Şeyx Allahşükür Vatikanda - FOTO
Martın 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Vatikana səfəri çərçivəsində Vatikan Həvari Kitabxanasında oldu.
Kitabxananın fondunda 1 milyon 600 min kitab, 150 min manuskript, 100 mindən artıq qravür, xəritə, eləcə də 300 min sikkə və medal saxlanılır. Qeyd edək ki Vatikan Həvari Kitabxanası XVI əsrdən bəri fəaliyyət göstərir və yalnız xüsusi qonaqların bu kitabxanaya daxil olmasına icazə verilir. Kitabxana unikal memarlıq üslubu və divar rəsmləri ilə də maraq doğurur.
Qeyd edək ki, martın 9-da ilk dəfə olaraq Azərbaycanın – Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Romada iftar veriləcək. İftar mərasimində Bütün Qafazın Şeyxi Allahşükür Paşazadə, Müqəddəs Taxt-Tacın Dövlət Katibi Pyetro Parolin və digər rəsmilər, islam, xristian və yəhudi dinlərinin nümayəndələri iştirak edəcəklər. Azərbaycanın təşəbbüsü ilə baş tutan bu bəşəri iftar ziddiyyətlər məngənəsində çırpınan dünyamızda sivilizasiyalar və mədəniyyətlərarası dialoqa ev sahibliyi edən ölkəmizin nümayiş etdirdiyi unikal tolerantlıq nümunəsi olacaq.
Digər Xəbərlər
17 Aprel 2026 17:35
Buraxılış imtahanının nəticələri açıqlandı
17 Aprel 2026 13:17
AAYDA-nın qurumu ləğv edilir
17 Aprel 2026 12:56
Hava Hücumundan Müdafiə ixtisası üzrə MAXE qəbulu elan edildi
17 Aprel 2026 12:48
Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarla gedənlərin NƏZƏRİNƏ!
17 Aprel 2026 11:38
Biləcəriyə işıq verilməsində fasilə yaranacaq
17 Aprel 2026 11:09
Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir - Ali Məhkəmədən xəbərdarlıq
17 Aprel 2026 10:53
Sara Əzimova vəzifəsindən azad edildi
17 Aprel 2026 10:33


Bakı -°C

