xaçmazın Çarxı kəndindədünyaya gəlib. Ana tərəfi əslən cənubi Azərbaycandan olub. Ailəninilk övlad olan Mir Ələkbər iki bacının qardaşı idi. Atası İsmayılseyid olub. Həmişə ağ libas geyinərdi. Ona görədir ki, oğlu MirƏləkbəri də Ağ Seyid deyə çağırardılar. Ağ Seyid Mir Ələkbər ağanın14 övladı olub. O vaxtlar insanların tibbi savadı olmadığına görə,Ağanın 6 övladı hələ uşaq ikən dünyasını dəyişib. 8 övlad böyüdüb,onlardan ən böyüyü Mir İsmayıl 2007-ci ildə dünyasını dəyişib.Hazırda 7 övladı Fatimə, Mirqafar, Mirsaleh, Mirsahib, Ünbül,Həbibə və Zəhra həyatdadırlar.

Yol boyu başladığımız işin məsuliyyətini anlamağa çalışırdım.Bəzən inanırdım ki, ağanın cəddi də bu işdə bizə kömək olacaq.Şabrana maraqlı cümlələri yazmaq düşüncəsi ilə deyil, bir az dahəqqiətləri oxuculara çatdırmaq məramı ilə gedirdik. Bəhruz müəllimdə mənimlə razılaşırdı ki, camaat adi möcüzələrə cəfəngiyyat gözüilə baxır. Həqiqətən elədir, müasir texnologiya və innovasiyalardövründə elmin, savadın pik mərəhələdə olduğu zamanda seyidmöcüzələri ancaq yaşlı və inanclı nəsil üçün əlahiddə sayıla bilər.Gənclərimizin, xüsusən də "Mən allaha inanıram” şüarı ilə sevgiyox, qorxu ilə yaşayan nəslin düşüncələrinə seyidliyi sıradandeyil, sübut və elmiliyi ilə çatdırmaq lazımdır. Bax əsasəndüşüncələrimdə yer alan məqam bu idi. Yol boyu fikir mübadiləsiaparakən vaxtın necə keçməsi də diqqətimizdən yayınmışdı. 2 saatlıqyol sanki bir neçə dəqiqə sürdü. Bəhruz İsmayılzadə Ağ Seyidinkiçik nəvələrindən biridir. Hazırda tibbi marketoloq və tibbsahəsində tanınmış ekspertlərdəndir. Eləcə də, digər nəvələriVidadi rayon bazarının rəhbəridir. Feyruz və Siyrus hərbiqulluqçudurlar. Babanın oğlanlarından Mir Qafar, Mir Sahib və MirSaleh də hərbçi olublar. Mir Sahib Qarabağ döyüşlərində ağıryaralanıb, qazidir. Ağanın digər nəvəsi Natiq isə Qarabağmüharibəsinə könüllü qatılmış, şəhidlik zirvəsinə ucalmışdır. AğSeyidin hərbçilərə xüsusi simpatiyası vardı. Mir İsmayıl evin böyükoğlu olub. O vaxtı ailənin böyük oğlu işləyib özündən kiçikbacı-qardaşlarına baxırdı. Ona görə onu hərbi xidmətdən saxladılar.Lakin Ağa oğlu Mir İsmayılın hərbi mundir geyinməsiniistəyərdi.

Nəhayət ağanın yaşadığı kəndə gəlib çatdıq. Bizi Ağ Seyidin qızıHəbibə xanım və kürəkəni Aslan bəy qarşıladı. Yavaş-yavaş hissedirdim ki, buranın insanları çox mehriban və səmimidirlər. AğSeyid haqqında dolğun məlumat verməyə hazırdılar. Əvvəlcə Aslan bəyAğa haqqında xatirələrini danışdı. Deyir, cəddi çox ağır olub, həmdə şəfalı əlləri olub. Ağa uzaqgörən adam idi:

"Mənim böyük oğlum hazırda orduda kapitandır. Ağa onu çoxistəyirdi, uşaq vaxtı demişdi ki, oğlumun çöpçü pulunu özü verəcək.Biz hər dəfə çöpçü yanına gedəndə Ağanın evinin qarşısındankeçirdik, bizə pul verirdi. Bir gün onun evinin qarşısından keçəndəAğanı görmədik. Qayıdanda isə qapının ağzında oturmuşdu, bizigörcək çağırdı yanına soruşdu ki, haradan gəlirsiniz. Dedik,çöpçüdən. Çıxarıb pul verdi. Sonra işarələrlə başa saldı ki, bir dəçöp olmayacaq. Elə o gündən çöpçüyə getmədik”.

Qızı Həbibə xanım da söhbətə qoşulur:

"Atam bizim oxumağımızı istəyirdi, mən də həkimliyi seçmişdim.Bilirsiniz ki, tibblə seyidlik uyğun gəlmir. Atamın yanına xəstələrgələndə bir az çəkinirdim. Çünki atamın onları tibbi savadı olmadannecə müalicə edəcəyi məni bir növ qorxuya salırdı. Kənddə biruşağın başında irinli yara meydana gəlmişdi. Buna tibbdə sulu dəmrodeyirlər. Ağanın yanına gətirdilər, bir qab su götürüb həmin uşağınbaşına çilədi, sonra məni bağa çağırdı. Bağda yerdən ot qoparıbəvvlcə möhkəm burdu sonra daşın altına qoydu. Yanına gələnlərə dediki, siz gedin, uşaq sağalacaq. Bir ay keçəndən sonra həmin daşınolduğu yerə gəldik, ağa daşı qaldıranda gördük ki, həmin otsaralıb. Həmin uşağın isə başında bir dənə də olsun yaraqalmamışdı. Ağa döndü, mənə dedi ki, gördün, qorxmaq lazım deyil.Sadəcə, ağa bilirdi ki, həmin yara ot saralanadək sağalacaq”.

Bizi Dəvəçikəndə gətirən səbəblərdən biri də Ağ Seyidin yaşadığıev idi. Övladları deyir ki, onun balaca bir daxması vardı. Hazırkıikimərtəbəli evi sonradan özü tikdirib. Hazırda orada qızı və oğluailələri ilə yaşayır. Həmin daxma isə sökülüb və yerində kiçik birquyu var. Kənd camaatı indinin özündə də Ağanın cəddinə pənahgətirirlər.

Kiçik oğlu Mir Sahib Qarabağ döyüşçüsüdür. Ağ Seyid Mir Ələkbərağa dünyasını dəyişəndə uşaq olub, amma atası ilə bağlı bəzixatirələri var. Deyir ki, seyidlik atadan övladlara da keçir.Şiddətli döyüşlərin getdiyi ərəfədə Mir Sahib dəfələrlə ölümdənxilas olub. O, atasının cəddinin müharibə vaxtı da onun xilasınaçatdığından danışır:

"Məni artıq əsgərlikdə seyid övladı kimi tanıyırdılar. Bir neçədəfə düşmən hücumlarında, pülemyotların güllə yağışı altındaqalmışam. Dəfələrlə yanımda partlayışlar olub, amma mən möcüzənəticəsində sağ-salamat qurtulmuşam. Buna görə artıq əsgəryoldaşlarım da get-gedə inanmağa başlayırdılar ki, məndə seyidlikəlamətləri var. Yadımdadır, bir dəfə düşmən üzərimizə pulemyotlarlahücuma keçəndə yoldaşlarım hamısı yanıma qaçdılar. Əslində bu mənəqəribə gəlirdi. Sonra öyrəndim ki, seyid övladı olduğum üçün Ağanıncəddinə pənah gətiriblər (gülür). Həqiqətən də möcüzəvi şəkildəxilas olduğum vaxtlar olub”.

Ağanın kiçik qızı Ünbül xanımın atası ilə xatirələri daha çoxidi. Çünki evin sonbeşiyi kimi Mir Ələkbər ağanın da sevimli qızıidi. Qaldığı bu mənzil də ona Ağadan yadigardır. Ünbül xanımxatirində qalan hadisələrdən danışır:

"Bizim kəndin o vaxtlar Mövsüm adlı koxası vardı. Onlar dəstəkimi kənddə kimin qoyun-quzusu var gəlib, alıb aparırdılar. Bir növbu kənddə özbaşınalıq hökm sürürdü. Atam rəhmətlik Ağ Seyid isə heçvaxt onlara güzəştə getmirdi. Koxalar Ağanın cəddindənçəkinirdilər. Həmişə fürsət axtarırdılar ki, o evdə olmayanda gəlibqoyun-quzularımızı aparsınlar. O vaxtı da çox idi mal-qaramız.Yadımdadır ki, atam da güclü ov edən idi, anama tüfənglə atmağıöyrətmişdi ki, qapıya gələn olsa, evi müdafiə eləsin. Ağamız anamHökümə xanımı çox istəyirdi, 72-ci ildə anam rəhmətə gedəndən sonraatam artıq əvvəlki şən, gülərüz, zarafatcıl insan olmadı. Özünəqapanmışdı, ömrünün sonlarına kimi belə yaşadı, 79-cu ildəgözlərini əbədi yumdu. Bəlkə də anam vaxtsız dünyasınıdəyişməsəydi, başqa cür olardı”.

Ağanın nəvəsi Bəhruz müəllim söhbətə qonaq olur:

"Ağ Seyid Ağanın məzarına bayram ərəfəsində gedə bilmirik. Oradainsan əlindən tərpənmək olmur. Biz də adətən adi günlərdə babamızıziyarət gedirik. Şamaxıdan, Göyçaydan, Hacıqabuldan, Bakıdan, həttaDağıstandan belə gəlib babanın məzarını ziyarət edirlər”.

Elə Ağanın evində söhbətimizi başa vurub yollandıq onun məzarınıziyarət etməyə. Yolda bir darvazanın ağzında əylşəmiş yaşlı kişivardı. Maşını saxlayıb yad insanlar kimi Ağanı ondansoraqladıq.

-Salam əleyküm

-Əleykümə salam, oğul.

-Dayı, bu kəndə Ağ Seyid yaşayıb, tanıyrısızonu?

-Onu tanımayan varmı?!

-Necə bir adam olub?

-Vallah, dahi insan idi, möcüzəli adam olub.

Çox danışana oxşamırdı. Yola davam etdik. Heç arxamızca dabaxmadı.

...Rayon qəbirstanlığında Ağ Seyidin ömür- gün yoldaşı Höküməxanımla yan-yana məzarını tanımaq heç də çətin deyildi. Qəbirdaşları yaxınları tərəfindən bərpa olunub, hər iki qəbir üzərindəməqbərə tikilib. Bəhruz müəllim bu məzarlarla bağlı söylədi ki,baba ilə nənənin qəbri Norveçdə yaşayan nəvəsi Şahin tərəfindənayrılan maliyyə hesabına bərpa olunub.

Hələ qarşıda bizi Ağa haqqında daha doğlun və maraqlı hadisələribilən böyük qızı Fatimə xanımla görüşümüz gözləyirdi. Xatırladımki, Fatimə xanım Qarabağ döyüşlərində şəhid olmuş Natiqin anasıdır.Fatimə ana Dəvəçikənndə tək yaşayır. 70 yaşı var.

Ağanın İran taleyi

Fatimə ana ilə görüşməmişdən bir gün əvvəl icazə almalı olduq.Həyatın acı üzlərini görmüş bir insanın sorğu-suala halı varmı,yoxmu əvvəlcə bunu bilməliydik. Bacısı oğlu Bəhruzu çox istədiyindən,ona yox deyə bilməzdi. Sözsüz ki, bizi çox gözəl şəkildəqarşıladı.

Qeyd edim ki, Fatimə xanım sovet dövründə Ali Sovetdəçalışıb.

Ağ Seyidin şəxsi həyatı və taleyi çox mürəkkəb və ağrılı olub.Bizə dedilər ki, Ağa haqqında ən dolğun informasiya onun böyükqızındadır. Yəni Fatimə ata-anasının keşməkeşli taleyini olduğukimi bizə danışa bilər. O, atası haqqında danışır, hiss olunur ki,üzündə qüssə yaranmağa başlayır, gözləri parıldayır. Həqiqətən dəAğ Seyidin taleyi insanın ürəyini ağrıtmaya bilməz. Bütün olanlartarixə gömülsə də, öz qüvvəsi ilə ürəklərə təsir edir. Fatimə anaözündə güc tapıb qarşımzda əyləşdi. Diktofonu işə salmışdım. İndiartıq söz onda idi. Heç sual da verməyimizə ehtiyac qalmadı, osöhbətə başladı:

"Atamın dili 5 yaşından tutulub, onun Şeyda adlı atası vardı,çox qəddar adam olub. Bir dəfə atam uşaq olanda ona patronlar veribki, aparıb quyuya atsın. Quyuda isti kömür yanırdı. Atam patronlarıquyuya atar-atmaz böyük partlayış oldu. Amma Allahın sevimlibəndəsi imiş məyər, oradan sağ-salamat çıxdı. Amma partlayışınsəsindən qulaqları eşitməz oldu. Bir-iki gündən sonra bildilər ki,qorxudan dili də tutulub”.

Burada bir haşiyəyə çıxım. Bakıda görüşdüyümüz Ağ Seyidin oğluQafar müəllim deyir ki, Ağanın ikinci atasından ögey bacısı varidi. Şeyda qızını Ağaya qısqanırdı. Bu hadisənin olmasının dasəbəbi məhz qısqanclıqdır.

Qayıdaq Fatimə anayla söhbətimizə. Fatimə ana deyir ki, Ağanınseyidliyi və kəraməti ellərə bəlli idi:

"Milisindən tutmuş, kəndçisinə qədər seyidin cəddindənqorxurdular, ona sığınırdılar. Lal olduğuna görə atama qız verən dəyox idi. Həm də arıq-cılız bir adam idi. Kəndin qəlbiqara camaatıqızını ona vermirdi. Abdulla adlı mömin bir adam vardı.Böyüklərimiz onun qızını istəyən ərəfədə o kəndin qəlbiqaracamaatının tənə-danlağına məhələ qoymadı, razılıq verdi.

"Xala, bir az İran hadisələrindən söhbət elə” - Bəhruz bəy məniqabaqladı.

Fatimə ana dərindən köksünü ötürüb danışamağa başladı:

"Nənəm Fatimə əslən İrandan idi. Repressiyadan qabaq köçübXaçmazın Çarxı kəndinə gəldilər. Onda atam hələ dünyaya gəlməmişdi,anamın qarnında idi. 4-5 ildən sonra babam Seyid İsmayıl rəhmətəgetdi, nənəm Şeyda adlı biriylə ailə qurdu. O da evə gələndən atamagün verib, işıq vermirdi. Babam seyid olduğuna görə rəhmətliyinevinə tez-tez gəlib cəddinə pənah gətirirdilər. Hər gələn ənam,bəxşiş verib gedərdi. Həmin bəxşişlər də babamın cəddini ötürdüyüatam Seyid Mir Ələkbərə verilirdi. Şeyda atası da buna göz yumabilmirdi, bala. Nəfsi o qədər güc gəldi ki, axırda atamı öldürməkistədi. Sonra da bilirsiniz də. Atam bu müsibətdən xilas olandansonra Şeyda çox yaşamadı, öldü. Bilirsən, bala, hərdən fikirləşirəmki, bu da atamın seyidliyindən olub. Allah sevimli bəndəsini beləamansızıqlardan qoruyurub hər zaman. Daha sonra Məmmədqulu adlı birkişi vardı kəndimizdə, nənəmi çox istəyirdi, onunla evləndi. Fatiməxanımın Məmmədquludan 3 övladı dünyaya gəldi. Hazırda onların ikisisağdı, İranda yaşayır. Bunları anam mənə danışardı”.

Məmmədqulu bəy Ağ Seyidi uşaq vaxtı Xorasana aparır. Orada güclüziyarət ocaqları vardı. Regionun müxtəlif səmtlərindən gəlib şəfatapanlar, dili açılanlar olub. Xorasandan yayılan bu səda da MirƏləkbər seyidin ailəsinə ümid yeri olmuşdu. Ancaq görünür tanrıonun dilinin acılmasını rəva bilmədi. Ağa Xorasana gedəndə orada 7gün yatmadı. Ziyarətdəki dindarlar da, orada müalicə edən həkimlərdə belə bir hadisənin ilk dəfə şahidi olurdular. Dedilər, bu işməqbul deyil. Ağanın dili açılmadı, qayıtdılar Dəvəçikəndə”.

Ağanın növbəti ağır günləri 1937-ci ildən sonra başlayır. Qeydelədiyimiz kimi, anası Fatimə xanım və Atası Məmmədqulu bəy CənubiAzərbaycandan olduqları üçün onların da adı geri qayıdanlarınsiyahısında idi.

Fatimə ana deyir ki, Ağ Seyid Azərbaycan vətəndaşı olduğu üçünonun valideynləri ilə birlikdə İrana köçməsi də məcburi deyildi:"Atamın əlində buranın vətəndaşı olduğuna dair sənədləri vardı, ovaxtki "paravoz” gəlib nənəmgili aparanda əvvəlcə atam da onlarlagedirdi. İrana yola düşmək üçün Bakıya qədər gəlmişdi. O son andafikrindən daşındı və "paravoz” tərpənəndə minməkdən imtina etdi.Gömrüyün adamları atamı tutub şöbəyə aparanda məlum oldu ki, onunvətəndaşlıq sənədləri Azərbaycana məxsusdur”.

Həyat yoldaşı Hökümə xanımın əsli Dəvəçidən idi. Onun isəyaxınları İrana getməsinə icazə vermədi. Ağ Seyid Mir Ələkəbər ömürgün yoldaşı ilə Dəvəçidə qaldılar. Valideyn həsrəti bax o gündənbaşladı. Sonralar anasını görmək imkanı olsa da bu, uğursuzluqlanəticələndi və Ağ Seyid 37-ci ildən sonra valideynlərini heç vaxtgörə bilmədi...

Rüfət Soltan