Sevgilisini öldürüb qaçan kişi qəzaya düşdü
Bakıda qətl hadisəsi törədilib.
Bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib. Hadisə oktyabrın 25-də Suraxanı rayonunun Südçülük Sovxozu ərazisində baş verib.
1965-ci il təvəllüdlü Ağayev Azər Şirməmməd oğlu qeyri-rəsmi ər-arvad münasibətində olduğu 1971-ci il təvəllüdlü Talıbova İlhamə Eynulla qızının yaşadığı mənzilə gələrək onu qətlə yetirib.
Sonra şəxsi avtomobili ilə hadisə yerindən uzaqlaşmağa cəhd edən A.Ağayev Suraxanı rayonu ərazisində avtomobili maneəyə çırpıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan A.Ağayev 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. (trend)
Digər Xəbərlər
04 May 2024 20:37
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 13:58Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - VİDEO
04 May 2024 10:28Beyləqanda dörd narkotacir ələ keçdi
03 May 2024 16:04Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48