adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Sentyabr 2014 13:08
13246
ŞOU-BİZNES

Sezen Aksu pərəstişkarlarını məyus etdi

Türkiyənin məşhur müğənni-bəstəkarı Sezen Aksu gələn il səhnədəngedəcəyini açıqlayıb. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa Kültürpark Teatrında konsert verən Aksu gələn ilsəhnə fəaliyyətinin 40-cı ildönümünü qeyd edəcəyini və bununla da aktivsəhnədən uzaqlaşacağını bəyan edib. "Uşaqlığımdakı pak, saf həyatıma qayıdacam”,– deyən tanınmış sənətçi dinc həyata üstünlük verdiyini açıqlayıb. Səhnədən ayrılmasınıistəməyən pərəstişkarlarına isə "Hətta mən də özümü dinləməkdən bezmişəm”, -deyə cavab verib.

Qeyd edək ki, 1970-ci ildə Həftə Sonu adlı jurnalın keçirdiyi  səs yarışmasında altıncı yeri qazanmaqla sənətəgələn S.Aksu populyarlığı 1978-ci ildə çəkilmiş "Sərçəcik” filmi ilə qazanıb. Həminildə də eyni adlı val çıxararaq sənət dünyasında möhürünü təsdiqləyib.