adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Aprel 2020 09:57
93177
MÜSAHİBƏ

Sevinc Novruzova: "Qarabağ"ın uğurları "Qəbələ"ni sevməyimə mane olmur - MÜSAHİBƏ

Onunla ilk dəfə Sumqayıtda keçirilən kitabfestivalında tanış olmuşduq. Bir az dəcəl, mehriban insan təəssüratıyaratmışdı. Söhbətimiz tutdu. "Qəbələ” futbol klubunun sadiq azarkeşidir.Soyuq-isti bilmədən bütün oyunlarını stadionda izləməyə gedən, futbol fanatıSevinc Novruzova ilə müsahibəni sizə təqdim edirik:

-Futbol fanatı olan biri üçün futbolsuz qalmaq çoxçətin olar.

- Futbol fanatıolmaq bir dünyadı. Fəlsəfədi. İngilislərin gözəl bir filmi var – "Yaşıl küçələrinxuliqanları”. Futbol fanatına həsredilib. Filmin qəhramanı Mett Harvard Universitetinin jurnalistika fakültəsinintələbəsi olur. Mett etmədiyi cinayətə görə Universitetdən qovulur və İngiltərəyəköçür. "Vest Hem”in azarkeşi olur. Film dramatik bitir. Mett ingilis azarkeşlərinindavasından sonra boşalmış küçədə tək başına "Vest Hem”in himnini oxuya-oxuyaruha çevrilib yoxa çıxır.

Hazırkı durumum Mettəçox bənzəyir. Karantin müddətində, futbolsuz vaxtda evdə "Qəbələ”nin himninioxuya-oxuya ruh kimi gəzirəm. Anam bəzən bu halıma əsəbləşir, bəzən də gülür. Bəlkədə əsəbindən gülür. Bunu deyə bilmərəm.

Məlum pandemiya bütün sahələrdə olduğu kimi, futbola, ümumilikdə idmanada öz təsirini göstərdi. Demək olar ki, dünyanın bütün ölkələri futbolsuzqalıb. Futboldan da vacib, futbolçunun, azarkeşin sağlam qalmasıdı. Milyonlarlaazarkeş kimi, mən də məcburiyyətdən futbolsuz qalmışam. Əlbəttə, çətindi, ammanə etmək olar? Əlimdən gələn sevimli komandamın yutubdakı videolarını izləmək,Avropa Liqasındakı uğurlu çıxışına yenidən baxmaqdı. Boş vaxtım çoxdu deyə,maraqlı oyunları, ən gözəl qolları izləyirəm. İnşallah, yaxın günlərdə dünyanıağuşuna almış koronavirusun kökü birdəfəlik bitər və biz də "işbaşında", stadionlarda komandamıza dəstək olarıq.

- "Qəbələ”fanatısan. Karantinə görə rayonlara getmək olmur. Qəbələyə də həmçinin.

- Pandemiya bütündünyanı iflic vəziyyətə salıb. Nəinki Azərbaycanda, dünyada futboldayandırılıb. Görün nə vəziyyət yaranıbf ki, Belorusiya və Özbəkistançempionatına baxmağa məcbur qalmışam . Bütün fanatlar kimi mən də çoxdarıxıram.

"Şaxtyor” FutbolAkademiyasının rəhbəri var idi – Patrik fon Liuven. Onun "Futbol fəlsəfəsi”adlı gözəl bir əsəri var. Həmin kitab futbolçuların yetişməsində onların həyattərzindən bəhs edir. O kitabı oxuduqca ağlımdan həmişə "Futbol fanatizmi” adlıkitab yazmaq keçir. Necəki futbolçu ekstremal vəziyyətə hazır olmalıdırsa, həmçininfanat da həmin ekstremal vəziyyətə hazır olmalıdı. Bizim futbol saatlarımızayrı-ayrı vaxtlarda başlayırdı. Gah günorta, gah da axşam. Sumqayıtdan 4saatlıq yolu qət edib Qəbələyə çatana kimi təbiətinin gözəlliyini seyr edə-edəsevimli klubumun qələbəsini arzulaya-arzulaya bir də görürdüm ki, mənzil başınaçatmışam. Futboldan sonra mənə ən çox zövq verən yollar idi. Yolda həyatın mənasınıanlayırdım. Yol bizi (futbolu) bir-birimizə qovuşdururdu. Əvvəl-əvvəl yoldanqorxurdum. Qorxmağıma səbəb dumanlı yollar, sərt döngələr idi. Buna da zamanlaöyrəşdim.

-Niyə məhz Qəbələ?

- Qırmızı rəngi çoxsevdiyimdən. Ruslarda "Lyubov s pervoqo vzqlyada” adlı veriliş var idi. Bilmirəm,indi həmin veriliş davam edir, yoxsa yox. Mənim də "Qəbələ”ni sevməyim beləbaşladı – ilk görüşdən sevdim. Müstəqil Azərbaycanın ilk klublarındandı. Ən əsasıklub yaranan kimi uşaq futbol akademiyasını yaratdı. Azərbaycan futbolunun gələcəyihesab edirəm ki, "Qəbələ”də yarandı. "Qəbələ”ni sevməyimin əsas səbəbi bu oldu.



- "Qarabağ” Avropada daha çox uğur qazanır…

- "Qəbələ” Azərbaycanfutbolunda milliliyi qoruyub saxlayan bir klubdu. "Qəbələ” Avropaya addım-addımirəlilədi. Zəhmət ilə buna nail oldu. Avroliqada iki dəfə ardıcıl qrup mərhələsinədüşmək, "Borussiya Dortmund", "PAOK” "Krasnodar”, "Lill”kimi böyük klublarla mübarizə aparmaq, "Dinamo Tbilisi”, "Çukariçki”,"Apollon”, "Panatinaikos” kimi klubları mübarizədən kənarlaşdırmaqAvropada uğur sayılmır? Az da olsa Azərbaycan Çempionatını izləyənlər bilir ki,"Qəbələ”də bir az dəyişiklik oldu. Heç kim istəməzdi, ancaq belə oldu. Buna görədə Qəbələnin haqqını yemək də doğru olmaz. Bu dəqiqə Azərbaycanda Qarabağ mehi əsir.Dövlət də dəstəkdir. Bu da normaldır. Azərbaycanın 27 illik Qarabağ yarası var.Beynəlxalq aləmdə tanınması üçün idmandan gözəl ikinci vasitə ola bilməz.Fikrimcə, futbol siyasiləşdirilib. Təbliğatı da ağıllı və məqsədyönlü aparılır.Niyə də olmasın. Məqsəd həqiqətləri dünyaya çatdırmaqdırsa çox uğurlu işdir.Bir də onu sizin nəzərinizə çatdırım ki, hal-hazırda hər iki klub arasında büdcəfərqi çoxdur. Maliyyə sözün hər mənasında təsir edir. İstər oyuna, istərsə dətransferlərdə. "Qəbələ” qazancını uşaq futboluna yatırır, gələcək üçün planlarqurur, "Qarabağ” isə maliyyənin çoxunu futbolçulara xərcləyir, bahalı transferləredir. Bahalı transfer yaxşı oyunçu deməkdir. Ona görə də büdcələrə görə hər ikiklubu bir tərəziyə qoymaq düzgün deyildir. Bəli, indi "Qarabağ” Avropada dahaçox uğur qazanır, bu o demək deyil ki, mən "Qəbələ”ni sevməməliyəm. Mənim üçünfərqi yoxdu, istər Avroliqa, istər yerli çempionat, ya region liqası, haradaolmasından asılı olmayaraq yenə də stadionlara gedib bacardığım dəstəyi göstərəcəm.

- Açığı sizdən "Sumqayıt” azarkeşi olmanızı gözlərdim.Burda doğulub, burada böyümüsünüz.

- Sumqayıtda anadan olubböyümüşəm, düzdür, Sumqayıt uşağıyam. Futbol özü bir dünyadı. Azərbaycandan digərölkələrin klublarının azarkeşləri, hətta fanatları da var. İndi biz onlarıqınayaq ki, sən azərbaycanlısan, niyə başqa ölkənin komandasına azarkeşlikedirsən. Həm də mən "püşkatma” ilə klub seçməmişəm ki, seçimimi elə edim yaSumqayıt, və ya Bakı klublarından biri olsun. Düşüncə ilə olsa təbii ki, heçkim 208 km-lik ara məsafədə olan klubu seçməzdi. Saatlarla gedib-gəlmək və s.Yenə də deyirəm nəyəsə görə, kiməsə görə yox klub olaraq sevdim, seçdim. "Qəbələ”nin"Sumqayıt”la səfər oyunları olanda mənim üçün bayram olur. Cəmi on dəqiqəyə evdəoluram, bir bilsəniz necə sevinirəm. Amma Bir də onu deyim ki, sumqayıtlı kimi"Sumqayıt”a baxmasam da "Uğur” fk-nun oyunlarına baxıram. Çox vaxt düzdü, "Qəbələ”yləeyni günə düşürdü, bir az o çətinlik yaradırdı. Amma yenə də sevə-sevə izləyirəm.İki dəfə ardıcıl Region Liqasında çempion olub. "Mehdi Hüseynzadə”də keçirdiyibütün oyunlarına gedirəm. Əzmkar qələbələri çox olur. Maraqlı oyun üslubu var.Sumqayıtlı olaraq yerli komandaya da baxmış oluram.

-Regionlarımızda niyə futbol yoxdu? Demək olar hamısıBakı ətrafı klublardır.

- Regionlarımızda futbololub. Masallının, Gəncənin, Şəmkirin, Tovuzun, Lənkəranın yaxşı komandaları varidi. Heç biri ayaqda qala bilmədi. "Qəbələ”ni çıxmaq şərti ilə. Regionlardauşaq futbolu acınacaqlı durumda, meydançalar bərbad vəziyyətdədi. Yağış yağandaisə daha da çətinləşir. Dizə qədər palçıq olan meydançalarda məşq etməyə məcburolmaq, normal soyunub geyinmə otaqlarının olmaması, qış vaxtında da istiliksisteminin olmaması ayrı problemdir. Belə vəziyyətdə futboldan danışmaq məncədoğru olmaz. Təbii ki, heç bir valideyn övladının bu ağır şərtlər altındaidmanla məşğul olmasına razı olmaz və futbolçuların özləri də istəməzlər. Digərsəbəb şirkətlərin də region komandalarına sponsorluq etmək istəməməsi, həmçininregion komandalarına legioner cəlb etməyin çox çətin olmasıdır. Regionlardafutbolu inkişaf etdirmək üçün ilk öncə uşaq futbolundan başlamaq və bunun üçünlazımi infrastrukturun yaradılması vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdəbiz regionlardan da güclü və Premyer Liqada yuxarı yerlər uğrunda oynayacaqkomandalar görə biləcəyik. "Qəbələ” fk-nun uğurları və buradakı FutbolAkademiyası dediklərimə əyani sübutdur. "Qəbələ Futbol Akademiyası” nəinkirayonlar arasında, hətta Azərbaycanda ən yaxşı infrastruktura malik klubdur.Yarandığı 11 il ərzində böyük uğurlar qazanıb. Uşaq futbolu yüksək səviyyədədi.Artıq əsas komandada bir neçə Akademiya yetirməsi oynayır və adlarından sözetdirməyi bacarıblar. Həmçinin əsas liqada, I Diviziyada, həmçinin RegionLiqasında ümumilikdə yüzlərlə "Qəbələ” Akademiyasının yetirməsi çıxış edir.Çexiyada və Misirdə hal-hazırda legioner həyatı yaşayan akademiya yetirmələri dəvar. Aşağı yaş qruplarından olan millilərin demək olar ki, əsasını, əksəriyyətini"Qəbələ” yetirmələri təşkil edir. Bu uğurlar da məhz qurulan infrastrukturun vəyaradılan şəraitin və ən əsası da məşqçi heyətinin zəhmət və əziyyətinin hesabına gəlmişdir.

- Messi, yoxsa Ronaldo?

- Ronaldo.

-Hə, bir də "Real” və"Barsa” dueli...

- Real.

- Ronaldo düz etdi Yuventusa keçməklə?

- Vallah, mənimlə məsləhətləşməyib.Düz edib etməməyini imkan olan kimi özündən soruşacam.

-Azərbaycan hansı futbolçuların adını utanmadandünayada səsləndirə bilərik ki, bizim belə futbolçumuz var.

- Cavid Hüseynov, RamilŞeydayevin, Emil Balayev, Vaqif Cavadov, Qara Qarayev, Akademiya uşaqlarından BəhlulMustafazadə və Amin Seydiyevin də adını çəkə bilərəm. "Qəbələ FutbolAkademiyası”nın fikrimcə hər bir yetirməsinin adını çəkə bilərəm, onların hərbiri ilə qürur duyuram.

- "Neftçi” doğduran flaqmandır?

- Rəqib klub haqqındafikir söyləmək nə dərəcədə düzgün olar bilmirəm, ancaq danılmaz fakt var ki, 80illik klubdur. Tarixi var, kökü var. Babalarımızın sevdiyi klub olub. 80 il əvvəldə, indi də layiqincə təmsil edir. Böyük azarkeş ordusu vardır. Məncə Azərbayacandaən böyük azarkeş ordusu elə "Neftçi”dədir. Bir vaxtlar rəhmətlik BöyükağaHacıyev "Neftçi”yə tarix yazıb, ilkləri qazandırdı, indi də "Qarabağ” QurbanQurbanovla tarix yazır. Onun adı ilə bağlıdır son illərin uğurları.

Bu arada qeyd edim ki,flaqman sözü sovetdən qalıb. Azərbaycanı SSRİ çempionatında təmsil edən yeganəklub "Neftçi” idi. Bu səbəbdən "Neftçi”yə Azərbaycan futbolunun flaqmanıdeyirdilər.

- Hansı futbolçular daha "poetik” qollar vurur və yadriblinqlər edir?

- Bir çox dahifutbolçular futbolu şahmata bənzədirlər. Sadəcə bir fərq ilə, futbolda fiqurlarçox bahalıdı. Mənə görə poetic qol, onun hansı məsafədən və yaxud kryoz bir şəkildəvurulması deyil, ağıllı düşünülmüş taktiki bir hücum nəticəsində vurulan və çətinvəziyyətdə olmağa rəğmən oyunçunun qapını görərək vurduğu qol sayılır. "Qəbələ”nintarixində ən gözəl, "poetik” qolu 14 Aprel 2012-ci ildə "Qəbələ”nin ev oyununda"Qarabağ”a vurduğu qolu misal çəkə bilərəm. Həmin oyun "Qarabağ”ın çoxsaylıhücumları ilə keçmişdi. Lakin qapıçı Qrem Smitin başladığı hücumu 8 ötürmədənsonraYannik Kamanan "Qarabağ”ın qapısından keçirmişdi. Mendi və Karaman çox gözəlvə ağıllı hücumlar qururdular. Həmçinin VIII turda "Qəbələ” FutbolAkademiyasının yetirməsi Qismət Alıyevin yenə də "Qarabağ”ın qapısına vurduğuqolu deyə bilərəm. Daha bir poetik qol da "Qəbələ” Futbol Akademiyasının yetirməsiRövlan Muradovun "Sumqayıt” və "Zirə” komandalarının qapısından keçirdiyiqolları misal çəkə bilərəm. Ümumiyyətlə, məni sevindirən əsas bir məsələ varki, o da son vaxtlar "Qəbələ”nin əsas heyətində parlayan Akademiyanın yetirmələrivə onların ağıllı futbol taktikası ilə oynamasıdır. Akademiya məşqçilərininoyun fəlsəfəsi, oyun sistemi yetirmələrində birbaşa hiss olunur.

- Bizdə futbol azarkeşliyi daha çox Türkiyə üzərindəngedir. Ən çox da Fənərbağça və Qalatasaray rəqabəti.

- Mən nə Fənərliyəm, nədə Qalatasaraylı. Beşiktaşlıyam. Super fanatik sayılmasam da baxıramoyunlarına. Ümumilikdə sadaladığım hər 3 klubun oyunlarına da baxıram,Ankaragücü, Trabzonspor və başqa klubların da oyunlarına baxıram. Ancaq sual buiki klubdan verilirsə, bir fikir söyləyib onların fanatlarında qıcıqlıqyaratmaq istəmirəm. Fikirlərinə hörmət edirəm. Onların oyunu olanda sosial şəbəkələrdəcanlanma yaranır. Həvəslə izləyirəm. Bir növ Makidonla Namiqin vuruşması kimi.Siz savaşa, biz tamaşa edib qıraqdan izləyirəm. Ancaq o iki klubun fanatikazarkeşləri kimi düşünə bilmərəm. Türkiyənin derbisidir.

-Stadionlarda bəzi azarkeşlər söyüş və ya qeyri-etikifadələr işlədirlər…

-Tribunanın iki əsas qaydası var.Biri qol sevinc, digəri isə məyusluq. Qol ifadəsi hər şeydən yuxarıdı. Yerdəqalan sözlər təfərrüatdı. Söyüşə gəlincə, bütün fikrim oyunda olduğu üçün kənardandeyilən sözləri eşitmirəm.

Söhbətləşdi:Emin Piri