Sevda Nuriyeva UEFA-dan növbəti təyinat alıb
Beynəlxalq dərəcəli köməkçi hakim Sevda Nuriyeva UEFA-dan növbəti təyinat alıb.
Adalet.az xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində 1-ci qrupun iki oyununda köməkçi hakim funksiyasını yerinə yetirəcək.
S.Nuriyeva əvvəlcə iyulun 30-da yarımfinal mərhələsinin “Flora” (Estoniya) – “Riqa” (Latviya) görüşündə maltalı baş hakim Yoanna Vassallonun köməkçisi olacaq.
Avqustun 2-də isə qrupun həlledici matçları baş tutacaq. Sevda Nuriyeva yarımfinal mərhələsinin məğlub komandaları arasında təşkil olunacaq 3-cü yer uğrunda qarşılaşmada sloveniyalı baş hakim Tyaşa Misyanın başçılıq etdiyi briqadada yer alacaq.
Qeyd edək ki, 1-ci qrupun bütün oyunları Lüksemburqdakı “Axill Hammerel” stadionunda keçiriləcək.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

