adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Iyun 2019 14:19
39131
İDMAN

Şabovtanın qırxında türkcə öyrənməyi və ya bizimkilərin Nataşaya yıxılmağı - İntiqam VALEHOĞLU yazır

Dünən CBC Sport-a baxıram, bir qadın danışır. Siması çox tanışdır, ammaxatırlaya bilmirəm. Anadolu türkcəsində gedir söhbət. CƏmi beş saniyə sonra 2001-ciildəki kadrları göstərirlər. "Azərreyl"in top komandalar kubokunuqazanmasını, azarkeşlərin coşqusunu və sair. Tanıdıdım! Odur! Həmin məşhurqələbənin, həmin əfsanəvi heyətin ulduzlarından olan Yelena Şabovtadır. Şabovtae, a kişi. Xeyli dəyişilib, bir az yaşlanıb, bir az müdrikləşib və etiraf edimki, bir az da gözəlləşib. Çünki o heyətdə Şabovta görünüşünə görə favoritlərdəndeyildi. Hər şey bir qırağa qalsın. Bəs bu türkcə necə danışır? Özüdə şivəsiylə, incəlikləri ilə danışır.

Sonradanhəmkarım Ceyhun Rzayevdən öyrənirəm ki, həyat yoldaşı türkdür. Lap yaxşı. Bəsəlli illik ömrünün az qala qırx ilini Bakıda yaşayan Şabovta burada niyə bizimdilimizdə danışmırdı? Bəlkə danışmağı özünə sığışdırmır? Bəlkə ona"çuşka" kimi baxılmağından ehtiyatlanırdı. Bəlkə də... Amma bu da tamsəbəb deyil. Yadınızdadırsa Faiq Qarayev fasilələrdə voleybolçularatövsiyyələrini rusca verirdi. Elə bu səbəbdən də Şabovta qırx il yaşadığı,şərəfini qoruduğu, çörəyini yediyi ölkənin, dövlətin dilini öyrənməyə həvəsgöstərmirdi.

Ümumiyyətlə,bu bil məsələsi şəxsən mənim üçün çox həssas nöqtədir. Adam tanıyıram ki, beşgünlük tur paketlə Trabzona gedib qayıdıb. Bakıda marketə girəndə toyuğunsatıcıdan "tavuk" kimi soruşub. Türklər demiş, bu nəyin kafasıdıraxı? Siz heç hansısa rusun öz dilini pis bilməsinə görə fəxrlə danışmasınıgörmüsünüz? Amma mən dəfələrlə görmüşəm ki, bəzilərimiz "Azırbaycandilində piz bilir" deməklə zadəgan, əsilzadə olmaqlarını isbatlamağaçalışıblar.
Düzdür, deyə bilərsiniz ki, bu kimi məsələlər bir az da şəxsi istəyə bağlıdır.Məsələn, "Qarabağ"In müdafiəçisi, milliyətcə rus olan Maksim MedvedevAzərbaycan dilində bəzi nazirlərdən yaxşı danışır. Ən azı Elmar Məmmədyarovudilimizi öyrənmək üçün həftədə bir-iki dəfə Medvedevin yanına göndərmək olar.Əgər işdir birdən Medvedevin məşqi olsa, bu vəzfəni gürcü qızı Mananaya datapşıra bilərik.

Hə,bir məqamı da deyim, yadımdan çıxmasın. Bu da şəxsi müşahidəmdir. Biz hərəyləöz dilində danışmağa, onlara xoş görünməyə çalışırıq. Bu xoş görünməklər onagətirib çıxarır ki, Bakıda doğulan, yaşı səksəni haqlamış ruslar da bizimlə özdilimizdə danışmağı özlərinə sığışdırmırlar. Niyə? Nə üçün?


Bəli, şübhəsiz ki, özümüzü Rusiyayla, Türkiyəylə müqayisə etməyimiz yanlış kimigörünə bilər. Böyük imperiyalar olublar, gözlərini açıb belə görüblər, üçqitədə hökmranlıq və sair. Amma bu o demək deyil ki, biz gələnin qabağınca,gedənin dalınca qaçmalıyıq.

Necəolur ki, Allahın gürcüsü onların dilini bilmədiyinə görə Gürcüstandakı yarımmilyondan artıq soydaşımızın beş-üçünü çıxmaq şərtilə birinə düz-əməlli vəzifəvermir. Deməli, yaşadığın ölkənin dilinə də hörmətlə yanaşmalısan.Yanaşmayanda, öyrənə bilməyəndə əhalisinin doxsan faizini azərbaycanlılartəşkil edən rayonun meri, icra başçısı, bələdiyyə sədri ya erməni olur, ya dagürcü. Bax belə!

Buarada Şabovtanın həyat yoldaşına da əhsən! Bizimkilər üç ay Nataşayla yaşayıbBakıya qayıdandan sonra öz dilimizdə ləhcəylə danışmağa başlayır. Amma əlliyaşlı Şabovtaya türkcəni öyrədən kişi elə əsl kişidir. Öz dilini sevdiyinə və sevdirdiyinəgörə! Görünür, türklərdə, nə də ruslarda məşhur "qırxında öyrənən gorundaçalar" məsəli yoxdur.